Məhkəmə qərarları › İş №2(103)-7595/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7595/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7595/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 2500 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Xətai rayonu. Qədir Məmmədov küçəsi ev 7, mənzil 111-ə gəlin köçmüşdür. Həyat yoldaşnın dediyinə görə həmin mənzil ona məxsus idi. Bir müddət həmin mənzildə həyat yoldaşı ilə birlikdə yaşamışdır. Sonradan məlum olmuşdur ki, həmin mənzil həyat yoldaşının birinci nikahdan olan ailəli qızı X3 adınadır və bir gün o onlardan xəbərsiz yaşadığımı mənzili satmış və həmin mənzilin pulunu mənimsəmişdir. Mənzilin pulundan atasına 10000-12000 manat pul göndərmişdir. Qalan pula isə Kürdaxanı qəsəbəsində 2 mərtəbəli villa tikdirmişdir. Həyat yoldaşı qızının bu hərəkətindən çox məyus olmuşdur. Onunla söhbətində qızının onu aldatdığını demişdir. 2 ilə yaxın onunla küsülü qalmış, hətta demişdir ki, əlinə keçsə ondan bu heyfi çıxacaq. Məlum oldu ki, Günay mənzilin çıxarışının və texniki pasportunun rəngli kserosurətini evdə qoymaqla atasını aldatmışdır. Mənzil satılandan sonra Xətai rayonu ərazisində Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, döngə 1, dalan 1, ev 4Q-də 2 otaqlı ev almışlar. Mənzil yaşamaq üçün yararsız vəziyyətdə idi. Bir müddət ünvanda təmir işləri apardıqdan sonra oraya köçmüş və mənzildə yaşaya-yaşaya da uzun müddət təmir işləri aparmışlar. Evin mülkiyyət sənədi mövcud deyil. Ünvanda yalnız cavabdeh pasport qeydiyyatındadır. Ötən ilin sentyabr ayından etibarən yoldaşnın davranışında bir qəribəlik hiss etməyə başladığını, bu dəyişikliyin səbəbini öyrənmək istəsə də, ona dəqiq bir söz deməmişdir. Ara-sıra ona eşitdirmişdir ki, işdən çıxmaq istəyir, evi satsınlar Yevlaxa qızının yanına köçsünlər. Teztez evə spirtli içkilərin təsiri altında gəlirdi. Cavabdehin birinci nikahdan dörd qızı var və hamısı ərdədir. Hamısının da əri işləyir və ailələrini maddi cəhətdən təmin edirlər. Buna baxmayaraq, vaxtaşırı cavabdehin qızları atalarına müraciət edərək ondan müəyyən məbləğdə pul tələb edir, cavabdehin onlara müxtəlif məişət əşyaları almasını istəyirdilər və bu tələblər cavabdeh tərəfindən qeyd-sərtsiz yerinə yetirilirdi. Cavabdeh 2017-ci ildən etibarən 300 (üç yüz) manata yaxın pensiya alır və pensiya almaqla yanaşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində çilingər işləyir və 700-800 manat əmək haqqı alır. Cavabdeh pensiyaya çıxandan sonra onlar yalnız onun pensiyası ilə dolanmışlar. Qalan gəlirlərini isə o iddiaçının etirazına baxmayaraq qızlarına xərcləmişdir. Ötən ilin sentyabr ayından etibarən isə cavabdeh evə heç bir bazarlıq elməmiş, yalnız kommunal xərcləri ödəmişdir. İddiaçı əvvəllər işləmişdir. Nikaha daxil olandan sonra cavabdeh onun işləməşinə razılıq verməmiş və onu maddi cahətdən hər cür təmin edəcəyini bildirmişdir. Ailədə söz-söhbət olmasın deyə iddiaçı onun şərti ilə razılaşaraq işdən çıxmışdır. Evə ərzaq məhsulları və gündəlik zəruri təlabat malları almadığı üçün iddiaçı məcburiyyət qarşısında qalaraq vaxtaşırı bacısının evində, qardaşının evində yaşayır. Bir neçə dəfə xəstələnsə də, cavabdeh ona bir manat olsun belə dərman pulu vermir. Hər dəfə ondan soruşanda ki pulunu hara xərcləyir, cavab vermişdir ki, kredit ödəyir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi məhrumiyyətlərə məruz qalmışdır. Onun qanunazidd əməlləri nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur. Yaranmış problemlərlə bağlı iddiaçı məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinə, Xətai rayon İcra hakimiyyətinə, Əhmədli qəsəbə inzibati ərazi idarəsinə, Polis bölməsinə müraciət etmişdir. Xətai rayon 34-cü Polis bölməsinin əməkdaşları və Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mehman Allahverdiyev ünvanda olaraq vəziyyəti öz gözləri ilə görmüşlər. Cavabdehin əməllərində məişət zorakılığının əlamətləri olsa da iddiaçıya məlum olmayan səbəbdən ona qarşı inzibati məsuliyyət tədbirləri tətbiq olunmamışdır. Sözügedən qurumlar iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İddiaçı bu günə qədər cavabdehlə rəsmi nikahdadır. Cavabdeh iddiaçının razılığı olmadan (ailəsinə xərcləməsinə rəğmən) ümumi birgə əmlakdan iddiaçıya çatası əmlak üzərində də sərəncam verməklə onun hüquqlarını pozmuşdur. İddiaçıda olan məlumata görə cavabdeh “Baku Elektroniks”-in radiozavod deyilən ərazidə yerləşən “Çırağan” filialından və metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən “Embavod” mebel mağazasından qızları üçün bir neçə məişət əşyası və mebel dəsti götürmək üçün kredit müqavilələri bağlamış, ümumi birgə əmlakdan iddiaçıya çatacaq vəsaiti də həmin kredit ödənişlərinə yönəltməklə iddiaçını maddi cəhətdən ağır vəziyyətə salmışdır. Hesab edir ki, cavabdeh ümumi-birgə əmlakdan hər ay ona çatacaq 400-500 manat vəsait üzərində qanunsuz sərəncam verməklə ötən ilin sentyabr ayından etibarən bu günə qədər iddiaçıya 2500-3000 manat məbləğində ziyan vurmuşdur və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 2500 manat məbləğində vəsaitin tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçıapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edəniddiaçının nümayəndəsi X2pellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2014-cü il tarixdə 715 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir (AZ-İ seriyalı 970526 nömrəli Nikah haqqında şəhadətnamə). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2020-ci il tarixli Pensiya haqqında arayışa əsasən Cavabdeh yaşa görə hər ay 350,39 manat pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin “E-sosial” Portalından çıxarışa əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində çilingər vəzifəsində çalışır, əmək haqqı 865 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Kassa məxaric orderinə əsasən Cavabdeh 8000 manat kredit verilmişdir. İş materiallarında olan Kassa mədaxil orderlərinin surətlərinə əsasən Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxx” MMC-nin “Çırağan” filialına müqavilə üzrə borca görə ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinə hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-ci maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ər-arvadın hər birinin əldə etdiyi gəlir onların birgə mülkiyyətinə daxil edilsə belə, iddiaçı tərəfindən cavabdehin nikah dövründə əldə etdiyi gəliri ailənin tələbatlarını ödəmək üçün deyil, başqa məqsədlərə xərclədiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki iddia əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar