Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7620/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3544/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 08/08 №-li kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən “MERSEDES BENZ-200” markalı (Tip: sedan, ban: WDB1240211B431175, rəngi Tünd yaşıl met, Buraxılış ili-1991) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 6570 manat məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan əsasən həmin avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2008-ci il tarixli 08/08 saylı ipoteka müqaviləsi bağlanmışdır.
4. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixə 3721,18 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2045 manat faiz borcu, cəmi 5766,34 manat təşkil edir.
5. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2013-cü il tarixdə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən xx.xx.2008-ci il tarixli 08/08 №-li kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 3721,18 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2045 manat faiz borcu, cəmi 5766,34 manat, 78 dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “MERSEDES BENZ-200” markalı (Tip: sedan, Ban: WDB1240211B431175, rəngi Tünd yaşıl met, Buraxılış ili-1991) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxaralmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunmasına barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə 3721,18 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2045 manat faiz borcu, cəmi 5766,34 təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3544/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilməklə, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan kredit müqaviləsinin müddəti xx.xx.2011- ci il tarixdə bitmiş, sonuncu ödəniş xx.xx.2013-cü il tarixdə edilmişdir. Belə olan halda, iddia xx.xx.2018-ci il tarixədək veriməli idi, iddi ərizəsi isə xx.xx.2022-ci il tarixdə verilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 550-ci, 551.2.1-ci eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mübahisəyə düzgün olmayan normanı tətbiq etmişdir. Mülki Prosessual Məcəlləsinin 551-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə ayrı qayda müəyyənləşdirilmiyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Yəni iddia tələbi xx.xx.2023-cü il tarixinədək verilə bilər. Kredit üzrə ödənişlərin vaxtaşırı həyata keçirilən ödənişlərin olmasına dair məhkəmənin münasibəti ilə bağlı qeyd edilməlidir ki, cavabdehin bank qarşısında öhdəliyi Mülki Məcəllənin 551.2.1-ci maddəsində müəyyən edilmiş ödənişlərə aid edilə bilməz. Həmin normadan göründüyü kimi qanunverici kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyi deyil, yalnız kapital üçün faizləri vaxtaşırı ödənişlərə aid etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun hissə-hissə ödənilməsi barədə ödəniş cədvəlinin tərtib olunması istinad olunan normanın mənasi baxımından kreditin qaytarılmasını vaxtaşırı icra edilməli olan öhdəlik kimi qiymətləndirməyə əsas vermir. Belə ki, həmin münasibət üzrə borclu kreditor tərəfindən onun mülkiyyətinə verilmiş pul məbləğini hissəhissə geri qaytarır. Digər tərəfdən məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci bəndində beş il müddət keçdikdən sonra qüvvəsini itirən tələblərin siyahısı verilmişdir. İstinad olunan maddədə kredit müqaviləsi üzrə yaranmış öhdəliklər üçün 5 il müddət nəzərdə tutulmamışdır. Ona görə də iddianın bu əsasla təmin olunmaması əsassızdır. Kredit hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsi məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2013-cü il tarixli qərarında da kredit mübahisələrinə vaxtaşırı icraedilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin (maddə 373.3) deyil, müqavilə tələbləri üzrə iddia müddətinin (maddə 373.2) tətbiq edilməli olduğu qənaətinə gəlinmişdir. Hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən on il kimi müəyyən edilməlidir. Baxılan iş üzrə isə həmin müddət keçməmişdir. Belə ki, qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İş materiallarından göründüyü kimi 14 fevral 2008-ci il tarixli 08/08 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi xx.xx.2013-cü il tarixidir. Beləliklə müqavilə üzrə öhdəliyə xitam verilməsi üçün müddətin sonu 06 mart 2023-cü il tarixinədək müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmçinin nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur və qanunvericilikdə müəyyən edilmiş hallarda iddianın rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında da göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət olunması üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdi. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İş materialları ilə cavabdehin Bank əməliyyat sistemində cəmi 5766.34 manat məbləğində borcunun olduğu göstərilmişdir. Həmin borc məbləği ödənilmədiyindən birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borclu şəxsin öhdəliklərinə xitam verə bilməzdi. Həmçinin Mülki Məcəllənin 375.2 maddəsi məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Bu isə o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Digər tərəfdən iddia müddətinin tətbiqi öhdəliyin xitamına səbəb olmur. Öhdəliyin xitamına əsas olan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində müəyyən olmuşdur ki, bu hallar da hal-hazırki mübahisəyə tətbiq olunmasının əsasları mövcud deyildir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
18. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin ediməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
22. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
24. İş materiallarından göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2008ci il tarixli 08/08 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “MERSEDES BENZ-200” markalı (Tip: sedan, ban: WDB1240211B431175, rəngi Tünd yaşıl met, Buraxılış ili-1991) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 6570 manat məbləğində kredit verilmişdir.
25. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 08/08 №-li kredit müqaviləsi 36 ay müddətinə bağlanmaqla, müqavilənin qüvvədə olma müddəti xx.xx.2011ci il tarixi olmuşdur.
26. Birinci instansiya məhkəməsinin istinad etdiyi norma isə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərə münasibətdə tətbiq edilir.
27. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
28. Hazırki iddia tələbi isə kredit müqaviləsi üzrə borcun qaytarılması olmaqla vaxtaşırı ödənişlərlə aid deyil və tərəflər müəyyən edilmiş müddət ərzində kredit məbləğinin qaytarılması razılaşdırmışlar.
29. Eyni zamanda istinad edilən normaya əsasən iddia müddətinin axımı da məhz icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə də iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2011-ci il tarixdən başlanmışdır.
30. Birinci instansiya məhkəməsi isə yanlış olaraq sonuncu ödəniş tarixindən hesablamaqla iddia tələbinin xx.xx.2018-ci il tarixədək veriməli olması qənaətinə gəlməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə istinad etmişdir.
31. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki münasibətlərə on illik müddət tətbiq edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
34. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, hazırda on illik müddət tətbiq edildikdə belə, iddiaçı məhkəməyə müraciət etmək üçün müddəti ötürmüşdür.
35. Belə ki, işin faktiki hallarından göründüyü kimi kredit müqaviləsinin müddətinin bitdiyi tarix xx.xx.2011-ci il tarix olmuşdur və iddiaçı xx.xx.2021-ci il tarixədək məhkəməyə müraciət edə bilərdi. lakin iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə on illik müddəti ötürmüşdür.
36. Apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat xx.xx.2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, keçən on ildən artıq müddətdə cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, müddətin keçməsi əsası ilə öhdəliklərin icrasına xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 551.1-ci maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
37. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına münasibət bildirməyərək, hazırki iddia tələbini vaxtaşırı ödənişlər haqqında tələb hesab etməklə beş illik müddət tətbiq etməklə iddia tələbini rədd etmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia ərizəsi – on illik müddətin keçməsi əsası ilə rədd edilməlidir. Həmçinin iddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-yə aid edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
43. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3544/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2008-ci il tarixli 08/08 №-li kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 3721,18 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2045 manat faiz borcu, cəmi 5766,34 manat, 78 dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “MERSEDES BENZ-200” markalı (Tip: sedan, Ban: WDB1240211B431175, rəngi Tünd yaşıl met, Buraxılış ili-1991) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-yə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov