Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7753/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Muğanbank” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayətinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı "Muğanbank” ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" iddia tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4332/2015 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4332/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "Muganbank” ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilmişdir.
2. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4332/2015 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh qanunvericiliklə müəyyən olunmuş apellyasiya vermək - hüququndan istifadə edərək daha əvvəl məhkəməyə müraciət etmiş, onun şikayətinə mahiyyəti üzrə baxılaraq, apellyasiya instansiyası tərəfindən qətnamə qəbul edilmişdir. Hazırda isə cavabdeh yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət məhkəmə qətnaməsindən 7 il sonra icra prosesində xəbərdar olduğunu bildirir və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş edir. Lakin işin sadalanan hallarından görünür ki, ərizədə göstərilən əsaslar həqiqətə uyğun deyildir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə cavabdehin apellyasiya şikayəti əsasında yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının cavabdehin təkrar şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd uduğundan bu şikayətə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı müəyyən edilmiş əsaslar, buraxılmış müddətin bərpa edilməsi barədə məsələyə də şamil olunur. Belə kı. cavabdehin məhkəmə qətnaməsindən 7 il sonra icra prosesində xəbərdar olmasına dair dəlili işin halları ilə təkzib olunur. Odur ki, göstərilənləri əsas götürərək, həmçinin apellyasiya şikayəti geri qaytarıldığından, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə də baxılmadan geri qaytarılmalıdır. Belə ki, prosessual müddətin bərpası özlüyündə həyata keçirilməli hüququn reallaşması üçün ötürülmüş müddətin üzürlü hesab edilməklə qanuni qüvvəyə minməmiş qətnamənin mübahisəldirilməklə məhkəmə müdafiəsi hüququnun həata keçirilməsi ilə bağlı olmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsini və ya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsi xahiş edilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-4332/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. İş materiallarında olan Cavabdeh adından verilmiş xx.xx.2016-cı il tarixli ərizə, xx.xx.2016-cı il tarixli məhkəmə qəbzi, xx.xx.2016-cı il tarixli apellyasiya şikayəti, 5962 nömrəli xəbərnamə qətiyyən Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə qətnaməsi MPM-nin tələblərinə uyğun olaraq Cavabdeh göndərilməmişdir, bu səbəbdən apellyasiya şikayətinin geri qaytarılması qanuni və əsaslı sayıla bilməz. İş materiallarında olan Cavabdeh adından verilmiş xx.xx.2016-cı il tarixli ərizə, xx.xx.2016-cı il tarixli məhkəmə qəbzi, xx.xx.2016-cı il tarixli apellyasiya şikayəti, 5962 nömrəli xəbərnamədə olan imzaların və xəttin Cavabdeh məxsus olub-olmamasının müəyyən olunması üçün ekspertizanın təyin olunmasını, saxtakarlığa yol verildiyi halda bununla bağlı xüsusi qərardad çıxarılmasını zəruri hesab edilmişdir. qeyd edilməlidir ki, istərsə məhkəmə prosesləri haqqında məlumat, istərsə qəbul edilmiş məhkəmə aktları MPM-nin 11-ci Fəslinin tələblərinə uyğun olaraq Cavabdeh göndərilməmişdir. Bu isə nəticə etibarı ilə cavabdehin prosessual hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışdır.
7. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4332/2015 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
11. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənın tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “Muğanbank" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 15 oktyabr 2010-cu il tarixli 218-10/İ saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 41800,41 manat məbləğində əsas borcun, 529,71 manat faiz borcunun, 1059.42 manat dəbbə pulunun, cəmi 43389.54 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “Muğanbank'' ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi 16 oktyabr 2010-cu il tarixli 218-10/İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 32 saylı evin 35 nömrəli mənzilinə yönəldilməsi, cavabdehin hüquqlarının itirilməsi, mənzilin açıq hərracdan satılması, mənzil satıldıqdan ən geci bir ay ərzində boşaldılması satışdan əldə olunmuş məbləğin İddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
16. Bundan sonra, Cavabdeh məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə qətnamənin surətini məhkəmə qəbzinə imza çəkməklə əldə etmiş, xx.xx.2016-cı il tarixdə isə həmin qətnamədən apellyasiya şikayəti ilə müraciət etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2016-cı il tarixli, 2(103)-5962/2016 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Daha sonra, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi yenidən icraya yönəldilmişdir.
19. Beləliklə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iş üzrə cavabdeh qanunvericiliklə müəyyən olunmuş apellyasiya şikayəti vermək hüququndan istifadə edərək daha əvvəl məhkəməyə müraciət etmiş, onun şikayətinə mahiyyəti üzrə baxılaraq, apellyasiya instansiyası tərəfindən qətnamə qəbul edilmişdir. Daha sonra cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsindən 7 il sonra icra prosesində xəbərdar olduğunu bildirir və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etmişdir.
20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə cavabdehin şikayəti əsasında yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının cavabdehin təkrar şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətə baxılması yolverilməz hesab edilməklə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə geri qaytarılmalıdır.
21. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir.
22. Belə ki, cavabdeh şikayətində iş materiallarında olan Cavabdeh adından verilmiş xx.xx.2016-cı il tarixli ərizə, xx.xx.2016-cı il tarixli məhkəmə qəbz, xx.xx.2016-cı il tarixli apellyasiya şikayəti və 5962 nömrəli xəbərnamədə olan imzaların ona məxsus olmamasını bildirsə də işin müəyyən edilmiş hallarından göründüyü kimi hazırda cavabdehin apellyasiya şikayəti verdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi məhz cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və qətnamə apellyasiya qaydasında cavabdehə münasibətdə yoxlanılmışdır.
23. Lakin Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmək əvəzinə apellyasiya qaydasında onun şikayəti əsasında baxılmış qətnaməni yenidən apellyasiya qaydasında mübahisələndirir.
24. Göründüyü kimi cavabdehin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2016-cı il tarixli, 2(103)-5962/2016 saylı qətnaməsindən kassasiya şikayəti vermək hüququ var və cavabdeh həmin hüquqlarından istifadə etməmişdir.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizəni geri qaytarmaqla düzgün nəticəyə gəldiyindən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
27. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4332/2015 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov