Məhkəmə qərarları › İş №2(103)-7683/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7683/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7683/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(010)-445/2017 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 187.436,99 ABŞ dolları əsas, 29.823,17 ABŞ dolları faiz, 37.15,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 220.975,38 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və oradan çıxarılması, evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(010)-445/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 187.436,99 ABŞ dolları əsas, 29.823,17 ABŞ dolları faiz, 37.15,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 220.975,38 ABŞ dolları məbləğində borcun (pul ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləhən, 5 otaqlı 148,56 kvadrat metr ümumi, 92,56 kvadrat metr yaşayış, 56 kvadrat metr yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətinin 270.000 manat müəyyən edilməklə satılması və əldə olunan vəsait hesabına qeyd edilən pul vəsaitlərinin "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, Cavabdeh1 ilə "DəmirBank” aSc arasında bağlanmış 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit borcu tam ödənildikdən sonra, ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun tutulması və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində qismən ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcu 187.438,03 manat, faiz borcu 29.706,45 manat, cərimə borcu 2.000 manat, cəmi 219.144,48 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləhən, 5 otaqlı 148,56 kvadrat metr ümumi, 92,56 kvadrat metr yaşayış, 56 kvadrat metr yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 597.650 manat müəyyən edilməsi, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4346/2020 saylı 06.08.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-237/2019 nömrəli iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə ləğv edilməsi və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli, 9/6651 saylı rəyi Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehlə aralarında razılıq əldə olunduğunu bildirirərək, məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və digər cavabdehlərə münasibətdə iddiadan imtina etdiklərini nəzərə alaraq, iş üzrə xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş tərəflər arasında 04 fevral 2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Məhkəmə çəkişməsini yekunlaşdırmaq məqsədilə 48-15USD nömrəli, 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6651 nömrəli, 08.10.2021 -ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmiş 115.133,92 ABŞ dolları əsas borc, 9.669,72 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 124.803,64 ABŞ dolları məbləğində olmasını qarşılıqlı razılığa əsasən tərəflər təsdiq edir.

2. Ümumilikdə 124.803,64 ABŞ dolları məbləğində borcun Mərkəzi Bankın müəyyən etdiyi 1.70 manat məzənnə ilə konvertasiya olunaraq, 212.166,18 manat məbləğində müəyyən edilməsini və həmin məbləğdən 17.000 manat ödənişin ilkin ödəniş kimi qəbul edilməsini və yerdə qalan 195.166,18 manat məbləğində borcun 36 (otuz altı) ay müddətinə yeni qrafik tərtib edilərək, 2022-ci ilin yanvar ayından başlayaraq, hər ay 5.421,30 manat ödənilməsinə möhlət verilməsini tərəflər təsdiq edir. Hər ay ödəniləcək məbləğin hər hansı ardıcıllıqla 3 dəfə lazımınca icra edilməməsi Sazişin bu bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir.

3. Borclu və ipoteka qoyan Cavabdeh2 ipoteka predmeti olan ünvan 1 ünavınında yerləşən fərdi yaşayış evinin 270.000 manat qiymətində müəyyən edilməklə, bu Sazişin 2.2-ci bəndində qeyd edilən 212.166,15 manat məbləğində borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir.

4. Tərəflər razılaşır ki, bu Sazişinin 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şərtlər Borclular tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngə, ev 4 ünavınında yerləşən fərdi yaşayış evinə (17 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında qeydiyyat tarixi: 18.08.2015; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi **********87-10301) yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyanlar ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsinə etiraz etmirlər.

5. Borclu və ipoteka qoyan Cavabdeh2 təsdiq edir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti “FM Consulting” tərəfindən 15.07.2015-ci il tarixdə tərtib edilmiş 1477/DQ nömrəli əmlakın qiymətləndirmə aktına əsasən 270.000 manat təşkil edir və həmin qiymətlə açıq hərrac vasitəsilə satılmasına etiraz etmir.

6. Tərəflər razılaşırlar ki, 212.166,15 manat məbləğindəki öhdəlik Borclular tərəfindən tam icra edilərək ödənildikdən sonra Cavabdeh2 məxsus olan ünvan 1 ünavınında yerləşən fərdi yaşayış evi Borclu və ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur.

7. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4-cü bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür.

9. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.

13. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 13.3 mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyati qurumlara; 13.4 qarşı tərəfin yazılı icazəsi ilə; 13.5 yaxın qohumlara; 13.6 Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara aidiyyəti qurumlara.

14. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

15. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

16. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur.

17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələblərindən imtinası qəbul edilməli, tərəflər arasında bağlanmış 29.11.2021-ci il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(010)-445/2017 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən ekspertiza xərci 250 manat məbləğində pul cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(010)-445/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 29.11.2021-ci il tarixli barışıq sazişi aşağıdakı öhdəliklər üzrə təsdiq edilsin:

1. Məhkəmə çəkişməsini yekunlaşdırmaq məqsədilə 48-15USD nömrəli, 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6651 nömrəli, 08.10.2021 -ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmiş 115.133,92 ABŞ dolları əsas borc, 9.669,72 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 124.803,64 ABŞ dolları məbləğində olmasını qarşılıqlı razılığa əsasən tərəflər təsdiq edir.

2. Ümumilikdə 124.803,64 ABŞ dolları məbləğində borcun Mərkəzi Bankın müəyyən etdiyi 1.70 manat məzənnə ilə konvertasiya olunaraq, 212.166,18 manat məbləğində müəyyən edilməsini və həmin məbləğdən 17.000 manat ödənişin ilkin ödəniş kimi qəbul edilməsini və yerdə qalan 195.166,18 manat məbləğində borcun 36 (otuz altı) ay müddətinə yeni qrafik tərtib edilərək, 2022-ci ilin yanvar ayından başlayaraq, hər ay 5.421,30 manat ödənilməsinə möhlət verilməsini tərəflər təsdiq edir. Hər ay ödəniləcək məbləğin hər hansı ardıcıllıqla 3 dəfə lazımınca icra edilməməsi Sazişin bu bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir.

3. Borclu və ipoteka qoyan Cavabdeh2 ipoteka predmeti olan ünvan 1 ünavınında yerləşən fərdi yaşayış evinin 270.000 manat qiymətində müəyyən edilməklə, bu Sazişin 2.2-ci bəndində qeyd edilən 212.166,15 manat məbləğində borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir.

4. Tərəflər razılaşır ki, bu Sazişinin 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şərtlər Borclular tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan Cavabdeh2 məxsus olan ünvan 1 ünavınında yerləşən fərdi yaşayış evinə (17 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında qeydiyyat tarixi: 18.08.2015; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi **********87-10301) yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyanlar ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsinə etiraz etmirlər.

5. Borclu və ipoteka qoyan Cavabdeh2 təsdiq edir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti “FM Consulting” tərəfindən 15.07.2015-ci il tarixdə tərtib edilmiş 1477/DQ nömrəli əmlakın qiymətləndirmə aktına əsasən 270.000 manat təşkil edir və həmin qiymətlə açıq hərrac vasitəsilə satılmasına etiraz etmir.

6. Tərəflər razılaşırlar ki, 212.166,15 manat məbləğindəki öhdəlik Borclular tərəfindən tam icra edilərək ödənildikdən sonra Cavabdeh2 məxsus olan ünvan 1 ünavınında yerləşən fərdi yaşayış evi Borclu və ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur.

7. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4-cü bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür.

9. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.

13. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 13.3 mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyati qurumlara; 13.4 qarşı tərəfin yazılı icazəsi ilə; 13.5 yaxın qohumlara; 13.6 Sazişin təsdiqlənməsi və ya qüvəyə minməsi üçün məhkəmələrə və notariuslara aidiyyəti qurumlara.

14. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

15. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

16. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur.

17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə çəkilmiş ekspertiza xərci 250 manat məbləğində pul cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar