Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7599/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(008)-6/2019 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı X3 borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada 13.764 ABŞ dolları əsas borc, 3735 ABŞ dolları faiz borcu, cəmi 17.499 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1 xeyrinə tutulması haqqında məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və ərizə təmin edilərək bu barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli əmri çıxarılmışdır. Qeyd edilən məhkəmə əmrindən etiraz verilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli qərardadı ilə məhkəmənin 13 iyul 2015-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 25 yanvar 2016-cı il tarixədək hesablanmış və ödənilməmiş 13.794 ABŞ dolları əsas borc, 10.150 ABŞ dolları faiz borcu və 4137 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 28.081 ABŞ dolları məbləğində borcun, həmçinin 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 27 may 2016-cı ıl tarixədək hesablanmış 13.793,1 ABŞ dolları əsas, 11.839,07 ABŞ dolları faiz və 5276,42 ABŞ dolları cərimə olmaqla, cəmi 30.908,59 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun İddiaçı X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, İddiaçı X1 xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.793,1 ABŞ dolları əsas borc, 4976,98 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 18.820,08 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 245 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli, 2(103)- 1033/2020 saylı qətnaməsinə əsasən, İddiaçı ASC və Cavabdeh1 vəkili-nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsi İddiaçı ASC və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən iddiaçı və Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(102)-5618/20 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində baxılmış və 14.01.2020-ci il tarixli, 2(103)- 1033/2020 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(008)-6/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verildiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun məhkəmə sənədlərində göndərilən məhkəmə qətnaməsinin qeydiyyatda olduğu, Xocavənd rayonu, Tuğ kəndində göndərilmişdir. O, qətnamə qəbul edilməmişdən öncə, məhkəmə proseslərində, qeydiyyat ünvanının ünvan 1 şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 86 saylı bağça olduğunu bildirmişdir. Lakin, buna baxmayaraq, məhkəmə bildirişləri qeydiyyat ünvanına göndərilmiş və o da, həmin məktubların heç birini də almamışdır. Məhkəmənin bu əsası ilə razı deyil, belə hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, qeyd edilən qətnaməni o, məhkəmədən 07 may 2021-ci il tarixdə rəsmi qaydada almış və ona verilən hüquqdan istifadə edərək, Bab Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(008)-6/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14.10.2020-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(008)-6/2019 saylı qətnaməsi İddiaçı X3 və Cavabdeh1 tərəfindən verilmiş apellyaslya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 14.01.2020-ci il tarixli, 2(103)-1033/2020 saylı qətnaməsinə əsasən, apellyasiya şikayətləri təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin çıxardığı qətnamədən eyni şəxslər tərəfindən verilmiş kassasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və məhkəmənin 18 noyabr 2020-ci il tarixli, 2(102)-5618/20 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi deyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(008)-6/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7599/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7599/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver