Məhkəmə qərarları › İş №2(103)-7600/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7600/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7600/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qıızndan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı "kredit borcunun ödənilməsi və tutmanın ipotekaya qoyulmuş avtomobilə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-357/2021 saylı işi üzrə 31.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33285 ABŞ dolları əsas, 12482.34 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45767.34 ABŞ dolları məbləğində kredit borcunun "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı, "DODGE DURANGO” markalı avtomobilə (buraxılış ili 2012, Ban - PHP**********, rəngi - ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadıqda cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanın yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2013-cü il tarixli 01105 №-li kredit və ipoteka müqavilələrinə əsasən, sonuncuya bank tərəfindən 60 ay müddətinə illik 18% dərəcəsi ilə 41294 ABŞ dolları məbləğində kredit verilmiş və bu öhdəliyin təminatı qismində ağ rəngli, buraxılış ili 2012, ban nömrəsi PHP********** olan **-HG-*** dövlət qeydiyyat nişanlı, “DODGE DURANGO” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir (iş.səh.45-49), tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əlavəsinə əsasən, cavabdeh 12.08.2013-cü il tarixdən başlayaraq müqavilənin qüvvədə olma müddəti bitənədək hər ay 1048,60 ABŞ dolları (sonuncu ay 1052,75 ABŞ dolları) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür (səh.55), ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 092915 №-li, 12.07.2013-cü il tarixli Çıxarışın surətinə əsasən **-HG-*** dövlət qeydiyyat nişanlı, "DODGE DURANGO” markalı avtomobil "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır (səh.43), iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş DİN Baş Dövlət Yol Polis İdarəsində qeydə alınmışdır (səh.59) . Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-357/2021 saylı işi üzrə 31.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 33285 ABŞ dolları əsas, 12482.34 ABŞ dolları faiz borcu olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 45767.34 ABŞ dolları borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanin ipoteka predmeti olan və Cavabdeh məxsus **-HG-*** dövlət qeydiyyat nişanlı, "DODGE DURANGO” markalı (buraxılış ili - 2012, Ban nömrəsi PHP**********, rəngi - ağ) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cəmi 45767.34 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi,İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 , 107, 119.1, 217.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 385.1, 425.1, 427.3, 449.4, 741 və 742.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, aylıq ödənişləri lazımınca yerinə yetirməmiş və nəticədə onun 07.05.2018-ci il tarixədək banka 33285 ABŞ dolları əsas borcu, 12482,34 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə tələb etmə hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələb olunan borc məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, eyni zamanda tutma ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına borc məbləği ödənilməli, qalıq məbləğ isə cavabdehə qaytarılmalıdır. İddia tələbinin - "satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadıqda cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanın yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi” hissəsi qeyri-müəyyən, eyni zamanda yekun məhkəmə qərarının icrası mərhələsinə aid olduğundan təmin edilə bilməz . Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-357/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsini qismən ləğv edilməsi yəni ondan iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 33285,00 ABŞ dolları asas, 12482,34 ABŞ dolları faiz borcu olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı mazənnəsi ilə 45767,34 ABŞ dolları borcun tutulmasına dair hissədə iddianı məhkamə-mühasibatlıq eskpertizası rəyi təyin edilmiş əsas və faiz borc məbləğinin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 97.1, 97.3, 440.1, 440.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1, 385.1.2, 386, 388-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəfindən aylar üzrə ödənilmiş olan məbləğin eyni vaxtda icrası tələb olunan əsas və faiz borc məbləğinin ödənilməsinə yetərli olmadığından, tərəfindən aparılmış olduqları ödənişlər daha ağır olan məbləğə yəni əsas borca yönəldilməli idi.Göründüyü kimi onun üçün daha ağır olan kredit müqaviləsinin əsas məbləğinin ödənilməsi olduğu halda iddiaçı tərəfindən aparılmış ödənişlər faizlərin, az hissəsi yalnız əsas borcun silinməsinə yönəldilmişdir. Əsas borc və faiz məbləğlərin müəyyənləşdirilməsi üçün (ayrıayrı vaxtlardan aparılmış ödənişlərin əsas borcdan silinməsini nəzərə alınmaqla) birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mübahibatlıq ekspertizası təyin etməyə borclu idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən ekspertizanın keçirilməsi üçün əsaslar yoxdur və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tələb olunan məbləğləri mübahisələndirsədə istinad edilməsi üçün fərqli sübutlar (ödənişlər və sair) təqdim etməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-357/2021 saylı işi üzrə 31.03.2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar