Məhkəmə qərarları › İş №2(103)-773/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-773/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-773/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X2, X3 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh İddiaçı MMC-nin xeyrinə 8620 manat əsas borcun, 4467 manat dəbbə pulunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 13.117 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 8.620 manat əsas borcun, 80 manat dəbbə pulu olmaqla ümumilikdə 8.700 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi hesab edir ki, qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, 2019-cu ilin mart ayından pandemiya səbəbindən təhsil bir müddət dayandırılmış, sonradan onlayn qaydada davam etdirilmişdir. İddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının öhdəlikləri kimi həm də təhsil alanları geyim forması və gündəlik qidalanma ilə təmin etmək nəzərdə tutulmuşdur. Lakin, bu öhdəliklər iddiaçı tərəfindən icra edilmədiyi halda iddiaçı təhsil haqqının tam ödənilməsini tələb etmişdir. Müqavilə şərtləri ilkin olaraq iddiaçı tərəfindən pozulmuşdur. Bundan əlavə, 2020-ci ilin sentyabr ayından ölkədə müharibə şəraiti ilə bağlı internet şəbəkələrinin bir çoxunun fəaliyyətində məhdudiyyətlər müəyyən edilmişdir. Yəni, təhsilin onlayn aparılması da tam olaraq icra olunmamışdır. O, təhsil haqqında müəyyən güzəştlər edilməsi ilə bağlı iddiaçı MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq, ondan borcun tam ödəməsi tələb olunmuşdur. Bundan əlavə, pandemiya dövründə əhalinin banklara olan borcları ilə bağlı dəbbə pulunun hesablanması dayandırılmışdır. Belə olan halda iddiaçı bütün bunları nəzərə almadan pandemiya dövründə gecikdirilmiş borca görə dəbbə pulu tələb edir ki, bu, tamamilə əsassızdır. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda onun hər hansı təqsirindən söhbət gedə bilməz. Çünki pandemiya səbəbindən iddiaçı öz öhdəliklərini tam və lazımı qaydada icra etməmişdir. Oda bu məsələdə iddiaçı ilə kompromisə gedərək, razılıq əldə etməyə çalışsada, lakin iddiaçı əsassız və qanunsuz olaraq mövcud vəziyyəti nəzərə almamışdır. Bundan başqa iddiaçı ilə aralarında bağlanmış 10.10.2019-cu il tarixli müqavilənin 4-cü bəndi fors major hallarda (pendemiya, karantin və.s) müqavilə üzrə öhdəliklərin icrasından azad olma ilə bağlı məsələləri tənzimləyir. Odur ki, iddiaçının iddia etdiyi borc fors major halına aid olan koronovirus pandemiyası və karantin dövrünə təsadüf etdiyi üçün məhkəmə bu halı da nəzərə almamışdır. Göründüyü kimi iddiaçı öz öhdəliklərini lazımı qaydada və tam icra etmədiyi halda, öz mülki hüquqlarından sui istifadə edərək, göstərilməmiş xidmətə görə qanunsuz və əsassız olaraq pul ödənilməsini tələb etmiş və bununlada Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, iddiaçının öz öhdəliklərini icra etməməsi ilə bağlı sübutlar nəzərə alınmamış, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə yalnız iddiaçının göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Onun göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, “Covid-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə təhsil müəssisələrinin fəaliyyəti 2020-ci ilin mart ayından dayandırılmış, sonradan isə təhsil distant (məsafəli) formada aparılmışdır. Həmin vaxtdan indiyədək cavabdeh iddiaçı ilə bağladığı müqavilələri iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olmunmaması ilə bağlı mübahisələndirməmiş, ümumiyyətlə təhsil haqqında güzəşt olunmasına dair iddiaçıya müraciət etməsi ilə bağlı hər-hansı sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələdə təhsil haqqının miqdarı və ödəniş qaydası aydın şəkildə göstərilmiş, iddiaçı tərəfdən təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdeh təhsil haqqının ödənilməsi ilə bağlı öhdəliyini lazımınca icra etməmişdir, buna görə də, borcun tutulması üçün əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442 və 462.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı MMC-nin nümayəndəsi Anar Quliyev tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı MMC ilə təhsil alacaq X2 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 209/2019 (T2018-2019) saylı, 10 oktyabr 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respubliksaının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin valideynin hüquq və vəzifələri göstərilən 2.2-ci bəndinin 6-cı hissəsində bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqının müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin öhdəliklərindən biri kimi qeyd edilmişdir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15 may 2019-cu il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 may 2019-cu il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 3300 manat məbləği cari 2019-2020-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür.(İ.vər. 5 - 10) İş matеriallarında olan, İddiaçı MMC ilə təhsil alacaq X2 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 209/2020 (T2018-2019) saylı, 08 fevral 2021-ci il tarixli müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3 uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Valideyn 15 iyun 2020-ci il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2020-ci il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür.(İ.vər. 11 - 16) İş matеriallarında olan, İddiaçı MMC ilə təhsil alacaq X3 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 210/2019 (T2018-2019) saylı, 10 oktyabr 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respubliksaının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin valideynin hüquq və vəzifələri göstərilən 2.2-ci bəndinin 6-cı hissəsində bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqının müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin öhdəliklərindən biri kimi qeyd edilmişdir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2 uşaq təhsil aldığı üçün və 20 faiz güzəşt tətbiq olunmaqla, 20192020-ci tədris ili üçün təhsil haqqı məbləği 3040 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15 iyun 2019-cu il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2019-cu il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2540 manat məbləği cari 2019-2020-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür.(İ.vər. 18 - 23) İş matеriallarında olan, İddiaçı MMC ilə təhsil alacaq X3 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 210/2020 (T2017-2018) saylı, 08 fevral 2021-ci il tarixli müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3 uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Valideyn 15 iyun 2020-ci il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2020-ci il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür.(İ.vər. 24 - 29) İş matеriallarında olan, İddiaçı MMC ilə təhsil alacaq X4 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 787/2019 (T2018-2019) saylı, 10 oktyabr 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respubliksaının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin valideynin hüquq və vəzifələri göstərilən 2.2-ci bəndinin 6-cı hissəsində bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqının müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin öhdəliklərindən biri kimi qeyd edilmişdir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3-cü uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15 iyun 2019-cu il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2019-cu il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2019-2020-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür.(İ.vər. 31 - 36) İş matеriallarında olan, İddiaçı MMC ilə təhsil alacaq X4 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 787/2020 (T2018-2019) saylı, 08 fevral 2021-ci il tarixli müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3 uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Valideyn 15 iyun 2020-ci il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyul 2020-ci il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 2 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür.(İ.vər. 37 - 42) İş matеriallarında olan, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış 04 fevral 2021ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, X2 liseydə təhsil aldığı 2019-2020ci tədris ili üçün endirimli qiymət olan 3800 manat təhsil haqqının 3000 manat hissəsi ödənilməmiş qalmışdır.(İ.vər. 17) İş matеriallarında olan, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış 04 fevral 2021ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, X3 liseydə təhsil aldığı 2019-2020ci tədris ili üçün endirimli qiymət olan 3040 manat təhsil haqqının 2240 manat hissəsi ödənilməmiş qalmışdır.(İ.vər. 30) İş matеriallarında olan, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış 04 fevral 2021ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, X4 liseydə təhsil aldığı 2019-2020ci tədris ili üçün endirimli qiymət olan 3420 manat təhsil haqqının 2620 manat hissəsi ödənilməmiş qalmışdır.(İ.vər. 43) İş matеriallarında olan, İddiaçı MMC tərəfindən təqdim edilmiş 100/2258 saylı, 01 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya hər 3 müqavilə üzrə 2019-2020-ci tədris ili üçün 2860 manat, 2020-2021-ci il üçün 5760 manat təhsil haqqı borcu, 1551 manat dəbbə pulu qismində borcu vardır.(İ.vər. 83) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası, pandemiya ilə bağlı dərslərin onlayn qaydada keçirilməsi, buna görə müqavilədə nəzərdə tutulan “şagirdlərin yeməklə, geyim forması ilə təmin edilmə” hissəsinin iddiaçı tərəfindən pozulmasını, belə olaq təqdirdə ondan təhsil haqqının tam olaraq tələb edilməsinin əsassız olması barədə Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Covid-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə təhsil müəssisələrinin fəaliyyəti 2020-ci ilin mart ayından dayandırılmış, sonradan isə təhsil distant (məsafəli) formada aparılmışdır. Həmin vaxtdan indiyədək cavabdeh iddiaçı ilə bağladığı müqavilələri iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olmunmaması ilə bağlı mübahisələndirməmiş, ümumiyyətlə təhsil haqqında güzəşt olunmasına dair iddiaçıya müraciət etməsi ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh dərslərin keçirilməsi qaydasının dəyişdirilməsini qəbul etmiş və şagird, məktəbin müəyyən etdiyi proqramı tam keçməklə tədris ilini başa vurmuşdur. Halbuki, müqavilənin 5.1.2.1-ci bəndinə əsasən cavabdeh istənilən vaxt iddiaçı ilə bağladığı müqaviləyə xitam verə bilərdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilələrin 4-cü bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Məhkəmə kollegiyası, müqavilənin bu bəndinə şərh verərək qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında bağlanılmış 209/2019 (T2018-2019) saylı, 10.10.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımamasını müəyyən etmiş və cavabdehin fors major halını əsas tutularaq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinin öhdəliyin pozulması kimi qiymətləndirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin cərimə (dəbbə) məbləğlərinin ləğv edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, təhsilin təşkili müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, İddiaçı MMC tərəfindən 1.551 (bir min beş yüz əlli bir) manat həddində müəyyən edilmiş cərimə borcunun 80 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və iddiaçının mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6510/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar