Məhkəmə qərarları › İş №2(103)-776/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-776/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-776/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin ödənilməsi”tələbinə dairmülki iş üzrə İş №2(103)-776/2023 Açar sözlər:(Maddi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev(sədrlik edən və məruzəçi), X4 və X1 tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2,onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – üçüncü şəxs) "xxxx" ASC və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 ilə İddiaçı arasında 15 avqust 2019-cu ildə Bakı şəhəri 14 saylı Notariat kontorunda ilkin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 6 V saylı fərdi yaşayış evinin qiyməti 70.000 manat dəyərində müəyyən edilmiş, alıcı İddiaçı həmin məbləği notariusun bankda açılan depozit hesabına ödəmişdir. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və İddiaçı arasında bağlanmış 15 avqust 2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş 70000 manat məbləğində pulun geri qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli 2(103)-2256/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasından imtinası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(011)-7464/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. 3.Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat kontorunda iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70.000 manat və bu müddət ərzində dəymiş maddi mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablayaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manat iddiaçıya ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 avqust 2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən Cavabdeh1 məxsus 2 mərtəbəli evi 70.000 manata Cavabdeh1 həyat yoldaşına verdiyi baş etibarnamə ilə Cavabdeh3 ilkin alğı-satqı müqaviləsi ilə almışdır və müqavilədə evin bütün sənədləşmə işlərini üzərinə götürmüşdür. Cavabdeh3 iddiaçının yaxın qohumudur. Sonradan məlum olmuşdur ki, cavabdehlər iddiaçının etibarından sui-istifadə edərək iddiaçının pulunu mənimsəmək istəmişlər. Alğı-satqıdan sonra iddiaçı evin texniki pasportunu çəkdirmək üçün "xxxx" MMC memarlıq planlaşdırılması idarəsinə müraciət etmişdir. Oranın əməkdaşları evə gələrək Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə evin pasport cizgilərini çəkmişlər və həmin pasportu iddiaçının adına rəsmiləşdirmişlər. Yalnız bundan sonra Cavabdeh2Rəşid oğlu Cavabdeh1 və Cavabdeh3 evi onun xəbəri olmadan satmasını bildirmiş və məhkəməyə müraciət edərək, evin ona məxsus olmasını bildirmişdir. Cavabdeh2 digər cavabdehlərin kürəkənidir və onlarla birlikdə yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7464/2016 saylı qətnaməsi ilə ilkin alğısatqı müqaviləsi ləğv edilərək, ödənilmiş 70.000 manatın geri qaytarılması qət edilmişdir. İddiaçıya indiyədək cavabdehlər 8.000 manatdan çox maddi və mənəvi zərər vurmuşlar. İddiaçı şəxsi pulu ilə aldığı evə girə bilmədiyinə görə indiyədək məcburi kirayə qalmış və özünə məxsus vəsaiti şəxsi xeyrinə və qazanc gətirəcək sahələrdə istifadə edə bilməmişdir. İddiaçı ilkin alğısatqı müqaviləsi ilə aldığı evin faktiki sahibidir. 6.Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 may 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qətnaməsiilə (hakim-Aygün Həsənova) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilmişdir. 7.Məhkəmə işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 15 avqust 2019-cu ildə Bakı şəhəri 14 saylı Notariat kontorunda ilkin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 6 V saylı fərdi yaşayış evinin qiyməti 70.000 manat dəyərində müəyyən edilmiş, alıcı İddiaçı həmin məbləği notariusun bankda açılan depozit hesabına ödəmişdir. Müqavilə 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinin sözügedən evə dair eskiz-layihəsi əsasında tərtib edilmişdir və müqaviləni Cavabdeh3 etibarnamə əsasında Cavabdeh1 adından bağlamışdır. İş materiallarında olan: 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və İddiaçı arasında bağlanmış 15 avqust 2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 70000 manat məbləğində pulun cavabdeh İddiaçı geri ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli 2(103)-2256/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasından imtina əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. 9.Cavabdeh3 ərizə ilə Xətai rayonprokurorluğuna müraciət edərək qardaşı İddiaçı tərəfindən 70.000 manat pulunun ələ keçirilməsini bildirmişdir. İşlə bağlı araşdırma aparılmış, Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Samir Ağayev tərəfindən 23 yanvar 2020- ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 10.Məhkəmə iclasında Cavabdeh3 izahat verərək notariusda olduğunu inkar etməmiş, lakin oraya alğı-satqı müqaviləsi bağlamaq üçün deyil, qardaşının adına etibarnamə vermək üçün getdiyinə istinad etmiş, etibarnamənin verilməsi üçün fotoşəkillə bağlı prosedurda iştirak etdiyini və hər hansı pul vəsaiti götürmədiyini bildirmişdir. 11.Eyni zamanda bildirmişdir ki, qardaşı İddiaçı maddi imkanları çox zəifdir, qardaşının maddi ehtiyaclarını hazırda da o ödəyir. Bu halı nəzərə alıb qardaşının evin alınması ilə bağlı hər hansı vəsaiti ödəməsinin qeyri-mümkün olmasının nəzərə alınmasını xahiş etmişdir. 12.Məhkəmə araşdırması zamanı ilkin alğı-satqı müqaviləsi ilə bağlı notariat işinin materialları təhlil edilərək müqavilənin İddiaçı ilə Cavabdeh3 (Cavabdeh1 adından) arasında bağlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ünvan 3 ünvanladığı məktuba əsasən 15 avqust 2019-cu il tarixli xəzinə mədaxil orderi üzrə 70.000 manat məbləğində pul İddiaçı tərəfindən notariusun depozit hesabına ödənilmişdir. 13.Məhkəmə iş materialları ilə müəyyən etmişdir ki, alğı-satqı müqaviləsi birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş, apelyasiya instansiya məhkəməsində iddiaçı iddia tələbindən imtina etdiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İşin mövcud halında ilkin alğı-satqı müqaviləsindən sonra qanunla müəyyən edilmiş müddətdə əsas müqavilə bağlanılmadığından ilkin alğı-satqı müqaviləsi qüvvəsini itirmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, müqavilə notariat orqanında bağlanılmış, iddiaçı tərəfindən notariusun depozit hesabına vəsait ödənilmişdir. Məhkəmə proseslərində çıxış edən Cavabdeh3 bankdan pul götürmədiyini bildirmiş və məhkəmədən məxaric qəbzində imzaların ona aid olmadığı üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. 15.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 275-ci vərəqəsində olan "xxxx" ASC-yə dair 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin kserosurətində əks olunmuş yazılar Cavabdeh3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 275-ci vərəqəsində olan "xxxx" ASC-yə dair 15 avqust 2019-cu il tarixli, 456034 saylı çekin kserosurətində “Çekdə göstərilən məbləği aldım” qrafasında əks olunmuş imzanın-Cavabdeh3 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, tədqiq olunan imzanı Cavabdeh3 xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi və tədqiq olunan sənədin kserosurət olması, müqayisə vaxtı imkan vermir ki, həmin imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. 16.Məhkəmə tərəfindən təyin edilmiş ekspert araşdırması zamanı bankdan pulun alınmasına dair məxaric qəbzinin əsli tələb edilmişdir. Məhkəmə aidiyyəti qurumlara sorğu ünvanlayaraq məxaric qəbzinin əslinin məhkəməyə təqdim edilməsi üçün tədbirlər görmüş, lakin bankdan məhkəməyə bildirilmişdir ki, qəbzin əsli Nəsimi Prokurorluğuna və Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş materiallarına əlavə edilməsi üçün ora göndərilmişdir. 17.İş materiallarında olan Nəsimi Rayon Prokurorluğu tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 müraciətinə cavab olaraq ona araşdırmazamanı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən 02 mart 2020-ci il tarixli, xx/xx-1550 saylı məktubla qeyd olunan sənədlərin surətlərinin rayon prokurorluğuna daxil olduğu, ona görə də qeyd edilən qəbzin və digər sənədlərin əslinin ona təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. 18.Məhkəmə tərəfindən Apellyasiya Məhkəməsindən qəbzin əslinin təqdim edildiyi istinad edilən mülki iş materialları tələb edilmiş, lakin məxaric qəbzinin əsli o iş materiallarında da mövcud olmamışdır. Beləliklə məhkəməyə qəbzin əsli təqdim edilmədiyindən məhkəmə mövcud sənədlər əsasında (məxaric qəbzinin kserosurəti) araşdırma aparmışdır. 19.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin verdiyi vəsatət əsasında müqavilənin bağlanma tarixinə uyğun olaraq "xxxx" ASC-dən videogörüntülər tələb edilmiş, lakin görüntüləri əldə etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında mülki iş materiallarını araşdıraraq hesab etmişdir ki, Cavabdeh3 özü şəxsən və ya digər şəxs (eyni zamanda Cavabdeh1 da) vasitəsilə pulu alması müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin oluna bilməz. Belə ki, hamıya bəlli olan hal ondan ibarətdir ki, hər hansı şəxsin adına qoyulmuş pul vəsaiti yalnızca həmin şəxsin özü və ya buna səlahiyyətləndirilmiş nümayəndəsi vasitəsi ilə alına bilər. 20.Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə məhkəmə hesab etmişdir ki, onlara aid hissədə də iddia əsassız olduğundan həmin hissədə rədd edilməlidir. 21.Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən iddiaçıya dəymiş mənəvi ziyana, əldən çıxmış faydaya görə 10.000 manat pulun tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. 22.Məhkəmə iş materiallarını araşdıraraq belə hesab etmişdir ki, iddiaçı iddia tələbində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun aldığı evə girə bilmədiyinə, kirayədə qalmasına, özünə məxsus vəsaitdən şəxsi xeyrinə istifadə edə bilməməsinə istinad edərək cavabdehdən ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. 23.Məhkəmə MPM-in 119.1-ci maddəsinə istinad edərək dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 21.2, 1096.1, 1097.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4, 119.1, 88-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.Üçuncü şəxs "xxxx" ASCapellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, əvvəlki “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” iş materiallarını tələb etsə də, ilkin alğı-satqı müqaviləsi üzrə ödənilən 70.000 manat pulun geri qaytarılmasına, həmin işdə cavabdeh olan satıcı Cavabdeh1və onu etibarnaməyə əsasən təmsil edən həyat yoldaşı Cavabdeh3 münasibətlərini müəyyənetməmişdir. Göstərilən qətnamədən nə üçün və kimlər tərəfindən apellyasiya şikayəti verilməsi və sonradan iddiaçı Cavabdeh2 iddiadanimtina etməsinin səbəbləri aydınlaşdırmadan, qeyd etmişdir ki, məxaric qəbzinin əsli iş materiallarında mövcud olmamışdır. Halbuki, həmin qəbzlərin əsli məhkəmə tərəfindən tələb edilərək pulun geri qaytarılması satıcının üzərinə qoyulmuşdur. Həmçinin qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən (X8) xx.xx.2019-cu iltarixli xəzinə mədaxil orderi üzrə 70000 manat məbləğində pulun kimin tərəfindən ödənilməsi və kimin tərəfindən çıxarılmasına dair sənədlərin əslinin götürülməsi ilə bağlı xx.xx.2020-ci il tarixli qərardad çıxarılmış və tərəflərindən xx.xx.2020-ci il tarixli müşaiyət məktubu ilə tələb olunan sənədlərin əsilləri Bakı Apellyasiya məhkəməsinə təqdim edilmişdir. Bu barədə Xətai Rayon Məhkəməsinə yazılı məlumat verilməsinə baxmayaraq, Xətai RayonMəhkəməsi həmin sənədlərin əsillərinin Bakı Apellyasiya məhkəməsində olan iş materiallarından sorğu əsasında götürərək qəbzlərin və çeklərin əsllərinin kimin tərəfindən imzalanmasını xəttşünaslıq ekspertizası təyin edərək dəqiqləşdirməli olduğu halda, xəttşünaslıq ekspertizasında həmin qəbzlərin və çeklərin kserosurətləri əsasında imzaların kimə məxsus olması araşdırılmışdır.Digər tərəfdən məhkəmə, Cavabdeh3 ərizə ilə Xətai rayon prokurorluğuna qardaşı İddiaçı tərəfindən 70.000 manat pulun ələ keçirilməsinə dair xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barəsində İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Samir Ağayevin qəbul etdiyi qərar üzrə materialları tələb edərək İlham və İddiaçı qardaşlarının verdikləri izahatlarla tanış olmamışdır.Daha sonra məhkəmə, ilkin müqavilə üzrə evin satıcısıCavabdeh1 olduğu və alıcının banka qoyduğu 70.000 manat vəsaitin də satıcı tərəfindən götürülməli olduğu halda ilkin alğı-satqı müqaviləsini rəsmiləşdirən 14 saylı Notariat kontorunun notariusu nə üçün həmin pulun götürülməsini satıcının deyil Cavabdeh3 adına sənəd verməsini aydınlaşdırılmamışdır. Bundan əlavə məhkəmə xx.xx.2019-cu il tarixli qəbzin üzərindəki əlyazmaların və imzanın Cavabdeh3tərəfindən icra olunub-olunmadığını müəyyən etmək məqsədilə çekin kserosurətini təqdim edərək iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etməkdə haqlı olmamışdır.İş materiallarında olan AR ƏN MEM tərəfindən xx.xx.2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2019-cu il tarixli 456034 saylı çekin kserosurəti ilə ekspertiza keçirilsə də, Cavabdeh3 ilkin alğı-satqı müqaviləsində, prokurorluqda və iş materiallarında olan sair sənədlərdə icra etdiyi imzalar üzrə təhqiqat aparılmadan 2 il 8 ay keçəndən sonra məhkəmədə götürülən imza nümunələrinə əsaslanaraq qanunsuz və əsassız rəy verilmişdir.Bütün bunlarla yanaşı işmaterialarından görünür ki, ilkin müqavilə üzrə satıcı Cavabdeh1 etibarnaməyə əsasən həyat yoldaşı Cavabdeh3 təmsil etmişdir. Bankdan pul götürülən zaman etimal edilir ki, onların hər ikisi banka gəlmiş məxaric qəbzində Cavabdeh3 adı göstərilsə də, imzanı satıcı imza etmişdir.Ekspertin rəyində göstərilir ki, çekin kserosurətdə əks olunmuş yazılar Cavabdeh3 tərəfindən yox, başqa şəxstərəfindən icra olunması müəyyən edilmişdir. Göründüyü kimi çekin kserosurətdə əks olunmuş yazılar satıcıCavabdeh1 tərəfindən icra olunub-olunmadığını müəyyən etməkməqsədilə ekspertiza keçirilməmişdir. Göründüyü kimi həmin vəsaitin bankdan götürülməsi mübahisə doğurmur yəni çekin kserosurətinin olması həmin çekin əslinin mövcudluduğunu ehtiva edir.Belə vəziyyətdə isə həmin yaxın qohumların bir-birini məhkəməyə və prokurorluğa verərək uzun müddətdən sonra bankdan pul tələb etmələri və məhkəməyə rəsmi qaydada təqdim edilən məxaric qəbzinin yoxa çıxması lazımi qaydada araşdırılmalı olduğu halda məhkəmə, qanunsuz və əsassız nəticəyə gəlmişdir. 27.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini Cavabdeh3 70000 manat pulun, cavabdehin qanunsuz hərəkətləri nəticəsində görəcəyi hansısa faydalı işdən mərhum olduğuna görə ona əlavə olaraq 10000 manat məbləğində ziyanın, həmin borcun tələb ediməsi üçün 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 80341 manat pul məbləğinin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam araşdırmadığı üçün müəyyən edə bilməmişdir ki, tələb olunan pul bankdan Cavabdeh3 tərəfindən çıxarılmışdır. Məhkəmə MPM-in 218.1 və 220.4-cü maddəsinin tələblərinə riayət etməmişdir, belə ki işin müəyyən edilən hallarından biri pulun tam şəkildə İddiaçı ödənilməsinin qanuni hesab edilməsinə dair qərar olduğuna, pulun banka qoyulması ilə İddiaçı öz öhdəliyini yerinə yetirməsinə,çekin üzərində imzanın Cavabdeh3 məxsus olmamasının müəyyən edilməməsifaktına məhkəmə hər hansı bir izah verməmişdir.Birinci instansiya Məhkəməsi, cavabdehinhansı əsaslarla məhkəmədə müdafiə olunduğunu araşdırmadan özünün formal mülahizələri əsasında iddianı təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2,onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini qəbul etmədilər, şikayətlərin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İzahatlarında əlavə olaraq qeyd etdilər ki, Cavabdeh2 Cavabdeh3 qızı Məryəmlə ailəli olmuşdur. Onların ailə münasibətləri pozulmuşdur. Mübahisəli ev Cavabdeh2 məxsus olmaqla, özü tikmişdir. Məryəmin təkidi ilə evi onun əlindən almaq üçün, qeyd olunan ilkin müqavilə formal olaraq bağlanmışdır. İddiaçı onun yaşadığı evi görməmiş, ümumiyyətlə evin izahını da verə bilməz. 31.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, 3-cü şəxsin apellyasiya şikayətini qəbul edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etmişdir ki, həmin mənzildə Cavabdeh2 yaşamışdır. Cavabdeh2 ilkin alğı-satqıdan məlumatlı olub-olmadığını bilmir. İlkin müqavilədən sonra ona mənzilin açarı verilməmişdir. İlkin alğı-satqı zamanı Cavabdeh1 orada olmamışdır. İlkin alğı-satqı zamanı Cavabdeh3 Bankdan pulu götürməsini şəxsən görməyib. 32.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili X3 öz apellyasiya şikayətlərini müdafiə etdi, 3-cü şəxsin apellyasiya şikayətini qəbul edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. 33.İddiaçı, üçüncü şəxs "xxxx" ASC və digər cavabdehlər Cavabdeh1,Cavabdeh3məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının, üçüncü şəxsin nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 34.Maddə 14.2.6.Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 35.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 36.Maddə 443.4.Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 37.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 38.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, müqavilə notariat orqanında bağlanılmış, iddiaçı tərəfindən notariusun depozit hesabına vəsait ödənilmiş, lakin həmin vəsaitin Cavabdeh3 tərəfindən götürülməsini təsdiq edən heç bir mötəbər sübut aşkar edilməmişdir. 47.Məhkəmə 15 avqust 2019-cu il tarixli qəbzin üzərindəki əlyazmaların və imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmadığını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 275-ci vərəqəsində olan "xxxx" ASC-yə dair 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin kserosurətində əks olunmuş yazılar Cavabdeh3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.Ekspertizaya təqdim edilmiş, mülki işin 275-ci vərəqəsində olan "xxxx" ASC-yə dair 15 avqust 2019-cu il tarixli, 456034 saylı çekin kserosurətində “Çekdə göstərilən məbləği aldım” qrafasında əks olunmuş imzanın-Cavabdeh3 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, tədqiq olunan imzanı Cavabdeh3 xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi və tədqiq olunan sənədin kserosurət olması, müqayisə vaxtı imkan vermir ki, həmin imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. 48.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspert araşdırması zamanı bankdan pulun alınmasına dair məxaric qəbzinin əsli tələb edilmişdir. Məhkəmə aidiyyəti qurumlara sorğu ünvanlayaraq məxaric qəbzinin əslinin məhkəməyə təqdim edilməsi üçün tədbirlər görmüş, lakin bankdan məhkəməyə bildirilmişdir ki, qəbzin əsli Nəsimi Prokurorluğuna və Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş materiallarına əlavə edilməsi üçün ora göndərilmişdir. 49.Belə ki, iş materiallarında olan Nəsimi Rayon Prokurorluğu tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 müraciətinə cavab olaraq ona araşdırma zamanı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən 02 mart 2020-ci il tarixli, xx/xx-1550 saylı məktubla qeyd olunan sənədlərin surətlərinin rayon prokurorluğuna daxil olduğu, ona görə də qeyd edilən qəbzin və digər sənədlərin əslinin ona təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. 50.Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, No135-c-20 saylı məktubuna əlavə edilmiş "xxxx" ASC-nin X7 Elmir Həsənovun 02 mart 2020-ci il tarixli, xx/xx-1550 saylı məktubundan görünür ki, 15 avqust 2019-cu il tarixli, 456034 saylı çekin surətinin göndərilməsi qeyd olunmuşdur (İİ cild, i/v 43). 51.Muğanbank” ASC-nin X7 v.s.i.e E.Abbasov tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış 13 aprel 2021-ci il tarixli, xx/xx-2403 saylı məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1794/2021 saylı icra vərəqəsinə əsasən tələb edilən sənədlərin əsilləri Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 127-Ş-20 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci ildə Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Asiman Hacıyevə göndərilmişdir (İ cild, i/v 105). 52.Muğanbank” ASC-nin X7 Elmir Həsənov tərəfindən Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 02 oktyabr 2020-ci il tarixli, xx/xx-6201 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə tələb edilən sənədlərin əsilləri Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 127-Ş-20 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Prokurorluğunun müstəntiqi Asiman Hacıyevə göndərilmişdir. Bu səbəbdən sənədlərin surətləri təqdim olunur (İ cild, i/v 106). 53.Muğanbank” ASC-nin X7 Elmir Həsənov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi İkram Şirinova ünvanlanmış 18 may 2020-ci il tarixli M/11-3927 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı üzrə xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderi ilə 70000 manat məbləğində pulun kim tərəfindən ödənilməsi və kimin tərəfindən çıxarılmasına dair və digər sənədlərin əsli təqdim olunur (İİ cild, i/v 22). 54.Göründüyü kimi, "xxxx" ASC tərəfindən Nəsimi Rayon Prokurorluğuna ünvanlanan 02 mart 2020-ci il tarixli, xx/xx-1550 saylı məktubunda 15 avqust 2019-cu il tarixli, 456034 saylı çekin surətinin göndərilməsi, Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış 13 aprel 2021-ci il tarixli, xx/xx-2403 saylı məktubunda Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 1794/2021 saylı icra vərəqəsinə əsasən tələb edilən sənədlərin əsillərinin Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna 127-Ş-20 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci ildə Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Asiman Hacıyevə göndərilməsi,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi İkram Şirinova ünvanlanmış 18 may 2020-ci il tarixli M/11-3927 saylı məktubunda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı üzrə xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderi ilə 70000 manat məbləğində pulun kim tərəfindən ödənilməsi və kimin tərəfindən çıxarılmasına dair və digər sənədlərin əslinintəqdim olunması, Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 02 oktyabr 2020-ci il tarixli, xx/xx-6201 saylı məktubunda Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2256/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə tələb edilən sənədlərin əsillərinin Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 127-Ş-20 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Prokurorluğunun müstəntiqi Asiman Hacıyevə göndərilməsi, bu səbəbdən sənədlərin surətlərinin təqdim olunmasıqeyd olunmuşdur. 55.Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi İkram Şirinov tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19 dekabr 2022-ci il tarixli, 2(103)-2256/2020 saylı məktubunda qeyd olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin 5 saylı şöbəsindən ünvan 9 ünvanladığı məktuba əsasən xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderi üzrə 70000 manat məbləğində pulun kimin tərəfindən ödənilməsi və kimin tərəfindən çıxarılmasına dair sənədlərin əsli götürülməsi qərara alınmış, qərardadın icrası "xxxx" ASC-yə həvalə edilmişdir. Bundan sonra həmin qərardadın icra edilməsi Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 2(103)-2256/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xitam verilməsi barədə xx.xx.2020ci il tarixli qərardan məlum olmuşdur ki, icra sənədində tələb edilən sənədlərin əsli Nəsimi rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli müraciətinə əsasən göndərilmişdir, bu səbəbdən icra sənədi üzrə tələb edilən sənədlərin surəti məhkəməyə göndərilmişdir. 56.Kollegiya apellyator olan 3-cü şəxsin 70000 manat pul vəsaitin bankdan götürülməsinin mübahisə doğurmaması, yəni çekin kserosurətinin olmasının həmin çekin əslinin mövcudluduğunu ehtiva etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Bankdan pulun Cavabdeh3 tərəfindən götürülməsini təsdiq edən yeganə və mötəbər sübut 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin əslidir. Belə ki, mülki iş materiallarında olan “cinayət işinin rədd edilməsi ilə bağlı qərar” və vəkil sorğusu əsasında Nəsimi rayon Polis İdarəsinin 19-cu PBdən alınmış sənədlərin surətlərindən (ərizə və izahatlar) (İ cild, i/v 229-262) Cavabdeh3 Bankdan pul götürməsi halı öz təsdiqini tapmır. 57.Yuxarıda qeyd olunan "xxxx" ASC-nin bir-birinə zidd məktublarından və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi İkram Şirinov tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19 dekabr 2022-ci il tarixli, 2(103)-2256/2020 saylı məktubunda bir daha təsdiq olunur ki, 3-cü şəxs "xxxx" ASC 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin əsli nə Nəsimi Rayon Prokurorluğuna, nədəki Bakı Apellyasiya Məhkəməsinə (X8) təqdim olunmamış, hazırda da həmin çekin əslinin təqdim olunmasından yayınmışrıdr. 58.Bundan əlavə "xxxx" ASC-nin 29 aprel 2022-ci il tarixli, xx/xx-3621 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunun "xxxx" ASC-də olan depozit hesabında pul vəsaitinin çəkilməsi ilə bağlı əməliyyatın aparılmasına dair video görüntülər bankda mövcud deyildir. 59.Hətta məhkəmə tərəfindən Apellyasiya Məhkəməsindən qəbzin əslinin təqdim edildiyi istinad edilən mülki iş materialları tələb edilmiş, lakin məxaric qəbzinin əsli iş materiallarında da mövcud olmamışdır.Beləliklə məhkəməyə qəbzin əsli təqdim edilmədiyindən məhkəmə mövcud sənədlər əsasında (məxaric qəbzinin kserosurəti) araşdırma aparmışdır. 60.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti 3-cü şəxs "xxxx" ASC tərəfindən verilsə də, məhkəmə kollegiyasının iclasları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə heç bir məhkəmə iclaslarında iştirak etməmiş, 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin əslini məhkəməyə təqdim etməmişdir. 61.Beləliklə kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 62.Apellyasiya şikayətinin dəlili kimi ekspertizanın sənədlərin əsilləri ilə deyil, kserosürətləri əsasında aparılması qeyd olunsa da, kollegiya qeyd edir ki, eskpert rəyini şübhə altına alacaq heç bir mötəbər sübut təqdim edilməmiş, "xxxx" ASC tərəfindən 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin əsli məhkəməyə təqdim edilməmişdir. 63.Məhkəmə kollegiyasıtəqdim edilmiş sübutlar əsasında mülki iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh3 özü şəxsən və ya digər şəxs (eyni zamanda Cavabdeh1 da) vasitəsilə pulu alması müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə düzgün olaraq təmin edilməmişdir. 64.Kollegiya "xxxx" ASC-nin çekdə əks olunmuş yazıların satıcıCavabdeh1 tərəfindən icra olunub-olunmadığını müəyyən etməkməqsədilə ekspertiza keçirilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə iclasında tərəflərin verdikləri izahat, həmçinin “cinayət işinin başlanılmasının rədd qərarı”nda verilmiş izahatlarından görünür ki, 15 avqust 2019-cu il tarixdə Cavabdeh1 notariat kontorunda olmamışdır. Əksinə Cavabdeh1 özünün Polisə və Prokurorluğa çoxsaylı şikayətləri olmuşdur. 65.Kollegiya apellyatorun Xətai RPİ-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarı əsasında toplanılmış material üzrə izahatlarla məhkəmənin tanış olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qeyd olunan qərar mülki iş materiallarında mövcud olmaqla, Cavabdeh3, Cavabdeh2 və İddiaçı verdikləri izahatlar orada öz əksini tapmışdır. Həmin izahatlarda X5 70000 manat pul götürmədiyini və ilkin alğı-satqı müqaviləsinin formal olaraq bağlandığını qeyd etmişdir. 66.Həmçinin yuxarıda qeyd olunanlar iddiaçının 70000 manat pul tələbi hissəsində iddiasının əsassız olmasını bir daha təsdiq edir. 67.Kollegiya hesab edir ki, iddia tələbi düzgün olaraq digər cavabdehlərdən 70000 manat pulun tutulması hissəsində əsassız olduğundan təmin edilməmişdir. 68.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçımaddi və mənəvi zərərinin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun aldığı evə girə bilmədiyinə, kirayədə qalmasına, özünə məxsus vəsaitdən şəxsin xeyrinə istifadə edə bilməməsinə istinad edərək cavabdehlərdən ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də, iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Buna görə də koolegiya hesab edir ki, məhkəmənin qeyd olunan hissədə gəldiyi nəticə əsaslı olmuşdur. 69.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 70.Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 71.Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 72.Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri, bu hərəkətlər nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. 73.Buna görə də, kollegiya həmçinin mənəvi zərərlə bağlı hissədə məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 74.Kollegiya iddiaçının kirayədə yaşaması, kirayə haqqı verməsi, zərər olaraq əldən çıxmış fayda tələbini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 443.4-cü maddəsinə uyğun olaraq əldən çıxmış faydanı tələb etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. 75.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 76.Kollegiya hesab edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ məhkəmə tərəfindən MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq düzgün həll edilmişdir. 77.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 78.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək,qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 79.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar