Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7591/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 40.000 manat və 2.000 avro, əldən çıxmış faydanın əvəzi kimi 25.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 40.000 manat və 2.000 avro cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlii ilə bağlı aşağıdakıları qeyd edir. 40.000 manat pul tələbi “Mövcud borcun etirafı barədə” mücərrəd müqaviləyə əsalanır (iş v. 31). Həmin müqavilə tərəflərin arsında 10.08.2016-cı il tarixdə notariat qaydasında bağlanıb, cavabdeh iddiaçıya 40.000 manat borcunun olduğunu etiraf edib və 30.09.2016-cı il tarixinə qədər borcu qaytarmağı öhdəsinə götürüb. 2.000 avro pul tələbi cavabdeh tərəfindən imzalanmış 05.10.2019-cu il tarixli “iltizam” adlı sənədə əsaslanır (iş v. 32). Həmin sənəddən görünür ki, cavabdeh iddiaçıdan iş görmək üçün 40.000 manat aldığını, daha sonra əlavə olaraq 2.000 avro aldığını etiraf edib və sonuncu dəfə söz verib ki, həm 40.000 manatı, həm də 2.000 avronu 10.11.2019cu il tarixinə kimi qaytaracaq. Hazırda iddiaçı həmin sənədlərdə göstərilən pulun qaytarılmasını tələb edir. Cavabdeh apellyasiya şikayətində 2 hala istina edir: 1-ci, borcun etirafı barədə mücərrəd müqaviləni imzalamağa məcbur edilib; 2-ci, iddia müddəti keçib. Lakin cavabdeh müqaviləni imzalamağa məcbur edildiyini təsdiq edən sübut təqdim etməyib, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməyib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 739 və 882-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 40.000 manat və 2.000 avro məbləğində pulun cavabehdən tutularaq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7591/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7591/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver