Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7642/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxx” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmentinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Müşfiq Bayramov tərəfindən verilmiş apelyasiyaşikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” QSC, cavabdehlər Müşfiq Bayramov və Cavabdeh2 müştərək qaydada onun xeyrinə xx.xx.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə 64485,94 ABŞ dolları kredit, 11613,17 ABŞ dolları faiz və 50682 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 126781,11 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin Müşfiq Bayramovun mülkiyyətindəki 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə 126781,11 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “xxxxxxxxxx” QSCyə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin Müşfiq Bayramovun mülkiyyətindəki 22 nömrəli mənzilinə tutma yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, cavabdehlər Müşfiq Bayramov və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə 64050,81 ABŞ dolları əsas, 11613,17 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 76.163,98 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 61 manatın alınaraq “xxxxxxxxxx” QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Müşfiq Bayramovun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, açıq hərracda satılməsı, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq Müşfiq Bayramova qaytarılməsı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinin satıldıqdan bir ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlərdən birgə qaydada “X5” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 150 manatın tutularaq həmin MMC-nin hesabına, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 345 manatın tutularaq Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına və “xxxxxxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 manatın tutularaq həmin MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh Müşfiq Bayramov, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddiadan imtina barədə ərizə təqdim edərək, cavabdehlərin kredit müqaviləsi üzrə “xxxxxxxxxx” QSC qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirdiklərini, bu səbəbdən də, “xxxxxxxxxx” QSC-nin Müşfiq Bayramov və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmentinə yönədilməsi” barədə iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, “xxxxxxxxxx” QSC-nin iddiadan imtinası qəbul edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya nəzərə alır ki, iddiaçı “xxxxxxxxxx” QSC iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək məhkəməyə təqdim etmişdir. “xxxxxxxxxx” QSC-nin iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansışəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 370-ci maddəsinə əsasən, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən Kollegiya, hesab edir ki, iddiaçı “xxxxxxxxxx” QSC-nin iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 262.2-ci maddəsinə görə, məhkəmənin icraata xitam verilməsi barədə qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Göstərilənlərə əsasən və MPM-in 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxx” QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-11/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İş üzrə aparılmış qiymətləndirmə hesabatlarının dəyəri kimi X3 və Cavabdeh2 müştərək qaydada 150 (bir yüz əlli) manat tutularaq “X5” MMC-nin və 200 (iki yüz) manat tutularaq “xxxxxxxx” MMC-nin hesabna ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 345 (üç yüz qırx beş) manat X3 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7642/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7642/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver