Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7752/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci-ci il tarixli, 2(007)-18/2021 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 14.10.2015-ci il tarixli kredit müqaviləsi və ona edilmiş 15.02.2016-cı il tarixli əlavə saziş üzrə 116211,88 ABŞ dolları əsas, 17743.64 ABŞ dolları faiz, 647,30 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 134602,82 ABŞ dolları borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsində 0.05534 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172.1 kv.m. olan qeyri-yaşayış sahəsinə (“Novruz” kafesinə) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı-nin Nəsimi filialı arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsisinə əsasən cavabdeh bankdan 60 ay müddətinə 19%-lə 120000 ABŞ dolları kredit götürmüş, borcun təminatı olaraq cavabdehə məxsus Bakı şəhəri Nəsimi rayonu,X3 küçəsindəki 0.05534 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.1 kv.m olan qeyri-yaşayış sahəsi (“Novruz” kafesi) 2015-ci il 14 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, digər Cavabdeh2 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 15 fevral 2016-ci il tarixli əlavə sazişlə kreditin qalıq məbləği 117470,96 ABŞ dolları müəyyən edilmiş, zamin əlavə sazişə razılığını bildirmişdir. 2017-ci ilin iyun ayının 14-dək kredit müqaviləsi üzrə tələbdə qeyd olunan məbləğlərdə borc qalmış, xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci-ci il tarixli, 2(007)- 18/2021 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 14.10.2015-ci il tarixli kredit müqaviləsisinə əsasən 116221,88 ABŞ dolları əsas, 17743,64 ABŞ dolları faiz, 60 ABŞ dolları cərimə olmaqla, cəmi 134025,52 ABŞ dolları kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat dövlət rüsumu tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsində 0.05534 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172.1 kv.m olan, dəyəri 345000 manat təşkil edən qeyri-yaşayış sahəsinə (“Novruz” kafesinə) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, qeyri-yaşayış sahəsinə (Novruz kafesinə) tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılaraq banka təhvil verilməsi, ekspertiza xərci kimi 200 manatın cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cərimə və əmlakın ilkin satış qiymətinin müyyən edilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 da, apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcunun tutulması hissələrində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsində göstərilənlərə uyğun qaydada, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, tələb olunmuş cərmənin çox azaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması, ipotekanın likvid dəyərinin müəyyən olunmaması, ilkin satış qiymətinin yüksək göstərilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, əsas və faiz borcu ilə razı olmaması, ekspertiza rəyinin əsassız olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və Cavabdeh1 qətnaməni qismən mübahisələndirmiş, digər Cavabdeh2 isə ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətləri həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipotekanın ilkin satış qiymətinə aid hissədə ləğv edilərək, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyəri üzrə müəyyən edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq əqdlərin bağlanması, Cavabdeh1 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 19%-lə, 60 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Bakı şəhəri Nəsimi rayonu, X3 küçəsindəki 0,05534 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.1 kv.m olan qeyri-yaşayış sahəsinin (“Novruz” kafesi) 14 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilməsi öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsi işin mübahisə olunmayan hallarıdır (bu hallar apellyasiya şikayətlərində mübahisələndirilmir). Cavabdeh apellyasiya şikayətində əsas borcun və faizlərin düzgün hesablanmaması göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsini göstərməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazını (şikayətin dəlillərini) ümumi sözlərlə ifadə etməyə çalışmışdır. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməkdə kredit borcunun məbləğini dəqiqləşdirmişdir. Cavabdeh isə apellyasiya şikayətində bunun əksini təsdiq edən hər hansı sübutu, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı sübutlarını və mülahizələrini təqdim edə bilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə yaranmamışdır. Göründüyü kimi, cavabdeh həmin hissədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində cərimənin məhkəmə tərəfindən əsassız azaldılmasını göstərmişdir. Məhkəmə kollegiyası, iddiaçının qeyd edilən hissədə şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunverici cərimənin azaldılması imkanını müəyyən etmiş, birinci instansiya məhkəməsi də bu imkandan işin hallarına uyğun istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri kredit borcunun düzgün müəyyən edilməməsi (yoxlanılan hissələr üzrə) hissəsində əsassızdır. Şikayətlərin dəlilləri qətnamənin həmin hissələrdə ləğvinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissəsində iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq qeyd edir ki, işdə olan 14 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən - ipoteka predmeti olan əmlakın dəyəri tərəflərin razılaşması ilə 210000 manat həddində müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC-nin 30 aprel 2018-ci il tarixli «qeyri yaşayış sahəsinin qiymətləndirilməsinə dair» hesabatından görünür ki, ipoteka qoyulmuş əmlakın bazar dəyəri 230000 manat müəyyən olunmuşdur. İşdə olan «Ekspert» LTD müəsisəsinin 29 yanvar 2019-cu il tarixli rəyi ilə isə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsində 0.05534 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172.1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin (“Novruz” kafesinin) qeyri-yaşayış sahəsinin bazar dəyəri 345000 manat təşkil edir. Birinci instansiya məhkəməsi “Ekspert” LTD müəsisəsinin 29 yanvar 2019-cu il tarixli rəyinin əsas tutaraq ipoteka predmetinin ilkin satış qiymətini onun bazar dəyərinə uyğun olaraq 345000 manat həddində müəyyən etmişdir. İddiaçı apellyasiya şikayətində bununla razılaşmayaraq ipotekanın ilkin satış qiymətinin onun likvid dəyərinə uyğun müəyyən olunmalı olmasını və s. göstərmişdir. Qeyd edilməlidir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması qiymətləndirmə təyin olunmuş, mütəxəssislər tərəfindən müvafiq olaraq əmlakın bazar dəyəri müəyyənləşdirilmiş, həmin məbləğlər isə bir-birindən kəskin fərqlənmişdir. «İpoteka haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi, ipoteka predmetinin likvid dəyəri üzrə ilkin satış qiymətinin müəyyən olunması zərurəti yaranmışdır. Bu səbəbdən də apellyasiya icraatı zamanı ipotekanın likvid dəyərinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici ("xxxx" MMC) təyin edilmiş, müstəqil qiymətləndiricinin 02 dekabr 2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar və likvid dəyərləri (bazar dəyəri 138000 manat, likvid dəyəri 124200 manat) müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ipotekanın ilkin satış qiymətinin 124200 manat həddində müəyyən olunması obyektiv və ədalətlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə – ipotekanın ilkin satış qiymətinə aid hissədə ləğv edilərək, ipoteka qoyulmuş Bakı şəhəri Nəsimi rayonu, X3 küçəsindəki 0,05534 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.1 kv.m olan qeyri-yaşayış sahəsinin (“Novruz” kafesi), ilkin satış qiyməti likvid dəyəri üzrə 124200 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 200 (iki yüz) manat məbləğində aparılmış qiymətləndirmənin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci-ci il tarixli, 2(007)-18/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2021-ci-ci il tarixli, 2(007)- 18/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilsin, ipoteka qoyulmuş Bakı şəhəri Nəsimi rayonu, X3 küçəsindəki 0,05534 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.1 kv.m olan qeyri-yaşayış sahəsinin (“Novruz” kafesi) ilkin satış qiyməti 124200 manat (bir yüz iyirmi dörd min iki yüz) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən aparılmış qiymətləndirmənin dəyəri olan 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN6 **********, Benefesiarın hesabı: AZ77AİİB400600C**********218, "xxxx" ASC Bravo 3 saylı filialı (VÖEN 9********), Müxbir hesab: AZ37NABZ********************, Filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7752/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7752/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver