Məhkəmə qərarları › İş №2(103)-76/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-76/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-76/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 İB-nə və “Azərsu“ ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) iş üzrə (Açar sözlər: kompensasiya tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X3 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İB-yə və “Azərsu“ ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “kompensasiya tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3117/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə 31 avqust 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 157-ci vərəqəsində xx.xx.2008-ci il tarixdə qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1774/2020 saylı qərarının məzmunundan müəyyən olunur ki, İddiaçı əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 İB-yə qarşı 45000 manat məbləğində ziyan tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, Şirvan inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(086)-53/2016 saylı qərarı ilə iddiası təmin edilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunan məhkəmə aktlarından müəyyən olunmuşdur ki, iddia tələbi ilə sifarişçi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia qaldırılmalıdır.

3. İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququnun pozulması nəticəsində torpağın əvəzi kimi 105600 manat, 6 il üçün əldən çıxmış faydaya görə 90000 manat, cəmi 195600 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan inzibati-İqtisadi Məhkəməsinin, xx.xx.2017-ci il tarixli, 2-1(086)-2753/2017 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.

5. Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(106)-485/2017 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Şirvan inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün yenidən həmin məhkəməyə qaytarılmışdır.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin qərardaddan verdiyi kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(102)-614/18 saylı qərarı ilə təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadları ilə məhkəmə-əmtəəşünaslıq, məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları təyin edilmişdir.

8. “Əmlak Ekspert Mərkəzi”nin xx.xx.2018-ci il tarixli, ƏEM/S 108-908/18 saylı rəyində qeyd olunmuşdur ki, mülki işin materialları əsasında Cəlilabad şəhəri, Bakı-Astara Magistral yolunun yaxınlığında yerləşən torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün ekspert qrupu tərəfindən əraziyə baxış keçirilmiş, hüquqi sənədlər faktiki vəziyyətə uyğun olaraq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsindən qaz xətti və sonradan kanalizasiya xətti keçirildiyindən istifadə imkanları məhdudlaşmışdır. Torpaq sahəsi infrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşib. Yaxınlıqda fərdi yaşayış evləri, istehsal obyektləri və digər sosial əhəmiyyətli obyektlər mövcuddur. Coğrafi mövqeyi və şəhər nəqliyyatı ilə təminatı əlverişli olaraq qiymətləndirilmişdir. Baxış keçirilən zaman müşahidə edilmişdir ki, torpaq sahəsi əsasən boş sahədən ibarətdir, üzərində heç bir tikili və yaşıllaşdırma işi aparılmayıb, relyefi hamardır, sahə xarici və torpaq suları ilə basılmır və batmır. Seysmikliyi, sürüşmə hadisələri nəzərə çarpmayıb, sanitar-gigiyenik parametrləri qənaətləndiricidir. Ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Torpağın 1 sot üzrə bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla qiymətləndirilən torpağın 1 sot üzrə bazar dəyəri müəyyən olunmuşdur. Beləliklə, ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyəürsdə dan Cəlilabad şəhərində yerləşən 1,178101 ha. kənd təsərrüfat təyinatlı torpaq safesäradəo qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəci 72220 manat, qaz boruları çəkiləndən sonra, yəni xx.xx.2018-ci il tarixə real bazar dəyəri 59670 manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 oktyabr 2018-ci il tarixli, C-553 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya **********88 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünə görə mülkiyyətə verilmiş 1,1781 ha.kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ərazisindən keçən, vizual göstərilən yeraltı qaz boru xəttinin yerləşmə mövqeyi, ölçüləri, koordinatları rəyə əlavə edilmiş ölçü planında öz əksini tapmışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi həyətyanı tikilialtı və yerüstü beton kanalizasiya quyularının yerləşdiyi ərazi kimi, çox hissəsi isə yol kimi istifadə edilir. Bu səbəbdən də torpağın yararlılıq vəziyyəti dəyişmişdir və kənd təsərrüfatına yararsız vəziyyətdədir. Torpaq sahəsi təyinatına uyğun istifadə edilmir və təyinatına uyğun istifadə edilib-edilməməsi mümkünlüyü çox az ehtimal olunur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.11,2018-ci il tarixli, 17944 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıya **********88 reyestr nömrəli çıxarışa, torpaq sahəsinin planı və ölçüsünə görə mülkiyyətə verilmiş 1,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisindən keçən, cavabdehin nümayəndəsi tərəfindən vizual göstərilən yeraltı qaz boru xəttinin çəkildiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin müəyyən hissəsi həyətyanı tikilialtı və yerüstü beton kanalizasiya quyularının yerləşdiyi ərazi kimi, çox hissəsi ilə yol kimi stifadə edilir. Torpağın yararlılıq vəziyyətinin, həmçinin təyinatların uyğun istifadə edilibedilməməsini müəyyən olunması məhkəmə tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığı üçün bu suallar üzrə tədqiqat aparılmamışdır.

11. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-246/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 72200 manat tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178101 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, qaz xəttinin çəkilməsi ilə əlaqədar, faktiki olaraq əhəmiyyətsiz və lazımsız bir əmlaka çevrilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatına yararsız vəziyyətə gətirilmişdir və təyinatına uyğun istifadə edilməsinin mümkünlüyü çox az ehtimal olunur. Məhz bu səbəbdən, torpaq sahəsinin qaz boruları çəkildikdən sonrakı real bazar dəyərinin heç bir əhəmiyyəti yoxdur. Yəni hazırki dəyərindən asılı olmayaraq, həmin əmlak təyinatı üzrə istifadəyə yararsız və lazımsızdır. Ona görə də, torpaq sahəsinin qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəri olan 72200 manat pul cavabdehdən tutulmalıdır.

12. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qaz və kanalizasiya xəttinin çəkilib-çəkilməməsi, həmin torpaq sahəsindən və ya bir hissəsindən yol kimi istifadə edilib-edilməməsi, həmin torpaq sahəsində hazırda nə kimi qurğular və tikililərin olub-olmaması, qeyd olunan torpaq sahəsindən qaz və kanalizasiya xətti çəkilmişdirsə, yaxud həmin torpaq sahəsindən və ya bir hissəsindən yol kimi istifadə edilirsə, həmin maneələr, o cümlədən maneələrdən hansı maneə, hansı hissədə torpaqdan təyinatı üzrə istifadə edilməsinə maneə yaradıbyaratmaması, konkret olaraq torpaq sahəsindən qaz xəttinin yeraltı boru xətti ilə çəkilməsinin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə, torpağın yararlılığına nə kimi maneə yaradıb-yaratmaması, maneələr mövcud olduğu halda torpaq sahəsindən hansı hissədə təyinatı üzrə istifadə edilməsinin mümkün olub-olmaması, torpaq sahəsində kanalizasiya xətti və yolun mövcud olduğu vəziyyətdə olan, həmçinin qaz xəttinin çəkilməsindən sonrakı orta bazar qiymətinin nə qədər olmasını müəyyən etmək məqsədi ilə kompleks məhkəmə tikinti-texniki, torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq olaraq mütəxəssis və ekspert rəyləri alınmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2561 nömrəli ekspert rəyindən görünür ki, birinci sual üzrə - "AB Consulting” MMCnin mühəndisləri Emin Mehdiyev və Hüseyn İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan Cəlilabad şəhəri ərazisində yerləşən 1,178 ha torpaq sahəsindən yeraltı qaz və kanalizasiya xətti çəkilmişdir. Torpaq sahəsi hal-hazırda bütünlüklə gediş-gəliş yolu kimi istifadə olunur, ikinci sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən torpaq sahəsində halhazırda tikili mövcud deyil. Torpaq sahəsinin uzunu boyu kanalizasiya xəttinin qapaqları quraşdırılmışdır. Üçüncü sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsində qaz və kanalizasiya xətləri çəkilərkən torpaq sahəsinin 13 metr eni və 920 metr uzunu olmaqla torpağın bütün sahəsi istifadə olunmuşdur. Hal-hazırda torpaq sahəsi bütünlüklə qəsəbə daxili avtomobil yolu kimi istifadə olunur. Dördüncü sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsindən çəkilən qaz xətti torpağın 1 metr dərinliyindən aparıldığı üçün kənd təsərrüfatı texnikasının ərazidə işləməsinə təhlükə yaradır. Beşinci sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsindən çəkilən qaz xətti torpağın orta hissəsindən tam uzunluğu boyu çəkilmişdir. Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən aztəzyiqli qaz xəttinin hər iki tərəfindən 4 metr mühafizə və təmir zolağı nəzərdə tutulur.

14. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli G-12/19-386 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178 ha torpaq sahəsinin hazırki orta bazar qiyməti 55000-60000 manat arasında dəyişir.

15. Şirvan Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(106)-19/2020 saylı qərarı ilə cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı, üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 55000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətlərinin iddianın təmin olunmaması barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bununla belə cavabdehdən tutulmalı olan məbləğin 72.200 manat həddində müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, həmin məbləğ "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli G12/19-386 saylı mütəxəssis rəyində qeyd olunan aşağı həddə, yəni 55000 manat müəyyən edilməlidir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1774/2020 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(106)- 19/2020 nömrəli qərarı ləğv edilərək, İddiaçı iddiası mümkün sayılmamışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Neft Şirkətinin “Azəriqaz" İstehsalat Birliyinə qarşı 45000 manat ziyan tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası təmin edilməmişdir.Qeyd olunan məhkəmə aktlarından müəyyən olunmuşdur ki, iddia tələbi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz" istehsalat Birliyinə qarşı deyil, sifarişçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia qaldırmalıdır. Odur ki, hazırda cavabdehə qarşı iddiasında cavabdehin təqsirindən mülkiyyətində olan torpaq sahəsi onun istifadəsindən çıxdığına və orada əkilmiş kənd təsərrüfatı məhsulları tamamilə məhv edildiyinə görə kompensasiya ödənilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının iddiasında qeyd etdiyi kimi cavabdeh tərəfindən iddiaçıya zərər vurulmamış, qaz xəttinin iddiaçının torpaq sahəsindən çəkilməsi barədə cavabdeh hər hansı qərar qəbul etməmiş, bu barədə ‘Azəriqaz” İB-yə sifariş verməmişdir. Cavabdeh Cəlilabad rayonunun əhalisinə göstərilən tibbi xidmətin yüksəldilməsi məqsədi ilə xəstəxana üçün yeni bina tikdirmiş və həmin binanın qazla təmin edilməsi üçün qaz xəttinin çəkilməsi məqsədi ilə “Azəriqaz" istehsalat Birliyinə sifariş vermişdir. Sifarişdə qaz xəttinin cavabdehin göstərdiyi trayektoriya üzrə çəkilməsinə daır hər hansı göstəriş mövcud olmamışdır, iddiaçının mülkiyyətində olan torpaq sadəsindən qaz xəttinin cavabdehin göstərişi əsasında çəkilməsi işdə olan sübutlarla :əsdiq olunmur. Cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta .etmir. Belə olduqda, iddiaçı cavabdehdən zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktına əsaslanaraq iddia tələbinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qaldırdığını bildirmiş, işdə olan məhkəmə qərarlarında Səhiyyə Nazirliyinə qarşı iddia qaldırılmasının zəruriliyi bildirilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddıaçıya ziyan vurulması sübuta yetmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, mülkiyyətində olan torpaq sahəsində qaz xətti çəkmiş şəxslərə (hüquqi şəxslərə) qarşı ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır.

17. Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsinin xx.xx.2021-ci tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Cəlilabad şəhər ərazisində 1,18 ha kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi vardır. Lakin onun mülkiyyətində olan 1,18 ha pay torpaq sahəsindən Cəlilabad şəhərinin su və kanalizasiya kollektoru inşa edilərək keçirilmişdir. Ona görə də sözügedən pay torpaq sahəsini təyinatı üzrə istifadə etmək mümkün olmur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Cavabdeh1 İB-yə qarşı “kompensasiya tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus torpaq sahəsinin əldən çıxmasına görə dəymiş ziyan olaraq 72200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd tədərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reysterində adına qeydə alınmışdır. Mülkiyyət hüququnun qeydə alınması ilə bağlı ona xx.xx.2008-ci il tarixli, MH ******* nömrəli çıxarış verilmişdir. Mülkiyyətində olan torpaq sahəsindən 2013-cü ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014cü il tapşırığına əsasən Cavabdeh1 İB-nin X8 sahəsi Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qaz kəməri xəttini çəkmişdir. Nəticədə mülkiyyətində olan torpaq sahəsi onun istifadəsindən çıxmış, orada əkilmiş kənd təsərrüfatı məhsulları tamamilə məhv edilmiş və ona külli miqdarda ziyan dəymişdir. Dəymiş ziyanla bağlı cavadeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia qaldrımış, uzun sürən məhkəmə araşdırmalarından sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-1774/2020 saylı qərarı ilə iş üzrə əsl cavabdehin Cavabdeh1 İstehslat Birliyi olduğu və mülki qaydada iddia vermək lazım olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystüri Xidmətinin xx.xx.2016-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cəlilalabd rayonu, Cəlilabad şəhərində yerləşən xx.xx.2008-ci il tarixli dövlət reyestrindən çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.1781 ha kənd təsərüüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə olan koordinatlar SK-42 koordinat sistemi ilə işlənmiş, hal-hazırda isə WGS-84 koordinat sistemindən istifadə olunduğundan, təqdim olunmuş plan və ölçünün koordinatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək mümükün olmamışdır. Lakin Cəlilalabd şəhərinin kompleks yerquruluşlu layihəsinə əsasən, iddiaçıya alqı-satqı qaydasında mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə mövqeyinə görə döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Mübahisə predimeti olan əraziyə baxış keçirilərkən Cavabdeh1 tərəfindən Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çəkilmiş yeraltı qaz kəməri xəttinin ərazidən keçməsi ilə bağlı yer üstündə hər hansı məlumat nişanı aşkar olunmasa da, cavabdehin nümayəndəsinin təqribən göstərdiyi və 1,5 m dərinlikdən keçməsi ehtimal olunan qaz kəməri xəttinin ərazidə yerləşmə mövqeyi qeydə alınmışdır. Belə ki, yeraltı qaz kəməri xəttinin müəyyən hissələrdə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur. İddiaçının mülkiyyətinə verilmiş 1,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissələrində kanalizasiya baxış quyularına əsasən yeraltı kanalizasiya xəttinin keçməsi müəyyənləşdirilmişdir. xx.xx.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dəymiş ziyanın ödənilməsi tələbi ilə müraciət etmiş, Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının qazanxanasının qazlaşdırılması işləri “Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş texniki şərtə uyğun olaraq hazırlanmış layihə əsasında həyata keçirilmişdir. “Əmlak Ekspert Mərkəzi"nin xx.xx.2018-ci il tarixli, ƏEM\S 108-908U8 saylı rəyində qeyd olunur ki, mülki işin materialları əsasında Cəlilalabad şəhəri, Bakı-Astara Magistral yolunun yaxınlığında yerləşən torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün ekspert qrupu tərəfindən əraziyə baxış keçirilmiş, hüquqi sənədlər faktiki vəziyyətə uyğun olaraq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsindən qaz xətti və sonradan kanalizasiya xətti keçirildiyindən istifadə imkanları məhdudlaşdırılmışdır. Torpaq sahəsi ifrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşib. Yaxınlıqda fərdi yaşayış evləri, istehsal obyektləri və digər sosial əhəmiyyətli obyektlər mövcuddur. Coğrafi mövqeyi və şəhər nəqliyyatı ilə təminatı əlverişli olaraq qiymətləndirilmişdir. Baxış keçirilən zaman müşahidə edilmişdir ki, torpaq sahəsi əsasən boş sahədən ibarətdir, üzərində heç bir tikili və yaşıllaşdırma işi aparılmayıb, relyefi hamardır, sahə xarici və torpaq suları ilə basılmır və batmır. Seysmikliyi, sürüşmə hadisələri nəzərə çarpmayıb., sanitar-gigiyenik parametrləri qənaətləndiricidir. Ərazi üzrə daşınmaz əmlak bazaranın monitorinqi aparılmış və təhlil olunmuşdur. Torpağın 1 sotu üzrə bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla qiymətləndirilən torpağın 1 sot üzrə bazar dəyəri müəyyən edilmişdir. Beləliklə, ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1.178101 ha. kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəri 722000 manat, qaz boruları çəkildikdən sonra xx.xx.2018-ci il tarixə real bazar dəyəri 59670 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reysteri Xidmətinin 11 oktyabr 2018-ci il tarixli, C-553 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya **********88 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünə görə mülkiyyətə verilmiş 1,1781 ha.kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ərazisindən keçən, vizual göstərilən yeraltı qaz boru xəttinin yerləşmə mövqeyi, ölçüləri, koordinatları rəyə əlavə edilmiş ölçü planında öz əksini tapmışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi həyətyanı tikilialtı və yerüstü beton kanalizasiya quyularının yerləşdiyi ərazi kimi, çox hissəsi isə yol kimi istifadə edilir. Bu səbəbdən də torpağın yararlılıq vəziyyəti dəyişmişdir və kənd təsərrüfatına yararsız vəziyyətdədir. Torpaq sahəsi təyinatına uyğun istifadə edilmir və təyinatına uyğun istifadə edilibedilməməsi mümkünlüyü çox az ehtimal olunur. Beləliklə göstərilən bütün bu sübutlarla müəyyən edilir ki. xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, qaz xəttinin çəkilməsi ilə əlaqədar, faktiki olaraq əhəmiyyətsiz və lazımsız bir əmalaka çevrilmişdir. Məhz bu səbəbdən, torpaq sahəsinin qaz boruları çəkildikdən sonrakı real bazar dəyərinin heç bir əhəmiyyəti yoxdur. Yəni hazırkı dəyərindən asılı olmayaraq, həmin əmlak təyinatı üzrə istifadəyə yararsız və lazımsızdır. Ona görə də torpaq sahəsinin qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəri olan 72200 manat pul cavabdehlərdən tutulmalıdır.

20. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə əvvəllər keçirilmiş məhkəmə prosessləri zamanı məhkəmə nuihəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, “Tağıyeva Rühəngiz islam qızının xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1.178 ha torpaq sahəsindən yeraltı qaz və kanalizasiya xətti çəkilmişdir. Torpaq sahəsi hal-hazırda bütünlüklə gediş-gəliş yolu kimi istifadə edilir. Torpaq sahəsinin uzunu boyu kanalizasiya xəttlərinin qapaqları quraşdırılmışdır. Torpaq sahəsində qaz və kanalizasiya xəttləri çəkilərkən torpaq sahəsinin 13 metr eni və 920 metr uzunu olmaqla torpağın bütün sahəsi istifadə olunmuşdur. Hal-hazırda torpaq sahəsi bütünlüklə qəsəbə daxili avtomobil yolu kimi istifadə edilir.” Beləliklə ekspertiza rəyindən tam bəlli olur ki, mülkiyyət hüquqları ilə ona məxsus olan mübahisəli torpaqdan təkcə qaz xətləri deyil, eləcə də kanalsizasiya xətləri çəkilmişdir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmədən "xxxx" ASC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

21. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3117/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 İB-dən və “Azərsu“ ASC-dən müştərək qaydada 55000 (əlli beş min) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun 22,80 (iyirmi iki manat 80 qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən Cavabdeh2 ASC apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 ASC-yə aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sübutlardan göründüyü kimi mübahisəli ərazidə Cavabdeh2 ASC-nin sifarişi əsasında hər hansı tikintiquraşdırma işləri aparılmamış və iş üzrə Sifarişçi olmamışdır. Buna görə də iş üzrə Cavabdeh2 ASC mülki məsuliyyət daşımır. Digər tərəfdən məhkəmə qətnaməsində Cavabdeh2 ASC-dən maddi ziyanın tutulmasının əsası kimi heç bir sübuta istinad etməmiş, Cavabdeh2 ASC tərəfindən iddiaçıya qarşı hərəkət və hərəkətsizlik edilməsini müəyyən etməmişdir. Ümumiyyətlə qətnamənin Cavabdeh2 ASC-yə aid əsaslandırma hissəsi yoxdur. Həmçinin, sözügedən torpaq sahəsində kanalizasiya xətlərinin Cavabdeh2 ASC tərəfindən çəkilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən belə bir sübut iddiaçıdan tələb edilməmişdir. İş üzrə mövcud olan hallar sübutlarla təsdiq edilməmiş, qətnamə Cavabdeh2 ASC-yə aid hissədə əsaslandırılmamış, mübahisəli ərazidə tikinti-quraşdırma işlərinin Cavabdeh2 ASC tərəfindən aparılması öz təsdiqini tapmamışdır. Bu da öz növbəsində məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

24. Qətnamədən həmçinin digər Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uygun olmamışdır. Məhkəmə iş üzrə onlar tərəfindən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, iddiaçının mülahizələrinə əsaslanaraq səhv qətnamə qəbul etmişdir. Belə ki, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının 7-386-13 nömrəli sifarişi əsasında Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Mərkəzi Rayon Xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün Cavabdeh1 İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 2013-cü ildə işçi layihə tərtib edilmişdir. Həmin işçi-layihə əsasında 10 iyun 2013-cü il tarixdən 10 iyul 2013-cü il tarixədək "xxxx" MMC tərəfindən tikinti-quraşdırma işləri aparılaraq iddiaçıya məxsus torpaq sahəsinin kənarı ilə çəkilmiş kanalizasiya xəttindən 2 metr aralı məsafədə 1.5 metr dərinlikdə polietilen qaz kəməri çəkilmişdir. Aparılmış tikinti-quraşdırma işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X5 Agentliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən müayinə edilmiş, görülən işlərin keyfiyyəti yaxşı qiymətləndirilərək istismara qəbul edilməsi məqbul sayılmışdır. Qeyd edilən qaz xəttinin çəkilməsi işləri bir ay müddətində davam etmişdir. Tikinti işləri aparılan zaman iddiaçı tərəfindən heç bir etiraz, irad bildirilməmiş, qaz xəttinin çəkilməsi və istismara verilməsi işləri başa çatdırıldıqdan sonra iddiaçı müxtəlif instansiyalara müraciət edərək ona məxsus pay torpaq sahəsinin zəbt olunduğunu bildirmişdir. İddiaçının müraciəti əsasında araşdırma aparılmış və qaz xəttinin keçdiyi ərazinin bələdiyyə torpaqlarına aid olması müəyyən edilmişdir. İddiaçı qaz xəttinin keçdiyi ərazinin bələdiyyə torpaqlarına aid olmasını qəbul etmiş və şikayətinin olmaması barədə ərizə vermişdir. İddiaçının nümayəndəsi qeyd edilən ərizənin 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Cəlilabad rayonuna səfəri ilə əlaqədar müəyyən şəxsləri xahişlərinin nəzərə alınaraq yazıldığını bildirmiş, lakin qeyd olunan ərizə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Həmçinin, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün Cavabdeh1 İB-nin Layihə- Konstruktor Bürosu tərəfindən işçi layihə hazırlanarkən kanalizasiya xətti mövcud olmuş və tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Hətta iddiaçıya məxsus torpaq sahəsi ilə kanalizasiya xətti arasında kəndin avtomobil yoluda mövcuddur ki, buda 1-ci instansiya məhkəməsinə təqdim olunmuş fotoşəkillərdə öz təsdiqini tapır. Qeyd edilən qaz xətti isə iddiaçıya məxsus torpaq sahəsinin kənarı ilə çəkilmiş kanalizasiya xəttindən 2 metr aralı məsafədə 1.5 metr dərinlikdə yaşayış evlərinin yaxınlığında çəkilmişdir və iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə heç bir maneçilik törətmir. İddiaçı tərəfindən tikinti işlərini aparan tikinti təşkilatına qarşı deyil SOCAR-ın Cavabdeh1 İB-nə qarşı iddia qaldırılması məqsədli xarakter daşıyır, iddiaçı SOCAR-ın imkanları hesabına iddia tələbinin təmin olunmasını güman edir. Cavabdeh1 İB-yi yalnız ödənişli əsaslarla Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının 7-386-13 nömrəli sifarişi əsasında layihələndirmə işlərini aparmış, hər hansı bir tikinti işləri aparmamış və yalnız nəql edilən qazın keyfiyyətinə və təzyiqinə, istifadə edilmiş qurğu və materialların standartlara cavab verməsinə, layihəyə uyğun istismar olunmasına görə məsuliyyət daşıyır. Qaz xətti Cəlilabad rayon Mərkəzi xəstəxanasının balansındadır, Cavabdeh1 İB-yə heç bir mənsubiyyəti yoxdur. İddiaçı Cavabdeh1nə qarşı qaz kəmərinin çəkildiyi ilə əlaqədar 2013-cü ildən istifadə edə bilmədiyi torpaq sahəsinə dəymiş zərər kimi hər il üçün 15.000 manat olmaqla ümumilikdə 45000 manat məbləğin ödənilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2-1(86)- 53/2016 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2- 1(86)-53/2016 saylı qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli, 2-1(106)202/2016 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmədən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2016-cı il tarixli 2-1(86)- 53/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2- 1(102)-1912/2016 saylı qərarı ilə təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnamələri Xətai rayon Məhkəməsinə təqdim olunsada məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2561 nömrəli ekspert rəyinə istinad etsədə iddiaçının Cavabdeh1 İB-nə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsində keçirilən zaman verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 8 saylı Cəlilabad LTİ-nin mütəxəssis rəyini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2561 nömrəli ekspert rəyində iddiaçıya məxsus torpaq sahəsində qaz və kanalizasiya xəttlərinin çəkilməsi, torpaq sahəsindən bütünlüklə yol kimi istifadə edilməsi, torpaq sahəsində tikilinin mövcud olmaması, torpaq sahəsi uzunu boyu kanalizasiya xəttinin qapaqlarının quraşdırılması, torpaq sahəsində qaz və kanalizasiya xəttləri çəkilərkən 13 metr eni və 920 m uzunu olmaqla torpağın bütün sahəsinin istifadə olunması, hazırda torpaq sahəsinin bütünlüklə qəsəbə daxili yol kimi istifadə olunması, torpaq sahəsindən çəkilən qaz xəttinin torpağın 1 metr dərinliyində aparıldığı üçün kənd təsərrüfatı texnikasının ərazidə işləməsinə təhlükə yaranmasını, qaz xəttinin torpaq sahəsinin orta hissəsindən tam uzunluğu boyu çəkilməsi , AR NK-nin Qərarına əsasən aztəzyiqli qaz xəttinin hər iki tərəfindən 4 metr mühafizə və təmir zolağı nəzərdə tutulması qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 8 saylı Cəlilabad LTİ-nin mütəxəssis rəyində isə qaz xəttinin ərazidən keçməsi ilə bağlı yer üstündə hər hansı bir nişanın olmaması, qaz xəttinin müəyyən hissələrdə iddiaçıya məxsus torpaq sahəsində 1,5 metr dərinlikdə keçməsinin ehtimal olunması qeyd olunmuşdur. Göstərilən kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 2561 nömrəli Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ekspert rəyi, eləcədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 8 saylı Cəlilabad LTİ-nin mütəxəssis rəyi ehtimallar əsasında tərtib edilmiş və qeyd olunan rəylər bir-biri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 2561 nömrəli ekspert rəyində AR NK-nin Qərarına əsasən aztəzyiqli qaz xəttinin hər iki tərəfindən 4 metr mühafizə və təmir zolağı nəzərdə tutulması qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qeyd olunan hal üzrə rəy verərkən maddi Hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları “nın 2 №-li əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərlərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 4(dörd) metr, alçaq təzyiqli qaz xəttləri üzrə isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza keçirilərkən Cavabdeh1 İB-nə heç bir məlumat verməmiş, nümayəndənin iştirakıı təmin edilməmişdir. Qaz xəttinin torpaq sahəsindən keçmə traektoriyası, layihəyə uyğunluğu yoxlanılmamış, iddiaçının mülahizələrinə əsasən rəy verilmişdir. Xətai rayon Məhkəməsi qeyd olunan halları, ekspert rəyləri arasında olan ziddiyyətli məqamları nəzərə almamış, tərəfimizdən təqdim olunmuş və iddia tələbinin əsassızlığını təsdiq edən sübutları nəzərə almamışdır. Xətai rayon Məhkəməsi qətnamədə Cəlilabad Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün Cavabdeh1 İB-nin Layihə- Konstruktor Bürosu tərəfindən işçi layihə hazırlandığını, bu səbəbdəndə dəymiş ziyanı qaz xəttini quraşdırmış "xxxx" MMC şirkəti deyil, Cavabdeh1 İB-nin ödəməli olmasını qeyd etmişdir. Cavabdeh1 İB-yi yalnız qaz xəttinin çəkilməsi üçün texniki şərt təqdim edir və qaz xəttinin çəkilməsi üçün işçi layihə tərtib edir. Qaz xəttinin quraşdırılması isə sifarişçi ilə bağlanmış müqavilə əsasında lisenziyası olan tikinti təşkilatı tərəfindən həyata keçirilir. Cəlilabad Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması layihəsi Cavabdeh1 İB tərəfindən hazırlansada qaz xəttini çəkilməsi Cavabdeh1 İB-nə heç bir tabeçiliyi olmayan "xxxx" MMC tikinti təşkilatı tərəfindən çəkilmişdir. Əgər Cavabdeh1 İBCəlilabad Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün çəkilmiş qaz xəttinə görə məsuliyyət daşıyırsa onda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyidə Cavabdeh1 İB-yi ilə birgə məsuliyyət daşıyır. Çünki,Cavabdeh1 İB-nin Layihə-Konstruktor Bürosu tərəfindənCəlilabad Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün tərtib edilmiş işçi layihənin qaydalara uyğunluğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi tərəfindən müayinə edilmiş və uyğunsuzluğun aşkar olunmaması barədə rəy verilərək qaz xəttinin çəkilməsinə icazə verilmişdir. "xxxx" MMC tikinti təşkilatı tərəfindən Cəlilabad Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün çəkilmiş qaz xətti layihəyə uyğun çəkilməmişsə ona görə sifarişçi ilə podratçı tikinti təşkilatı özü məsuliyyət daşıyır. Xətai Rayon Məhkəməsi işin obyektiv həlli üçün qaz xəttinin layihəyə uyğun çəkilib-çəkilməməsini müəyyən etməmiş, əvvəlki məhkəmə qətnamələrində qeyd olunan halları nəzərə almaqla iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

27. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İB-nin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

28. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, həmçinin digər cavabdeh “Azərsu“ ASC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş “Azərsu“ ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, “Azərsu“ ASC tərəfindən Cəlilabad rayonunda iddiaçıya məxsus olması qeyd edilən torpaq sahəsində hər hansı su kanalizasiya xətti çəkilməmişdir. Ona görə də hazırkı iddia üzrə “Azərsu“ ASC cavabdeh ola bilməz.

30. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Cəlilabad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi layihəsi çərçivəsində Cəlilabad şəhərinə kanalizasiya xətti “Azərsu“ ASC tərəfindən deyil, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən çəkilmişdir. Həmin layihənin sifarişçisi Meliorasiya və Su Təsərrüfatı ASC, icraçısı Akkord şirkəti olmuşdur. Qeyd edilən xəttin çəkilməsindən əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2021-ci il tarixli, № **********54 nömrəli məktubunun surətindən göründüyü kimi, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən hər hansı layihə xətti keçmir. Yəni, torpaq sahəsinin koordinatlarına nəzər salanda müəyyən olunur ki, həmin xətt şəxsin torpaq sahəsindən keçmir.

Tətbiq edilən hüquq

31. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 101-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 238, 1096-1099-cu maddələrinin tələblərinə əsasən, dövlət əhəmiyyətli kommunikasiya xətlərində hidrotexniki qurğuların quraşdırılması, torpaq sahələrinin müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxrnış fayda) ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

39. Həmin Məcəllənin 1099.2-ci maddəsinə gğrə isə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4325/2023 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyindən və yerquruluşu planından görünür ki, 1) İddiaçı iddia etdiyi, naturada mübahisələndirilən ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşən yeraltı qaz və kanalizasiya xətlərinin, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı mülkiyyətinə verilmiş 55 (**********88 reyestr) nömrəli 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi (bu torpaq sahəsindən keçmədiyi) müəyyənləşdirildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı mülkiyyətinə verilmiş 55 (**********88 reyestr) nömrəli 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub istiqamətində vizual göstərilmiş yeraltı qaz xəttindən şərqdən 9,7m və qərbdən 19,Om, kanalizasiya yerüstü beton baxış quyuları xəttindən şərqdən 5,8m, qərbdən 8,3m və orta tərəfdən 1,4m məsafədə yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yeraltı qaz və kanalizasiya xəttlərinin mühafizə zonasında yerləşib-yerləşməməsi aidiyyəti üzrə Cavabdeh1 və Cavabdeh2 ASC-nin səlahiyyətləri daxilindədir. 2) Yeraltı qaz və kanalizasiya xətlərinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı mülkiyyətinə verilmiş 55 (**********88 reyestr) nömrəli 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindən keçmədiyi, mövcud olmadığı müəyyənləşdirildi. Mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yeraltı qaz və kanalizasiya xəttlərinin mühafizə zonasında yerləşib-yerləşməməsi aidiyyəti üzrə Cavabdeh1 və Cavabdeh2 ASC-nin səlahiyyətləri daxilindədir.

50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yeraltı qaz və kanalizasiya xəttləri İddiaçı mülkiyyətində olan 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindən keçmədiyi üçün hazırki iddia tələbi təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

52. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

53. Məhkəmə bu nəticəyə gələn zaman həmçinin qeyd edir ki, iddiaçı hazırkı mülki mübahisə üzrə Cavabdeh2 ASC-nin cavabdeh olmasını əsaslandıra və bunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

54. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayətləri təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3117/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunan “cavabdehlər Cavabdeh1 İB-dən və “Azərsu“ ASC-dən müştərək qaydada 55000 (əlli beş min) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun 22,80 (iyirmi iki manat 80 qəpik) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar