Məhkəmə qərarları › İş №2(103)-7739/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7739/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7739/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi, məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3798/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadına əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 36600 manat icarə haqqının ödənilməsi və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Samux Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi əsasında mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xəzər Rayon məhkəməsində baxılmalıdır.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3798/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki işin icraata qəbul edilməsindən imtina edilmiş və mülki işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2 Məhkəməsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul etdiyi işi, sonradan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi hüquqi şəxsə qarşı olan iddia ərizəsi aidiyyət qaydalarına riayət olunmaqla həmin hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə (Samux Rayon Məhkəməsinə) verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasındakı olan hazırki mübahisənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması prosessual qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

Tətbiq edilən hüquq normaları:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

6. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

8. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 4inad edilən prosessual hüquq normalarının tələblərindən də göründüyü kimi hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

11. Hazırki iş üzrə də hüquqi şəxsə qarşı olan iddia ərizəsi aidiyyət qaydalarına riayət olunmaqla həmin hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə - Samux Rayon Məhkəməsinə verilmişdir.

12. Samux Rayon Məhkəməsi isə cavabdehin hüquqi ünvanının Bakı şəhəri Xəzər Rayonu olmasına istinad etsə də, iş materiallarında həmin halı təsdiq edən hər hansı mötəbər sübutlar olmamışdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir.

14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyatı üzrə Samux Rayon Məhkəməsində baxılmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

16. Məhkəmə kollegiyası - Cavabdeh MMC-nin hüquqi ünvanının Bakı şəhəri Xəzər Rayonu deyil, Samux Rayon ərazisində olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə Samux Rayon Məhkəməsində baxılmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar