Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7714/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(005)-737/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2022 saylı 18 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçı “Azəriqaz" İB-nin xeyrinə 756,60 manat və 30 manat dövlət rüsumu, ümumilikdə 786,60 manatın tutulması qət edilmişdir. Cavabdeh 03 mart 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qətnamənin surətini rəsmi qaydada əldə etmiş, xx.xx.2022-ci il tarixdə tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti vermiş, lakin dövlət rüsumu düzgün ödənilmədiyindən həmin apelyasiya şikayəti məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardadın surəti eyni tarixdə (xx.xx.2022-ci il tarixdə) cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən apelyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilməsindən xəbəri olmamışdır, qətnamədən icra zamanı xəbər tutmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(005)- 737/2022 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, cavabdeh qətnamənin surətini 03 mart 2022-ci il tarixdə əldə etmişdir, bundan sonra iki dəfə apelyasiya şikayəti vermiş, lakin qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün həmin apelyasiya şikayətləri geri qaytarılmışdır. Belə olan halda cavabdehin müddət bərpa ərizəsində üzrlü səbəb kimi göstərdiyi “qətnamənin qəbul edilməsindən xəbəri olmamış, icra zamanı məlumatı olmuşdur” kimi dəlili əsassız olmaqla təkzib olunur, məlumatı olmadığı halda qətnamədən apelyasiya şikayəti verməsi mümkünsüzdür. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ikinci apelyasiya şikayəti geri qaytarılmış və elə həmin tarixdə də qərardad cavabdehin elektron kabinetinə yerləşdirilmişdir, cavabdeh isə uzun müddət hərəkətsizlik göstərmiş, geri qaytarmaya səbəb olan nöqsanı aradan qaldırmamış, uzun zamandan sonra xx.xx.2022-ci il tarixdə yenidən apelyasiya şikayəti vermiş, müddətin buraxılması üçün isə hər hansı üzrlü səbəb müəyyən edilməmişdir. Barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına maraqlı olan cavabdeh apelyasiya şikayəti geri qaytarıldığı zaman, geri qaytarmaya səbəb olan nöqsanları aradan qaldırmaqla zamanında apelyasiya şikayəti verməli idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(005)- 737/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7714/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7714/2022
23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver