Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7739/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(007)-737/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı İddiaçı hazırki iş üzrə Cavabdeh ilə əvvəllər nişanlı olmuşlar. Onlar nişanlı olduqları dövrdə bir-birilərinə inanıb etibar etmişlər. Qızı İddiaçı 09 iyul 2020-ci il tarixində 6600 (altı min altı yüz) manat məbləğində pulu borc olaraq borc müqaviləsi əsasında Cavabdeh vermişdir.Qeyd etmək istəyir ki, 09 iyul 2020-ci il tarixdə Bakı şəhəri 2 nömrəli notariusda qızı ilə Cavabdeh arasında bağlanmış və təsdiq edilmiş “zərərin əvəzinin ödənilməsi” müqaviləsinə əsasən Cavabdeh qızına olan 6600 (altı min altı yüz) manat məbləğində borcu 31 iyul 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də,həmin öhdəliyi bu günədək yerinə yetirməmişdir. Cavabdeh şəxs dəfələrlə qızını aldadaraq qızının ona borc olaraq verdiyi pulu geri ödəyəcəyini və borcu bağlayacağını bildirmiş ancaq heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq, 6600 (altı min altı yüz) manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci il, tarixli 2(007)-737/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Nümayəndə xeyrinə 6600 manat pul tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-737/2021 saylı iş üzrə 20.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə əsassız və qanunsuzdur. Birinci instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada ona heç bir xəbərdarlıq edilməyib və bununlada məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9 və 14-cü maddələrinin tələbləri pozulub. İddiaçı ilə PMD-QRUP MMC şirkətində bir yerdə işləmişlər və aralarında yaranmış xoş münasibətə görə 22 iyun 2019cu il tarixdə nişanlanmışlar. Onlar nişanlı olduqları dövrdə Aydan bildirmiş ki, yaşadığı mənzili toy qabağı təmir etmək istəyir və bunun üçün 6-7 min manat məbləğində pul lazımdır və onun buna maddi imkanı çatmır. Buna görədə X5 6.000 manat pul götürmüş və faizlə bir yerdə banka 6.600 manat pul qaytarmalı idi. Aydanla nişanlı olduğuna görə və gələcəkdə toy edib ailə həyatı quracaqlarını nəzərə alaraq onlar 09 iyul 2020-ci il tarixdə Bakı şəhəri 2 saylı notariusda zərərin əvəzinin ödənilməsi müqaviləsi bağlamışlar. Lakin sonradan aralarındakı münasibətləri pozulmuş və onunla ailə həyatı qurmağı baş tutmamışdır. O, iddiaçıya heç bir zərər vurmamışdır. Lakin məhkəmə qətnamə qəbul edərkən iddiaçıya dəyən zərər nədən ibarət olduğunu araşdırmamış və səhv nəticəyə gəlmişdir. Bildirir ki, İddiaçı heç bir borcu olmamış, yoxdur və onunla 6.600 manat məbləğində borcu olması barədə borc müqaviləsi bağlamamışlar. Buna görədə də məhkəmə hazırkı mülki iş üzrə məhkəmə iclasının vaxı və yeri barədə ona lazımi qaydada xəbərdarlıq edilməmiş, onun iştirakı olmadan işi düzgün araşdırmamış və qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Notariusda sözü gedən müqavilə bağlananda notarius onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1125-ci maddəsinin tələblərini izah etmişdir. Həmin maddəyə əsasən o, iddiaçıya heç bir zərər vurmamışdır. Buna baxmayaraq məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740 və 448.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsədə Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanına olan qətnamə qəbul etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək, tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 09 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş zərərin əvəzinin ödənilməsi müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 31 iyul 2020-ci il tarixinədək 6.600 mant zərər ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddianı əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh Nümayəndə xeyrinə 6600 manat pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(007)-737/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7739/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7739/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver