Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7683/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulmasına” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3626/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 891.21 manat əsas, 132.50 manat faiz, 42.41 manat cərimə borcu, cəmi 1066.12 manat, həmçinin 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 18 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə iddiaçıya 891.21 manat əsas, 132.50 manat faiz, 42.41 manat cərimə, cəmi 1066.12 manat borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qayadada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya) heç bir fayda verməmişdir. İddiaçı iddia tələbinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 385, 442, 445, Mülki Prosessual Məcəllənin 284-1, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə istinad etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3626/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 891.21 (səkkiz yüz doxan bir manat iyirmi bir qəpik) əsas, 132.5 (yüz otuz iki manat əlli qəpik) faiz borcu, 42.41 (qırx iki manat qırx bir qəpik) cərimə, cəmi 1066.12 (min altmış altı manat on iki qəpik) manat pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3626/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə uyğun olaraq, hər ay 150 manat olmaqla, 6 ay ödəniş edərək, cəmi 900 manat pul tam olaraq bankın məsul işçisi Elvin adlı şəxsə cavabdeh tərəfindən ödənilmişdir. Bugünə qədər banka borcu olmadığı halda cavabdehə qarşı qanunsuz olaraq iddia qaldırılmış, təkrarən həmin pulun cavabdehdən alınması qət edilmişdir. Cavabdeh tərəfindən bankın əməkdaşı olan Elvin adlı şəxsə 100 manat “zəhmət haqqı” verilmişdir. Cavabdehin məhkəmə iclasının keçirilməsindən məlumatı olmamışdır. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Şahverdiyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və birinci instasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 18 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli BANK/PİKMD/903245 saylı arayışa əsasən, Cavabdehnun “xxxxxxx” KB ASC-yə 1066.12 manat məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 18 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürməsi işin mübahisələndirilməyən halını təşkil edir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli BANK/PİKMD/903245 saylı arayışa əsasən, Cavabdehnun “xxxxxxx” KB ASC-yə 1066.12 manat məbləğində borcu vardır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da qeyd edilən müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Hər ay 150 manat olmaqla, 6 ay banka ödəniş etməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında bu halı təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh 891.21 manat əsas, 132.5 manat faiz borcu, 42.41 manat cərimə borcu, cəmi 1066.12 manatın tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsindən ibarət olan birinci instasniya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3626/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7683/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7683/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver