Məhkəmə qərarları › İş №2(103)-7763/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7763/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7763/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxx” İKB ASC-nin (İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxx” İKB ASC (İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxxxx” İKB ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 8589,4 manat əsas borc, 440,45 manat faiz borcu və 16,5 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9046,35 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 10000 manat kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2019-cu ilədək Cavabdeh1 banka xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 8589,4 manat əsas borc, 440,45 manat faiz borcu və 16,5 manat cərimə borcu olmaqla cəmi 9046,35 manat borcu vardır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, bunun heç bir nəticəsi olmayıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını, onun zaminlikdən çıxarılmasını və tutmanın əsas borclunun əmək haqqına yönəldilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o zaminlik müqaviləsini imzalayarkən bankın əməkdaşları tərəfindən ona heç bir öhdəlik daşımadığı və əsas borclu borcu ödəməzsə tutmanın onun əmək haqqına yönəldiləcəyini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isədəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 11-Z1-1-0-813-18 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh “xxxxxx” İKB ASC illik 25 faizlə 36 ay müddətinə 10000 manat kredit götürməsi ilə əlaqədar tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli məxaric qəbzindən görünür ki, bank tərəfindən cavabdehə 10000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat kreditlə əlaqədar hər ayın 27-dən gec olmayaraq 397.60 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında xx.xx.2018-ci il tarixli zaminlik müaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli 11-Z1- 1-0-813-18 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə "xxxxxx" İKB ASC-yə 8589,4 manat əsas borc, 440,45 manat faiz borcu və 16,5 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9046,35 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, «xxxxxx» İKB ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli X1 şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən “xxxxxx” İKB ASC-nin adı dəyişdirilmiş və İddiaçı ASC adlandırılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar