Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7706/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5723/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərconnect MMC-nin Cavabdeh qarşı “müəyyən vəzifələrin qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5723/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərconnect MMC-nin Cavabdeh qarşı “müəyyən vəzifələrin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah olunmuşdur ki, hazırkı tələblə bağlı o, ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edə bilər. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ünvanlayaraq qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5723/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsini həmin məhkəmədə baxılmalı deyildir əsası ilə geri qaytaran birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı Cavabdeh Məmmədəli oğlunun üzərinə idiaçı Azerconnect MMC-nin səlahiyyətli işçi heyətinin və nümayəndələrinin həftədə 7 gün olmaqla günün 24 saatı ərzində (bayram və qeyri-iş günləri də daxil olmaqla) icarə sahəsinə maneəsiz girişini təmin etmək, icarəçinin texnoloji avadanlığının elektrik enerjisi ilə təmin olunması üçün özünün müstəqil enerjisinə qoşulmasını təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, mübahisə predmeti olan icarə sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu 60 ünvanında yerləşir, mübahisə sahibkarın hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan iddia daşınmaz əmlakın olduğu yerə görə verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh Məmmədəli oğlu arasında imzalanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Yəni, cavabdehin mülkiyyətində olan 20 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi, həmin müqavilə Cavabdeh özünə məxsus olan qeyri-yaşayış sahəsini iddiaçı "xxxx" MMC-yə icarəyə verməsi ilə bağlıdır. İnternet Vergi İdarəsi elektron informasiya bazasından əldə edilən məlumatdan görünür ki, Cavabdeh 2006-cı ildən vergi ödəyicisi olmaqla, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olan halda tərəflər arasında qeyd edilən müqavilə əsasında onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər yaranmış olur. Belə olan halda isə onların bu müqavilənin icrası ilə bağlı münasibətlərdən irəli gələn mübahisələri kommersiya mübahisəsi kimi nəzərdən keçirilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən göstərilən halları araşdırmamış və onlara qiymət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi bu qərarın məzmununda göstərilən hallar nəzərə alınmaqla yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, 398.0.3-cü maddəsinə əsasən isə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5723/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərconnect MMC-nin Cavabdeh qarşı “müəyyən vəzifələrin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7706/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7706/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver