Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7600/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "İddiaçı” BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə "İddiaçı” BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "İddiaçı” BOKT ASC (BOKT) Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə bankın xeyrinə 206 138,95 ABŞ dolları əsas, 219 768,01 ABŞ dolları faiz, 245 556,06 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 671 463,02 ABŞ dollarının, 2016-cı 28 yanvar tarixli 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 2455,44 ABŞ dolları əsas, 1357,04 ABŞ dolları faiz olmaqla cəmi 3812,48 ABŞ dollarının və 30 manat dövlət rüsumunun əvəzinin BOKTun xeyrinə tutulması, hər iki kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evinə və onun tərkibindəki həyatyanı tikili və qurğulara və xx.xx.2013-cü il tarixli 045/PBNB nömrəli ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 3 nömrəli əlavəyə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 588 d saylı bağ evinə və bağ evinin həyətyanı tikili və qurğularına yönəldilməsi, ipoteka predmetlərinin müvafiq olaraq 440 000 manat və 72 000 manat qiymətləndirilməsi, əmlakların açıq hərracda satılaraq borc tələbinə yönəldilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əhmədov Elman küçəsində yerləşən 26c nömrəli fərdi yaşayış evindən və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 588 d bağ evindən istifadə hüququna xitam verilməklə çıxarılması, fərdi yaşayış evinin, onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh və İddiaçı BOKT ASC arasında bağlanmış 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsinə və 2016-cı il 28 yanvar tarixli 212/16/NF-PK №-li kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə 206 046,13 ABŞ dolları əsas, 30 775,28 ABŞ dolları hesablanmış faiz, 1500 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 238 321,41 ABŞ dollarının, 2016-cı 28 yanvar tarixli 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 2455,44 ABŞ dolları əsas, 715,81 ABŞ dolları hesablanmış faiz olmaqla cəmi 3171,25 ABŞ dollarının tutulması, 445 000 manat dəyərində qiymətləndirilmiş Cavabdeh tam mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan 72 000 manat dəyərində qiymətləndirilmiş Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 588 d saylı bağ evinin və bağ evinin həyətyanı tikili və qurğuların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əhmədov Elman küçəsində istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərətbəli, 6 otaqlı, 191 kv/m yaşayış, 254.3 kv/metr köməkçi sahədən ibarət 26 C nömrəli yaşayış evindən Cavabdeh çıxarılması, fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən bağ evindən istifadə hüququna xitam verilməklə X3 oradan çıxarılması, fərdi yaşayış evinin və onun tərkibindəki həyatyanı tikili və qurğuların boşaldılması, 245 (iki qırx beş) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin borc məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı arqumeni ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları, cavabdehin qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh münasibətdə və ondan yalnız faiz və cərimə borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir. Beləliklə qətnamənin, iddia tələbinin təmin edilməyən, eləcə də “Cavabdeh və İddiaçı BOKT ASC arasında bağlanmış 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsinə və 2016-cı il 28 yanvar tarixli 212/16/NF-PK №-li kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 206 046,13 ABŞ dolları əsas borcun, 2016-cı 28 yanvar tarixli 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 2455,44 ABŞ dolları əsas borcun tutulması, 445 000 manat dəyərində qiymətləndirilmiş Cavabdeh tam mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evinin və onun tərkibindəki həyatyanı tikili və qurğuların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan 72 000 manat dəyərində qiymətləndirilmiş Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 588 d saylı bağ evinin və bağ evinin həyətyanı tikili və qurğuların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əhmədov Elman küçəsində istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərətbəli, 6 otaqlı, 191 kv/m yaşayış, 254.3 kv/metr köməkçi sahədən ibarət 26 C nömrəli yaşayış evindən Cavabdeh çıxarılması, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən bağ evindən istifadə hüququna xitam verilməklə X3 oradan çıxarılması, fərdi yaşayış evinin və onun tərkibindəki həyatyanı tikili və qurğuların boşaldılması, 245 (iki qırx beş) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin edilməyərək qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdehlə “İddiaçıbank” ASC-nin (hazırkı "İddiaçı” BOKT ASC) Nəsimi filialı arasında xx.xx.2016-cı il tarixdə 212/16/NF/PB №-li kredit müqaviləsi bağlanaraq ona illik 19 faizlə 84 ay müddətinə 236 428 ABŞ dolları, eyni tarixdə bağlanmış 212/16/NF-PK saylı müqavilə əsasında isə illik 28 faizlə 24 ay müddətinə 50 000 ABŞ dolları kredit verilmiş, müqavilələr üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evi və onun tərkibindəki həyatyanı tikili və qurğular, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 588 d saylı bağ evi və bağ evinin həyətyanı tikili və qurğuları ipotekaya qoyulmuş, 212/16/NF/PB №-li kredit müqaviləsi üzrə cavabdehin 206 138,95 ABŞ dolları əsas, 219 768,01 ABŞ dolları faiz, 245 556,06 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 671 463,02 ABŞ dolları borcunun, 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 2455,44 ABŞ dolları əsas, 1357,04 ABŞ dolları faiz olmaqla cəmi 3812,48 ABŞ dolları borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirdiyini müəyyən etmiş və təyin etdiyi ekspert rəyini əsas götürərək müvafiq nəticəyə gəlmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun faiz borcunun silinməli olması ilə bağlı dəlilini əsassız hesab edir; çünki tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyatorun cərimə borcundan tamamilə azad edilməli olması ilə bağlı dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 1500 ABŞ dolları müəyyən etməkdə haqlı olmuşdur. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Bu baxımdan kollegiyanın qənaətinə görə Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə və onun mübahisələndirdiyi hissədə, yəni Cavabdeh 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə 30 775,28 ABŞ dolları faiz, 1500 ABŞ dolları dəbbə pulu, 2016-cı 28 yanvar tarixli 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 715,81 ABŞ dolları faiz borcunun tutulması” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7600/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7600/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver