Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7708/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7708/2022 (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı şəhəri, 13 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2894/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3753,25 manat əsas borc, 1702,5 manat faiz borcu olmaqla, cəmi 5455,75 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit sazişinə əsasən bank borcluya 24 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh1 həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh3 bütün öhdəliklərini icrа еtməlidir. Suala cavab olaraq bildirir ki, iş materiallarına da əlavə edilmiş hesabdan çıxarışda bütün ödənişlər öz əksini tapmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2894/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir (Hakim: Günay Axundova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit sazişinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Kredit götürmək məqsədi al-ver etmək olmuşdur. Beləki, məlum olduğu kimi 2020-ci ildən etibarən koronavirus problemi ilə əlaqədar pandemiya rejimi müəyyən olunmuş və ciddi karantin rejimlərinə keçilmişdir. Cavabdeh krediti götürdükdən sonra karantin rejimləri tətbiq olunmağa başlandı və karantin qaydaları səbəbindən al-veri dayandı. Eyni zamanda pandemiya dövründə sağlamlığı ilə bağlı ciddi problemlər yaranmışdır və xəstələnmişdir. Krediti qızının adına cavabdeh götürmüşdür çünki, onun yaşına görə bankdan kredit vermirdilər. Götürdüyü kreditin 3000 (üç min) manata yaxın məbləğdə hissəsini ödəmişdir. Lakin, bu ödənişləri nəzərə alınmamışdır. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(004)-2984/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan müştərək qaydada 3749,45 manat əsas borc, 1698,21 manat faiz borcu olmaqla, cəmi 5447,66 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 74,47 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, keçirilmiş ekspertizanın xərci olaraq 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin halları və təqdim olunan sübutlar obyektiv araşdırılmamış, nəticədə əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə və iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin və iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
18. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. İş materiallarında olan bank İddiaçı ASC, müştəri - Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/26932/71/4 saylı kredit sazişinə əsasən bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı, zamin isə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
25. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, maliyyə arayışına əsasən, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, MK/26932/71/4 saylı kredit sazişi üzrə 3753,25 manat əsas, 1702,5 manat faiz, 0 manat cərimə borcu vardır.
26. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Cavabdeh3 İddiaçı ASC-dən xx.xx.2019-cu il tarixli MK/26932/71/4 saylı kredit sazişinə əsasən 5000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən (i.v. 17) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 5000 manat ödənilmişdir. Bank tərəfindən müqavilə üzrə 5000 manatın cavabdehə verilməsi öhdəliyi yerinə yetirildiyi halda, Cavabdeh3 tərəfindən həmin məbləğin 24 aya qaytarılmasından ibarət öhdəliyi yerinə yetirilməmişdir. Bununla da, Cavabdeh3 həm mülki qanunverciliyin, həm də tərəflər arasında olan müqavilənin şərtlərini pozmuşdur.
27. Buna görə, X1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir.
28. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı Bank tərəfindən əsas borc üzrə 3753.25 manat, faiz borcu üzrə 1702.5 manat məbləğində pulu Cavabdeh3 tələb edir və borcun olması məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən edilmişdir. Bundan başqa, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh borcunun olmasını inkar etmir, yalnız borcunun düzgün müəyyən edilmədiyini və etdiyi ödənişlərin nəzərə alınmadığını vurğulayır və bunu pandemiya dövründə işlərinin səngiməsi ilə əlaqələndirir.
29. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı borc məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 9/4647 saylı rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2019-cu il tarixli, MK/26932/71/4 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan borcu 3749,45 manat əsas, 1698,21 manat faiz borcu təşkil edir.
30. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyini sübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən həmin rəyin hazırki mübahisənin həllində sübut kimi əsas götürülməsi qanuni olmuşdur. Bu səbəbdən də kollegiya təkrar ekspertiza təyin edilməsinə zərurət görmür.
31. Cavabdehin banka hansı məbləğdə borcunun qaldığının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, kollegiya hesab edir ki, borc məbləği ekspert rəyinə əsasən hesablanan məbləğdə müəyyən edilməlidir.
32. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və vurğulayır ki, iddia tələbinin qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3749,45 manat əsas borc, 1698,21 manat faiz borcu olmaqla, cəmi 5447,66 manat məbləğində vəsaitin Bankın xeyrinə tutulması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
33. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2894/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev