Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7624/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh MMC-nin direktoru X3, vəkili X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı sair mülki iş üzrə maneələrin aradan qaldırılması tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı üzrə apellyasiya icraatının mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törətməməsi və cavabdeh təfərindən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh MMC adından X5 17.12.2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsinin ləğv olunmasını, işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 18.12.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)- 5987/2019 saylı qətnaməsindən Cavabdeh MMC adından X5 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər, apellyasiya şikayətinə imza səlahiyyətlərini təsdiq edən sənədlərin əlavə edilməməsi və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə görə geri qaytarılmışdır. Cavabdeh MMC 26.01.2021-ci il tarixdə təkrarən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsinin ləğv olunmasını, işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti vaxtında verilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 09 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2021 saylı 07 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364-cü maddələrinə əsasən icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin direktoru X5 və vəkili X2 ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə verdiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması barədə əvvəlki apellyasiyanın qərarında göstərilənlərə əməl edilməklə mümkünlük məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4039/2021 saylı 07 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364-cü maddələrinə əsasən icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi isə apellyasiya instansiya məhkəməsinin qərardadındakı göstərişlərə əməl etməmişdir. Belə ki, birinci instansiaya məhkəməsi işə baxılması 25.06.2021-ci il tarixə təyin edilsə də bu barədə məhkəmə bildirişini 23.06.2021-ci il tarixdə tərəflərə göndərmiş (i.v 178), (həmin bildirişin tərəflərə çatdırılıb-çatdırılmaması iş materialları ilə müəyyən edilmir) və işə tərəflərin iştirakı olmadan baxmış eləcə də iş üzrə məhkəmənin 2(011)- 5987/2019 saylı, 22.08.2019-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əvəzinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2021 saylı 07 aprel 2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş 29.01.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə baxmaqla prosessual pozuntulara yol vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması barədə əvvəlki apellyasiyanın qərardadında göstərilənlərə əməl edilməklə mümkünlük məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra olmayan şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2021 saylı 07 aprel 2021-ci il tarixli qərardadında göstərilənlərə əməl edilməklə mümkünlük məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7624/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7624/2021
28.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver