Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7729/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC –nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2021 saylı işi üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9014,49 ABŞ dolları əsas, 1409,92 ABŞ dolları faiz, 385,4 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 10809,81 ABŞ dolları məbləğində borcun, eləcə də ərizənin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq banka ödənilməsinə dair tələbi Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2021 saylı işi üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin427.3, 442.1, 439.1, 439.2, 739-cu maddəlrinə istinadən) qismən təmin edilərək Cavabdeh2 və Cavabdeh1 07 avqust 2015-ci il tarixli, 154203-CNS-18523 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 4094,2 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, 07 avqust 2015-ci il tarixli, 154203-CNS-18523 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh2 İddiaçı ASC-dən illik 27 faizlə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür (iş.səh.5), 07 avqust 2015-ci il tarixli, 154204-7-9401 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış 07 avqust 2015-ci il tarixli, 154203-CNS18523 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı Cavabdeh2la eyni məsuliyyəti öz üzərinə götürmüşdür (səh.12), maliyyə arayışına əsasən, Cavabdeh2 31 may 2017-ci il tarixə iddiaçıya 9014,49 ABŞ dolları əsas, 1409,92 ABŞ dolları faiz, 385,4 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 10809,81 ABŞ dolları, 23 aprel 2021-ci il tarixə isə 4094,2 ABŞ dolları əsas borcu olmaqla faiz və cərimə borcu yoxdur (səh.16). Cavabdeh İddiaçı ASC –nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3530/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bank tərəfində hesablanmış faiz borcu həddindən artıq çoxdur. O, iddia məhkəməyə verilənədək götürdüyü kredit borcunun xeyli hissəsini ödəmişdir. Belə ki, bank iddia məhkəməyə verilən günə kimi faiz hesablayıb, əlavə faiz hesablamış, borcun miqdarı şişirdilmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir borcun şişirdilməsinə və ödənilmiş məbləğin əsas məbləğdən çıxılmamasına fikir verilməmiş, mütəxəssis rəyi alınmadan bankın iddiası təmin edilmişdir. Məhkəmənin qərarı cavabdehin iştirakı olmadan çıxarılmış və bununlada çəkişmə prinsipləri pozulmuşdur. İş üzrə sədrlik edən hakim Bakı şəhər Binəqədi rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsini qəbul etməklə Azərbaycan Respublikasının MPM-nin 4,14,50-51, 76,77, 82, 88, 217-ci maddələrinin tələblərini kobud surətdə pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmənin adı çəkilən qətnaməsi maddi və prosessual hüquq normalarının, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 386, 387, 388, 389, 390-cı maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Ona görə də həmin qanunsuz və əsassız qətnamə Apellyasiya instansiyasında ləğv olunmalı və mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC –nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, tərəfə restrutukzasiya halının şamil edildiyini və borc məbləğindən silindiyini, hal-hazırda faiz borcu deyil, əsas borcun tələb edildiyini, borclunun borcu ödəməkdən yayındığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən, mücərrəd və ziddiyyətli apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, çəkişmə prinsipinin pozulduğunu israr edən və məhkəmə kollegiyası iclasında üzrlü səbəbləri müəyyən edilməyən cavabdehin mübahisələndirdiyi dəlillərə dair sübutlar (qəbz və s.) müzakirəyə təqdim etməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2021 saylı işi üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7729/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7729/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver