Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7746/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8028/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8028/2016 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7.279,08 (yeddi min iki yüz yetmiş doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3.111,92 (üç min yüz on bir dollar doxsan iki sent) ABŞ dollan məbləğində faiz borcu və 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla - cəmi 10.491 (on min dörd yüz doxsan bir) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamə ilə razı olmayan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin xx.xx.2020ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8028/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8028/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8028/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı iləşikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, işdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8028/2016 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada xx xxxxxx 2016-cı il tarixdə təqdim olunmuşdur (səh.45). Belə olan halda həmin qətnamədən apellyasiya şikayəti verilməsinin son tarixi (Cavabdeh1 üçün) xx xxxxxxxx 2016-cı il tarixidir. Cavabdeh1 apellyasiya şikayətinin üzərinə vurulmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin daxil olma ştampından da göründüyü kimi apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddət 3 (üç) il 10 (on) ay 29 (iyirmi doqquz) gün ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla da cavabdeh qanunvericiliklə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət verilmə müddətini ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində apellyasiya şikayəti vermədiyi və müddəti ötürməsi qanuni qüvvəyə minmş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Müddətin bərpası üçün hər hansı bir üzrlü səbəb olmadığından şikayətin təmin edilməsi üçün də əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8028/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8028/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7746/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7746/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver