Məhkəmə qərarları › İş №2(103)-7729/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7729/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7729/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, LPO “xxxxxxxxx” ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi və xx xxx 2017-ci il tarixli Əlavə Sazişlər haqqında məlumat mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona LPO “xxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiyanın hesablanması öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə vəzifə kimi qoyulməsı qət edilmişdr. Qətnamədən cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusu daxil olmuş və sorğuda qeyd edilən mülki iş üzrə iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1137/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən şikayət verildiyi qeyd edilmiş və yaranmış zərurətlə hazırki mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar