Məhkəmə qərarları › İş №2(103)-7643/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7643/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7643/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh1-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı QSC (bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 300 000 ABŞ dolları əsas, 85 437,17 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 387 437,17 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 250 000 ABŞ dolları əsas, 68 100,21 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 319 600,21 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 250 000 ABŞ dolları əsas, 58 008,78 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 309 508,78 ABŞ dolları borcun, ümumilikdə isə 1 016 546,16 ABŞ dollarının (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş həmin şikayətin geri qaytarılması, yaxud prosessual müddətin ötürülübötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, qətnamə xx.xx.2019-cu il tarixdə Cavabdeh1-nə poçt xəbərnaməsinə imza etdirilməklə təqdim olunmuş, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə, Cavabdeh1-nin nümayəndəsi isə xx.xx.2019-cu il tarixdə apellyasiya şikayətləri vermiş, mülki iş həmin apellyasiya şikayətləri ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il qərardadı ilə Cavabdeh1-nin nümayəndəsi qismində X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, bu qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, bundan sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1nin nümayəndəsi qismində X1 verdiyi apellyasiya şikayəti, onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmış, həmin qərardaddan Cavabdeh1-nin nümayəndəsi qismində X1 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1-nin nümayəndəsi qismində X2 qətnamədən xx.xx.2020-ci il tarixdə yenidən şikayət vermiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini işə əlavə edərək işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh1-nin ən azından ilk dəfə apellyasiya şikayəti verdiyi xx.xx.2019-cu il tarixdə qətnamədən xəbərdar olduğu şübhəsizdir; bu isə o deməkdir ki, onun 09.09..2020ci il tarixdə ikinci dəfə verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsi müzakirə olunmadan şikayət mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1-nin apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayətinə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası, yaxud ötürülməmiş hesab olunması məsələsi həll olunmadığından həmin şikayətə münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4598/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya şikayətinin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar