Məhkəmə qərarları › İş №2(103)-7655/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7655/2020

27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7655/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)-3466/2018 saylı qətnaməsi ilə xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə tutulmalı olan 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində alimentin artırılaraq xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx xxxxxx 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2008-ci ildə Əli və xx xxxx 2011-ci ildə Günay adl uşaqları doğulmuşdur Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5840/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdehla nikahları pozulmuş, uşaqların ananın himayəsində saxlanması,xx xxxx 2008ci il təvəllüdlü Əlinin və xx xxxx 2011-ci il təvəllüdlü Günayın yetkinlik yaşma çatana qədər saxlanması üçün xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 136 manat, cəmi 272 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018 ci il tarixli, 2(007)- 3466/2018 saylı qətnaməsi ilə xx xxxx 2008-ci il təvəllüdlü Əlinin və xx xxxx 2011-ci il təvəllüdlü Günayın yetkinlik yaşına çatana qədər saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 154 manat, cəmi 308 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)- 3466/2018 saylı qətnaməsi ilə onun xeyrinə hər ay hər uşağa görə tutulmalı olan 154 manat, cəmi 308 manat məbləğində alimentin artırılaraq xx xxxx 2008-ci il təvəllüdlü Əlinin və xx xxxx 2011-ci il təvəllüdlü Günayın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)-3466/2018 saylı qətnaməsi ilə xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə tutulmalı olan 154 manat, cəmi 308 manat məbləğində alimentin artırılaraq xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçıapelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Qətnamə işin faktiki hallarına uyğun deyildir. Belə ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2020-ci il üçün 170 manat müəyyən edilmişdir. Hazırda uşaqlar üçün ödənilən 154 manat aliment miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar da böyüməklə onların tələbatı artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişl və Cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apelyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”. Hazırki halda İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ceyran Vəlixanovanın apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2007-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2008-ci ildə Əli, xx xxxx 2011ci ildə isə Günay adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5840/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların ananın himayəsində saxlanması, xx.xx.2008-ci il təvəllüdlü Əli Abbaszadənin və xx.xx.2011-ci il təvəllüdlü Günay Abbasovanın yetkinlik yaşma çatana qədər saxlanması üçün xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 136 manat, cəmi 272 manat məbləğində aliment tutularaq iddiaçı Vəfa Abbasovaya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3466/2018 saylı, xx xxxxxxxx 2018 ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 154 manat, cəmi 308 manat məbləğində alimentin tutularaq iddiaçı Vəfa Abbasovaya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək hər uşaq üçün hər ay 170 manat, cəmi 340 manat təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını tədqiq edərək aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ № 236818 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 350 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ № 695548 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1576 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İ 297770 №-li nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 169 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Abbasov, qadına Hüseynova soyadı verilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5840/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 anası Vəfa Abbasovanın himayəsində qalmaları, Cavabdeh iddiaçı Vəfa Abbasovanın xeyrinə xx.xx.2008-ci il təvəllüdlü Əli Abbaszadənin və xx.xx.2011-ci il təvəllüdlü Günay Abbasovanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3466/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-5840/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü Əli Abbaszadənin və xx.xx.2011-ci il təvəllüdlü Günay Abbasovanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Hazırda ananın uşağların qayğısına qalması, onların zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsində cəhd etməsi hazırkı tələb üzrə mübahisə edilə bilinməz faktdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın dizpozitiv şərtlərindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin hazırki iş üzrə cavabdehin hər uşaq üçün aylıq 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment ödəmək imkanında olması, maddi vəziyyətində ciddi dəyişikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının alimentin miqdarının artırılması barədə iddiasının təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd edir ki, birinci inistansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu yekun nəticədə cavabdehin maddi vəziyyətində ciddi dəyişikliyin olması barədə sübutların olmamasını əsas götürməsi, birinci inistansiya məhkəməsinin iş üzrə düzgün və əsaslı nəticəyə gəlməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləjə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarının tədqiqi nəticəsində və iddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edir ki, iddiaçı əvvəlki qətnamənin qəbul edilməsindən sonra ötən bir il altı ay ərzində uşaqların tələbatlarının artmasının konkret əsaslarını iddia ərizəsində göstərməmiş, cavabdehin əmlak və maddi vəziyyətinin yaxşılaşması ilə bağlı iddiasını əsaslandırmamışdır. İddiaçı həmçini iddia tələbində və apelyasiya şikayətində cavabdehin maddi durumunun uşaqların saxlanılması üçün hər uşağa yüksək məbləğdə aliment ödəməyə imkan verməsini ilə bağlı sübutları, habelə məhkəmə qətnaməsinə əsasən aliment müəyyən edildikdən sonra öz əmlak və maddi vəziyyətinin pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işin materiallarından görünür ki, alimentin təyin olunması vaxtından keçən müddət ərzində cavabdehin maddi durumunda yaxşılaşma hallarına dair sübut yoxdur. Bu isə ona dəlalət edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizlərdən ibarətdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Bеləliklə, məhkəmə kоllеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin İddiaçı apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar