Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7760/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, 01 dekabr.2023-cü il tarixli qərardadından Maraqlı şəxs MMC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, “X2” MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə (o cümlədən «Lexus İS250» markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə) yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8423/2017 saylı, 13.09. 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC və “X2” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-793/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı iləndan görünür ki, İddiaçı İKB ASC və “X2” MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8423/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, eləcə də, ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-340/2017 saylı qətnaməsi xx.xx.2023-cü il tarixində rəsmi poçt vasitəsi ilə ona təqdim edilmişdir. Həmin qətnamədən xx.xx.2023-cü il tarixində tərəfindən apellyasiya şikayəti verilsə də, Səbail rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixi qərardadı ilə ləğv edilərək yenidən Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsi xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan xx.xx.2023-cü il tarixində verdiyi şikayətə xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsində baxılaraq apellyasiya şikayəti geri qaytarılmışdır. Bu qərardad elektron məhkəmə vasitəsi ilə xx.xx.2023-cü il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında göstərilən nöqsanlar aradan qaldırılmaqla apellyasiya şikayəti təkrarən göndərilir. Göstərilmiş hallar apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü olmasını və müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılmas üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istisna etmir. Bu hallar üzürlü hesab edilməlidir. Belə ki, məhkəmə qərardadlarından apellyasiya şikayətləri vaxtında verilmişdir. Prosessual hüquqlarından istifadə etməyinin nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh “X2” MMC tərəfindən verilmiş şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5552/2023 saylı, 04.09. 2023-cü il tarixli qərardadı ilə cavabdeh “X2” MMC-nin şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017- ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Maraqlı şəxs MMC şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Maraqlı şəxs MMC-nin şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Maraqlı şəxs MMC şikayət verərək, qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardadın tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan poçt qəbzindən (səh.279) görünür ki, Maraqlı şəxs MMC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətini xx.xx.2023-cü il tarixdə almış, apellyasiya şikayətini müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla yanaşı, apellyasiya şikayətinə müddətin bərpası ilə bağlı ərizə əlavə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin şikayətin digər dəlilinə münasibətdə bildirir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadının məlumat üçün tərəflərə göndərilməsinə dair məktubdan görünür ki, məktub “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Dəmirçi plaza, 3-cü mərtəbə” ünvanına göndərilmişdir. Məktubda qeyd olunan ünvan şikayətdə də qeyd olunduğu kimi Faktor Lizinq MMC-nin yerləşdiyi ünvandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, 01 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, 01 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7760/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7760/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver