Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-774/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC–nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi ” iddia tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2517/2019 saylı işi üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci intasniya məhkəməsinə xx xxx 2019-cu il tarixli Kürdəmir DAİM-nin "Bitkiçilik" sektorunun baş məsləhətçi-aqronomu Xanbaba Əsədov, Kürdəmir rayon İHB-nin Pirili kənd inzibati dairəsi üzrə nümayəndəsi Nəriman Nərimanov, Kürdəmir rayonu Pirili bələdiyyəsinin sədri Ziya Kərimov, Kürdəmir rayonu Pirili kənd sakinləri Ömürağa və Xanus Abdullayevlərin iştirakı ilə tərtib edilmiş xx xxx 2019-cu il tarixli akt (iş.səh.10), “Pirili” X5 04 saylı, xx.xx.2019cu il tarixli arayışı (səh.32), “Pirili” X5 06 saylı xx.xx.2019-cu il tarixli arayışı (səh.33) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2517/2019 saylı işi üzrə xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi ” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı iddiası konkret faktlarla sübuta yetirilmədiyi, həmçinin məhkəmə tərəfindən cavabdehin hərəkətlərində qeyri-hüquqi elementlərin olmadığı qənətinə gəlindiyi üçün, habelə iş materiallarına əlavə olunmuş akt cavabdehə münasibətdə sübut kimi qəbul olunmadığı üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsini 2(009)-2517/2019 ləğv edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217 maddə qeyd edilmişdir ki, həqiqətən Kürdəmir rayon Pirili kəndində tərəfimdən icarəyə götürülmüş torpaq sahəsində arpa əkilmiş və əkilmiş sahəyə görə 2019cu ildə subsidiya alınmışdır. Ancaq sahənin suvarılması vaxtı vaxtında cavabdeh təşkilat tərəfindən yerinə yetirilmədiyindən məhsuldarlıq xeyli aşağı düşmüş və nəticədə 2020 manat ziyan dəymişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət X6 xx xxx 2019-cu il tarixli aktına əsasən dəymiş ziyan 2020 manat müəyyənləşdirilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Pirili kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan da görünür ki, həqiqətən icarəyə götürülmüş 5,63 ha torpaq sahəsində arpa əkilmişdir. Məhkəmə qeyd olunan hallara düzgün qiymət verməyərək əsassız nəticəyə gəmişdir. Ona görə də iş üzrə qətnaməni əsaslı hesab etmək olmaz. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC apellyasiya şikayətinə etirazla məhkməyə müraciət edərək, 2(103)14863/2019 saylı iş üzrə İddiaçı tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi barədə" verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2517/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis cəlb edilməklə kompleks məhkəmə-bioloji, məhkəmə-mühasibat, məhkəmə-torpaqşünaslıq,məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında iddiaçıya məxsus Kürdəmir rayonunun Pirili kəndində onun xüsusi mülkiyyətində müvafiq olaraq 1,13 ha və 4.5 ha torpaq sahəsinə) (iddiaçının əkin sahəsinə) ziyan vurulması, bunun səbəbi, manat ekvivalentində ifadəsi və mülki məsuliyyətinin kimə aid olması, cavabdehin hərəkəti (hərəkətsiziyi) ilə vurulan ziyan arasında səbəbli əlaqə kimi sual üzrə tam tədqiqat aparılmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixli 2285/2286 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Kürdəmir rayonun Pirili kəndində onun xüsusi mülkiyyətində olan taxıl əkini sahələrində aqrotexniki tədbirlər şum, səpin, suvarma, mineral və üzvi gübrələrdən normal qaydada vaxtında istifadə edilərsə 20-35 sentner məhsul götürmək olar.5,63 ha torpaq sahəsindən məhsuldarlığı 22-25 sentnerdən hesab etsək 5,63 hax 23 sentner = 12949 kq məhsul əldə etmək olar.İş materiallarında olan Kürdəmir DAİM-nin Bitkiçilik sektoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən istifadə edilməklə 12949 kq arpanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3884,70 (12949 kq x 0,03 m) manat müəyyən edilir.Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən 5,63 ha torpaq sahəsində taxıl əkini üçün il ərzində ediləcək aqrotexniki qulluq və çəkiləcək xərclər barədə məlumat əksini tapmadığından əldən çıxmış xalis gəlirin miqdarını müəyyən etmək mümkün olmadı.Belə ki, əldə edilməsi ehtimal edilən dəyərdən qeyd olunan çəkilməsi zəruri olan xərclərin miqdarını çıxdıqdan sonra xalis gəlirin miqdarını müəyyən etmək olar.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, taxıl əkini sahələrində aqrotexniki tədbirlər şum,səpin,suvarma.mineral və üzvi gübrələrdən normal qaydada vaxtında istifadə edilərsə, 20-35 sentner məhsul götürmək olar.İddiaçı Aralat qızına məxsus 5,63 ha torpaq sahəsindən məhsuldarlığı 22- 25 sentnerdən hesab etsək 5,63 ha *xx xxxx 12949 kq məhsul əldə etmək olar. 12949 kq arpa məhsulunun topdan və pərakəndə salış qiymətini 0,30 AZN-dən hesab etsək İonda 12949 kq *0,30 A/N 3884,7 AZN məbləğ alınmış olar. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC–nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, ümumiyyətlə iddiaçının subyektiv hüququnun olmadığını və torpağın başqa şəxs tərəfindən istifadə edildiyini, Sudan istifadə edənlər birliyi ilə müqavilə olmalı olduğunu və müqavilənin olmadığını, Sudan istifadə edənlər Birliyinə su verilməsi ilə bağlı müqavilə bağlanılmasına dair səlahiyyətin onlar tərəfindən verildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının MM-in 21, 1096, 1101,1114,1115; MPM-nin14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci şəxsin özünə aid edilməli, ekspertiza xərci isə iddiaçıdan tutulmalıdır. Diqqətə çatdırılmalıdır ki, iddiaçı torpağın tələbdə qeyd etdiyi məqsədlər üçün istifadə edib bəhər götürəcəyini sübuta yetirməmiş, iş üzrə təyin edilmiş eksperiza nəzəri cəhətdən məhsuldarlığı və ehtimal edilən gəliri əks etdirsədə zərərin məhz cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəyməsini müəyyən edən hallara dair aydınlıq gətirə bilməmiş, iddiaçı tərəfindən isə buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2517/2019 saylı işi üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına İddiaçı tutularaq ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-774/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-774/2020
20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver