Məhkəmə qərarları › İş №2(103)-768/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-768/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-768/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 673/2020 saylı qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1dan xx.xx.2014-cü il tarixli 524 saylı kredit müqaviləsi üzrə 1811,40 ABŞ dolları əsas, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 348,75 ABŞ dolları, müqavilə müddəti bitən tarixə 418,20 ABŞ dolları borc və 2011,89 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4590,24 ABŞ dolları; xx.xx.2014-cü il tarixli 525 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 542,30 ABŞ dolları əsas, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 111,60 ABŞ dolları, müqavilə müddəti bitən tarixə 124,51 ABŞ dolları faiz borcu və 641,15 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1419,56 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh1dan xx.xx.2014-cü il tarixli 524 saylı kredit müqaviləsi üzrə 1811.40 ABŞ dolları əsas, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 348,75 ABŞ dolları, müqavilə müddəti bitən tarixə 418,20 ABŞ dolları borc, 2011,89 ABŞ dolları əsas cərimə borcu olmaqla, ümumilikdə 4590,24 ABŞ dolları; xx.xx.2014-cü il tarixli 525 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 542,30 ABŞ dolları əsas, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 111,60 ABŞ dolları, müqavilə müddəti bitən tarixə 124,51 ABŞ dolları faiz borcu, 641,15 ABŞ dolları əsas cərimə borcu olmaqla, ümumilikdə 1419,56 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus “Hyundai Grandeur” minik markalı, 10-CJ033 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-673/20) iddia tələbi qismən təmin edilərək Cavabdeh1 xx.xx.2014-cü il tarixli 524 nömrəli kredit müqaviləsinə əsasən 1811.40 ABŞ dolları (bir min səkkiz yüz on bir dollar qırx sent) əsas borcun, xx.xx.2014-cü il tarixli 525 nömrəli kredit müqaviləsinə görə isə 542.30 ABŞ dolları (beş yüz qırx iki dollar otuz sent) əsas borcun (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Grandeur” minik markalı, **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Hazırda İddiaçı ASC-nin ləğvedicisi ƏSF qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx xxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnamə üzrə olan borcunu ödəmişdir və bu səbəbdən apellyasiya şikayətindən imtina edirlər. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar