Məhkəmə qərarları › İş №2(103)-763/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-763/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-763/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X5, Cavabdeh1 vəkili və nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3368/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər 9 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış və Cavabdeh2 Xüsusi X1 tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə əsasən Cavabdeh2 tərfindən verilmiş icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx xxxx 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 "Borc verən" "Borc alan"a 130.000,00 ABŞ dolları, bugünki ekivalent manat məzənnəsi ilə (1 ABŞ dolları=1.70 manat; 221.000,00 (iki yüz iyirmi bir min manat sıfır qəpik) manat məbləğində borc pul verməsini, yəni iddiaçının mülkiyyətinə keçirməyi və "Borc alan" isə krediti xx xxxxxxxx 2018-ci il tarixdə (otuz sentyabr iki min on səkkizinci il) tarixədək "Borc verənə" 130.000,00 (bir yüz otuz min) ABŞ dolları şəkilində və ya qaytarılan günə olan ekivalent manat məzənnəsi ilə qaytarmağı öhdəsinə götürülməsi nəzərdə tutulmuşdur. Borc münasibətinə görə borcverən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürməklə mülki hüquq münasibətinə daxil olur. Lakin Cavabdeh1 kredit müqaviləsi ilə borc alana verilməsi nəzərdə tutulan 221.000,00 (iki yüz iyirmi bir min manat sıfır qəpik) manat məbləğində borc pul məbləğini onun mülkiyyətinə keçirməmiş və bununlada Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyini icra etməmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilmişdir ki, "Borc verən" nəzərdə tutulan pul məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Bununla bağlı bildirmək istəyir ki, Cavabdeh1 notariusun bankda olan hesabına hər hansı pul vəsaiti ödəməmiş və o, da həmin bank hesabdan pul götürməmişdir. Həmin müqavilə ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, o, Cavabdeh1 adlı şəxsi tanımır və ondan borc pul almamışdır, iş görmək məqsədi ilə yəni Xaçmaz Rayonunda SDK-dan Qəndob kəndinə qədər çəkilən "Beynəlxalq avtomobil" tikintisinin aparılması məqsədi ilə tanışı Nemət Məmmədovdan 2016-ci ilin noyabr aynda 118.000,00 (bir yüz on səkkiz, min) ABŞ dolları məbləğində borc pul almışdır. 2016-cı ilin dekabr ayında başlayaraq 2017-ci ilin iyul ayına kimi borc pul məbləğindən 70.000,00 (yetmiş min) manat məbləği şəxsən Nemət Məmmədova ödənilmiş, sonradan Nemət Məmmədov ona bildirmişdir ki, Cavabdeh1 onun etibarnamə üzrə nümayəndəsidir, bundan sonra yerdə qalan vəsait ona ödənilməsini xahiş etmişdir. Bundan sonra da iddiaçı, Nemət Məmmədovun tapşırığına əsasən Cavabdeh1 əlavə 7.500,00 (yeddi min beş) manat da ödəmişdir. Hazırda onun Cavabdeh1 deyil, Nemət Məmmədova borcu qalmışdır. Daha sonra Cavabdeh1 İddiaçı qarşı “borcun, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi əsasında ondan götürdüyü 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində olan 221000 (iki yüz iyirmi bir min) manat pulun əvəzinin, cavabdeh İddiaçı ondan götürdüyü 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində olan 221000 (iki yüz iyirmi bır min) manat pulunu qanunsuz olaraq bu günə qədər özündə saxladığına görə məhrum olduğu 20000 manat pul məbləğində gəlirin (əldən çıxmış faydanın) əvəzinin, 50000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İllk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki,cavabdeh İddiaçı tanışlıqlarından istifadə edərək iki ay müddətinə qaytarmaq şərti ilə ondan 130000 (yüz otuz min) ABŞ dolları məbləğində olan 221000 manat pulu borc istəmiş, xeyli müddət o, razılaşmamış, lakin, sonradan İddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsində tikilmiş ikimərtəbəli evinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, 15614 inventar nömrəli və ünvan 1 ünvanında yerləşən bağ evinin Texniki pasportunu və bağ evinin satılmasına etiraz etməməsi barədə arvadı X3 notarius tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli razılıq ərizəsini, həmin bağ sahəsinə dair onun adına almaq, satmaq, bağışlamaq səlahiyyətləri verilmiş baş etibarnamə gətirmiş və ondan istədiyi 130000 ABŞ dolları məbləğində olan 221000 manat borc pulun əvəzində bağ evini girov qoyduğunu bildirmişdir, və nəticədə o, cavabdehə inanmışdır. xx xxxx 2018-ci il tarixdə tərəflər notariusa getmiş, aralarında borc müqaviləsi bağlanmış və cavabdeh İddiaçı notariusun depoziti vasitəsi ilə ondan 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində olan 221000 manat pulu borc götürmüşdür. Belə ki, Cavabdeh2 xüsusi X1 tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndindən müəyyən edilir ki, “Borc verən” “Borc alana” 130000 ABŞ dolları, bugünkü ekvivalent manat məzənnəsi ilə (1 ABŞ dolları =1.70 manat) 221000 manat 00 qəpik məbləğində pul borc verir. xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən, “Borc alan" krediti xx.xx.2018-ci il tarixədək “Borc verənə” 130000 ABŞ dolları, ABŞ dolları şəklində və ya qaytaran günki ekvivalent manat məzənnəsi ilə qaytarmağı öhdəsinə götürür. xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin 8-ci bəndinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin 9- cu bəndinə görə, həmin müqavilə üzrə mübahisələr tərəflərin razılığı ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll olunur. Məhkəmənin nəzərinə çatdırır ki, borclu İddiaçı notarius vasitəsi ilə xx.xx.2018-ci il tarixdə iki ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə ondan 130000 ABŞ dolları məbləğində pulu borc götürdüyü vaxtdan artıq 6 ay keçir, lakin borclu İddiaçı aldığı borcu qaytarmaqdan yayınır, müxtəlif yollarla boyun qaçırır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh İddiaçı ondan götürdüyü 130000 ABŞ dolları məbləğində olan 221000 manat pul bu müddət ərzində həmin pul məbləği özündə olsa idi, iddiaçı pulundan adi mülki dövriyyə şəraitində faydalanardı. Lakin, hazırda isə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, 20000 manat məbləğində gəlirindən (qazancından) məhrum olmuşdur. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin ona qarşı qanuna zidd hərəkətləri nəticəsində o, və həyat yoldaşı ağır sarsıntı və iztirablar keçirmiş, sağlamlıqları pozulmuş, ona 50000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3368/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Bakı şəhər 9 saylı Notariat Kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 213500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 xeyrinə tutulması və qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 oğli apelyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddia tələbinin qismən təmin olunmaması hissəsində ləğv olunmasını, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi X11 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X8 qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək, Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "Borc verən" "Borc alana" 130000.00 (bir yüz otuz min) ABŞ dolları, bu günki ekvivalent manat məzənnəsi iə (1 ABŞ dollar=1.70manat) 221000 manat 00 qəpik (iki yüz iyirmi bir min manat sıfır qəpik) məbləğində pul borc verir.Borc verən nəzərdə tutulan pul məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir."Borc alan" krediti xx/xx/2018 (otuz sentyabr ki min on səkkizinci i) tarixədək "Borc verənə" 130000.00 (bir yüz otuz min) ABŞ dolları, ABŞ dolan şəklində və ya qaytarılan günki ekvivalent manat məzənnəsi ilə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, ünvan 1 **********62-11301 reyestr nömrəsi ilə X9 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X7, İddiaçı məxsus AR,ƏMDK-i yanında DƏDRX-İ Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəsi, **********62-11301 reyestr nömrəli Çıxarışa ******* əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,097 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin satılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı 5 iş günü müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırda İddiaçı 213500 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş xəzinə mədaxil orderi və çeklərdən görünür ki, Cavabdeh1 tərəfindən 221.000.00 manat məbləğində pul borc müqaviləsi üzrə təhvil verilmiş, İddiaçı isə həmin məbləği qəbul etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı pulun alınmasını təsdiq edən imzanın ona məxsus olduğunu, lakin mahiyyətinə varmadan imza etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 8-i7035 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru Məmməd Bayramovun “icra sənədi üzrə icraatın dayandırılması barədə”xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Cavabdeh2 8-i7035 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası borc müqaviləsi Nərimanov rayon məhkəməsində mübahisələndirildiyi üçün dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını və hər iki tərəfin apelyasiya şikayətinin dəlillərini araşıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin olunmalı, Qətnamə qarşılıqlı iddianın təmin və rədd edilmiş hissəsində ləğv olunmalı, (həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.) qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsinin Qətnaməsi qarşılıqlı iddianın təmin və rədd edilmiş hissəsində ləğv olunaraq həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verildiyindən, Kollegiya ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM-im 14.2, 77.1 və 88-ci maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Kollegiya İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər 9 saylı Notariat Kontoruna kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia tələbi ilə bağlı qeyd edir ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3368/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin və rədd edilmiş hissəsində ləğv olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamənin qarşılıqlı iddianın təmin və rədd edilmiş hissəsi ləğv olunaraq həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar