Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7753/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 12.504.47 ABŞ dolları əsas borc, 3745,35 ABŞ dolları faiz borcu və 296,39 ABŞ dolları cərimə olmaqla, cəmi 19.546,21 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27-M-1-0-26-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2014-cü il tarixli 27-M-1-0-26-14 nömrəli kredit müqaviləsi üzrə 12.504,47 ABŞ dolları əsas borc, 6745,35 ABŞ dolları faiz borcu və 296,39 ABŞ dolları cərimə olmaqla, cəmi 19.546,21 ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 10056/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti təşkil edən hissədə, yəni Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə iş üzrə digər Cavabdeh1Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsini faiz borcu hissəsində mübahisələndirir. İş materiallarından da görünür ki, hazırki tələb bölünməz tələbdir və iş üzrə Cavabdeh2 apellyasiya şikayəti üzrə baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlüklə əsas, faiz və cərimə borcu hissəsində yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10056/2019 saylı qətnaməsi ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq birinci insstansiya məhkəməsinin qətnaməsi bütövlüklə yoxlanılmış və faiz borcu hissəsində baxılaraq qiymət verildiyindən Cavabdeh1 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7753/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7753/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver