Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7638/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ BAKİ APELLYASİYA MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ xx xxxxxx 2020-ci il İş № 2(103)-7638/2020 Bakı şəhəri Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(005)-352/2015 saylı qətnaməsindən İddiaçı1, üçüncü şəxslər “xxxx” İKB və T.Axundov tərəfindən, eyni zamanda İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab olunması və s.” tələblərinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsindən İddiaçı2 və üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kvadrat metr olan "E" qeyri yaşayış binası, "4 saylı istehsalat binası" (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyriyaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” İKB və Axundov Tahir Sərxan oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bundan başqa, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X5 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kvadrat metr olan «E» qeyri yaşayış binası «4 saylı istehsalat binası» (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyriyaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, İddiaçı2 cavabdehlər Cavabdeh2-yə, “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas səhmdar “xxxx” MMC tərəfindən təsdiq edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokolunun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarların qanunsuz sayılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərardadı ilə İddiaçı2 hər iki iddia tələbi baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı2, üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 7291/2015 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2015 saylı xx xxx 2019-ci il tarixli qətnaməsindən İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Axundov Tahir Sərxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən, 2(103)- 7700/2015 saylı mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” İKB və Axundov Tahir Sərxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən, 2(103)-7291/2015 saylı mülki iş 2(103)-7291/2015 saylı nömrə altında bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7291/2015 saylı xx.xx.2015ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2015 saylı xx xxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Axundov Tahir Sərxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” İKB və Axundov Tahir Sərxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs Axundov Tahir Sərxan oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü “xxxx” İKB ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2822/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və mülki iş baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7867/2016 saylı xx.xx.2016cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2015 saylı xx xxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Axundov Tahir Sərxan oğlu və Bayramov Mehralı Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” İKB və Axundov Tahir Sərxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs Axundov Tahir Sərxan oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs Bayramov Mehralı Məhəmməd oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ona münasibətdə ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü “xxxx” İKB ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3806/2017 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və mülki iş baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” İKB-nin və T.Axundovun apellyasiya şikayətlərində rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı1 iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Şikayətlərə görə iddia tələblərini əsaslandıran üç halın yalnız birini məhkəmə araşdırmış, digər halları ümumiyyətlə araşdırılmamış, işə səthi yanaşmışdır. İddiaçı2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs T.Axundovun apellyasiya şikayətlərində rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı2 iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Şikayətlərə görə iddia tələblərini əsaslandıran üç halın yalnız birini məhkəmə araşdırmış, digər halları ümumiyyətlə araşdırmamış, işə səthi yanaşmışdır. Bundan başqa, hazırki apellyasiya baxışında qətnamə ilə maraqlarına toxunulduğunu iddia edən M.Bayramov da apellyasiya şikayəti vermiş, rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş materiallarında olan və əlavə edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. M.Bayramov iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Şikayətə görə məhkəmə qətnamə qəbul edərkən iş üzrə materialları tam araşdırmamış və təhlil etməmiş, mövcud sübutları, dəlilləri aidiyyəti üzrə düzgün tətbiq etməmiş, etibarsız və hüquqi əsası olmayan protokollara istinad etmişdir. Qətnamədə göstərilən dəlillər işin əsl halına uyğun olmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, məhkəmənin gəldiyi nəticə üçün faktiki hallar araşdırılmamışdır. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş və onların hüquqlarına və qanunla qorunan mənafelərinə dair məslələri həll etmişdir. İşə baxılarkən maraqlı (üçüncü) şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi məlumat verilməmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2-nin vəkili X1, nümayəndəsi, eyni zamanda apellyator Axundov Tahir Sərxan oğlu apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında əvvəlki iştirak edən üçüncü şəxs X2 və X4 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında əvvəlki iştirak edən Cavabdeh1 vəkili X6 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsinin əsaslılığının iddia tələbinin “xxxx” MMC tərəfindən təsdiq edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokolunun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarların qanunsuz sayılmasını hissəsində yoxlanılmasını təşkil edir. Belə ki, hazırkı mülki iş üzrə digər iddia tələbləri üzrə icraata xitam verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı2 iddia tələblərinin təmin olunması üçün əsas ola biləcək hər-hansı sübut məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçı tərəfindən iddia tələbində qeyd olunan hallar məhkəməaraşdırması zamanı cavabdehlər tərəfindən təqdim edilmiş sübutlarla təkzib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 37550.2 kv.m, torpaq sahəsi 16.2196 ha olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə Cavabdeh2-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. xx xxxx 2013-cü il tarixli, reyestrdə Ə/02- 649 № ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, 16.2196 ha torpaq sahəsində yerləşən, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı əmlak kompleksi kimi müəssisənin, ümumi sahəsi 5866,7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1.6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31 683.50 kv.metr olan bütün qeyri-yaşayış binalarını və onların yerləşdikləri 14.5418 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Satıcı qeyri-yaşayış binasını 401.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. xx xxxxxx 2013-cü il tarixli (qeyri-yaşayış binası alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə) sazişin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə- 02-649 reyestr nömrəli müqavilənin dördüncü bəndinin “satıcı qeyri-yaşayış binasını və torpaq sahəsini-qeyri-yaşayış binasını 2 142,00 manata, 14.5418 ha torpaq sahəsini isə 398 858 manata olmaqla-cəmi 401 000 manata satdı. Alcı isə həmin qiymətə aldı.” redaksiyada verilməsi barədə müqavilə bağlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 31683,5 kv.m, torpaq sahəsi 14,5418 ha olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydə alınmışdır. xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” İKB tərəfindən Cavabdeh2-yə 36 ay müddətinə illik 15%-lə 3.000.000 manat məbləğində kredit pul vəsaiti verilmiş, kreditin təminatı kimi bağlanmış girov müqaviləsinə görə Cavabdeh2-nin 87.6% səhmlərinin sahibi olan “xxxx” MMC-nin 380520 ədəd səhmi, həmçinin “xxxx” MMC-nin 83 adda 86 ədəddən ibarət əsas vəsaitləri avadanlıqlar, maşın və mexanizmlər girov qoyulmuşdur. Bundan başqa xx xxxx 2014-cü il tarixli Cavabdeh2-nin səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən görünür ki, “xxxx” İKB-yə olan borcun qaytarılması ilə əlaqədar səhmdar cəmiyyətinin balansında olan torpaq sahəsinin bir hisəsinin satılması müzakirə edilmiş və səsə qoyulmuşdur. Leyhinə 392167 səhm səs vermişdir. Nəticədə səhmdar cəmiyyətinin balansında olan torpaq sahəsinin bir hissəsinin satılmasına nəzarət müşahidə şurasının sədri Elşən Babayevə tapşırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsinin surətindən görünürki, iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1, Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X7, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Axundov Tahir Sərxan oğluna qarşı “alqı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, əldən çıxmış faydanın, real zərərin, hüquqi yardım xərclərinin və dövlət rüsumunun tutulması" tələbinə dair iddiası üzrə mülki iş üzrə iddia qismən təmin edilərək Cavabdeh2 tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 65 saylı ünvanda yerləşən ümumi sahəsi 31,68350 kvadrat metr olan qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin Cavabdeh1 satilmasına dair Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən 401.000 manat məbləğində pulun Cavabdeh2-dən alınaraq, Cavabdeh1 qaytarılması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2-dən və Cavabdeh1 müştərək qaydada alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. T.Əsədulayevin şikayəti üzrə konstitusiya işinin icraatına isə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 7638/2020 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 7638/2020 saylı qərardadı ilə İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin ləğv olunamsı və s” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X5 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kvadrat metr olan «E» qeyri yaşayış binası «4 saylı istehsalat binası» (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri- yaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi hissəsində ləğv edilmiş, iddia tələbinə həmin hissədə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokoluna münasibətdə rədd edərkən bir sıra halları araşdırmamışdır. Belə ki, səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsini tənzimləyən maddi hüquq normaları olmadığından hazırkı mübahisəyə qanunun analogiyasına əsasən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi ilə xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013cü il tarixli saziş etibarsız hesab ediliyindən və həmin alqı-satqı müqaviləsinə əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyindən, həmin əqd hüquqi nəticələr yaratmamışdır. Belə olan halda hüquqi nəticələr yaratmayan əqdin əsasında qəbul edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokolu etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş qərarlar qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(005)- 16/2015 saylı qətnaməsindən İddiaçı2 və üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokolu etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş qərarlar qanunsuz hesab edilməlidir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsindən İddiaçı2 və üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokolu etibarsız hesab edilsin. Onun əsasında qəbul edilmiş qərarlar qanunsuz hesab edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7638/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7638/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver