Məhkəmə qərarları › İş №2(103)-7693/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7693/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7693/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 vəŞirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair mülki işüzrə Bakışəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1703/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı«aliment məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə Bakışəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, hazırkı iddia məhkəmənin icraatına daxil olduğu gündən hesablanmaqla oğulları X1 hər ay 170 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Bakışəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1703/2020 saylı qətnaməsi ilə(hakim Babək Qasımov) iddia qismən təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib,iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki,apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış,şikayətin tələb hissəsində birinci instansiya məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki,işdə də belə bir tarixli qətnamə mövcud deyildir MPM-nin 361.1 və361.1.3-cü maddələrinin tələbinə görə,apellyasiya şikayətində barəsindəşikayət verilən qətnamə,onun qəbul edilmə tarixi,nəticə hissəsi,qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halı diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361və363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan,apellyasiya qeyri-mümkün hesab edilməli,mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasıüçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366-cı maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair mülki işüzrə Bakışəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1703/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasıüçün Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar