Məhkəmə qərarları › İş №2(103)-7725/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7725/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7725/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 3.103,03 (üç min bir yüz üç dollar üç sent) ABŞ dolları məbləğində əsas, 1.042,17 (bir min qırx iki dollar on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4.145,20 (dörd min bir yüz qırx beş dollar iyirmi sent) ABŞ dolları məbləğində borun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclu Cavabdeh cəmi 4.145,20 (dörd min bir yüz qırx beş dollar iyirmi sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması barədə xx xxxxxxx 2015-ci il tarixli, 2(005)- 6323/2015 nömrəli əmr çıxarılmışdır. Müvafiq əmr Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli məktubu ilə icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə tələbkar şəxsin məktubu əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(005)-6323/2015 nömrəli icra sənədi icra olunmadan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(005)- 6323/2015 nömrəli məhkəmə əmrini almadığından onun surətinin ona rəsmi qaydada təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Borclu Cavabdeh nümayəndəsi X2 xx xxxxxx 2019-cu il tarixdə məhkəmə qəbzini imza etməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(005)-6323/2015 nömrəli məhkəmə əmrinin surətini rəsmi qaydada qəbul etmişdir. Borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(005)-6323/2015 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 6323/2015 nömrəli qərardadı ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(005)-6323/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, iddia icraatına keçilməsi və iş üzrə məhkəmə hazırlıq iclasının xx xxxxxx 2019-cu il tarixə, saat 10:30-a təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)- 1534/2019 nömrəli qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiklərindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 nömrəli qərardadını ləğv edərək, iddia icraatının bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-1534/2019 nömrəli qərardadının ləğvinə dair verdiyi ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia icraatının bərpa olunub mahiyyəti üzrə baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6323/2015 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 4.145,20 (dörd min bir yüz qırx beş dollar iyirmi sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir.Borclu Cavabdeh 2(005)-6323/2015 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və ümumi iddia icraatı qaydasında baxılmasına dair ərizə vermişdir. Borclunun ərizəsi təmin edilmiş və iş iddia icraatına keçmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-1534/2019 nömrəli qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 nömrəli qərardadının ləğv edilərək, iddia icraatının bərpa olunmasına dair ərizə iddiaçı şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1534/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadan qəbul edilmişdir. Bu səbəbdən qərardad ləğv edilməli, iddia icraatının bərpa olunmasına dair yeni qərardad qəbul edilməlidir.Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ərizəni təmin etməməsini bankın nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında bank tərəfindən sübut təqdim etməməyini əsas gətirmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanınından irəli gələn məsələlərin icrası Azərbaycan Respublikasının Maliyyə X1 (indiki hüququ varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən xx xxxxxx 2019-cu ilə qədər yekunlaşmalı idi. Bu səbəbdən Palata tərəfindən banklara və digər kredit təşkilatlarına həmin dövrü əhatə edən müddətdə hesablamaların aparılması üçün məhkəmə və icra şöbələrinin icraatında olan işlər üzrə müvafiq tədbirlərin görülməsinin müvəqqəti olaraq dayandırılması tövsiyyə edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin tövsiyyə əsasında tərəf olduğu məhkəmə və icra işləri üzrə müvafiq tədbirlərin görülməsini dayandırmışdır. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2019-cu il tarixinə təyin edilmiş məhkəmə iclası məlum Fərmanın icra müddətinə təsadüf etdiyindən nümayəndənin qeyd olunan məhkəmə iclasnda iştirak etməmişdir.Bundan əlavə hazırkı şikayətə əlavə edilən Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilən “Problemli kreditlərin kompensasiyasına” dair çıxarışda Cavabdeh Qadar oğlunun əsas qalıq borc məbləği Mərkəzi Bank tərəfindən 2.359,78 (iki min üç yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh məlum Fərmandan qismən yararlanmış və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qalıq borcu mövcuddur. Qeyd olunan hallar üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1534/2019 nömrəli qərardadı ləğv edilməli iddia icraatının bərpa olunmasına dair yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən-məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdimetməmişdir. Ona görə də müvafiq ərizə təmin olunmamalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar