Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7656/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSMnin tabeliyində olan DSMFnin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyadan tutulmaların qanunsuz hesab edilməsi, dəymiş ziyanın ödənilməsi, yalan məlumatların silinməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları və s.” tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-174/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMFin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi, ona dəymiş real zərər olaraq 6098.8 manatın ona ödənilməsi, Mərkəzi filialın xx.xx.2017-ci il tarixinədək icra sənədi üzrə Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələblərinin icra etməməsi və geri qaytarması, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron informasiya resursuna onun haqqında yerləşdirmiş yalan məlumatların silinməsi, ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmalarını, xüsusi qərardad çıxarılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi əsasında Bakı şəhəri Cavabdeh1 xx.xx.2020-ci il tarixli qanunsuz tələbinin icrasının dayandırılması, qərardadın icrasının “Mərkəzi filial”a həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3786/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(005)-174/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3786/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2471/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(005)-174/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(005)-174/2022 saylı, 18 avqust 2022-ci il qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən verilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyrimümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(005)-174/2022 saylı, 18 avqust 2022-ci il qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7656/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7656/2022
04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver