Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7715/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Maraqlı şəxs və Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3557/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə baxışı bitənə qədər ünvan 1 ünvanda yerləşən yaşayış evinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 3557/2020 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin olunaraq iddia ərizəsində göstərilmiş ünvan 1 ünvanda yerləşən yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. xx xxxx 2020-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili X1 şikayətlə məhkəməyə müraciət etmiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3557/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Bakı Apellayasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6264/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin adı çəkilən qərardadı dəyişdirilmədən saxlanmışdır. Maraqlı şəxs nümayəndəsi və vəkili X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3557/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün mülki işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh bu iş üzrə cavabdeh ola bilməz, çünki ünvan 1 ünvanda yerləşən yaşayış evinin mülkiyyətçisi Maraqlı şəxsdur, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması tədbiri nəzərdə tutulmuşdur, həmin ev Cavabdeh məxsus olmadığından üzərinə həbs qoyulması qanunsuzdur. Mübahisə predmeti iddiaçının evə istifadə hüququnun tanınmasından ibarətdir, iddia ərizəsi əsaslandırılmamışdır, məhkəmə iddiaçının dəlillərinin əsaslı olub-olmamasını araşdırmadan, yalnız iddiaçının mənafelərinə cavab verən, mülkiyyətçinin qanuni mənafelərini pozan əsassız qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili X4 şikayətin təmin olunmasını xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddia tələbi iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış evinə istifadə hüququnun tanınması ilə bağlıdır və həmin evlə bağlı hər hansı hərəkətlər edilərsə gələcəkdə iddia təmin olunacağı təqdirdə qətnamənin icrası mümkünsüz olacaq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3557/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7715/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7715/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver