Məhkəmə qərarları › İş №2(103)-7764/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7764/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7764/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-585/2019 saylı, 08.01.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ləgv Prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 16.11.2014-cü il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən 22%-lə 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit götürmüşdür. 07.04.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 5456.04 ABŞ dolları təşkil edir və müddəti 07.08.2017-ci il tarixə təyin edilir. Lakin oorclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 26.10.2018-ci tarıxinədək Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə 3989.50 ABŞ dolları əsas, 26.10.2018-ci il tarixinə hesablanmış 1457.83 ABŞ dolları faiz, 1615.29 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26.10.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 239.81 ABŞ dolları borc, ümumilikdə 7302.43 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh oğiu borcu ödəməkdən imtina edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə DəmirBank” ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1 (103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ona görə də məhkəmədən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə 3989.50 ABŞ dolları əsas, 26.10.2018-ci il tarixinə hesablanmış 1457.83 ABŞ dolları faiz, 1615.29 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26.10.2018-ci ıl tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 239.81 ABŞ dolları borc, ümumilikdə 7302.43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləgv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh 3.989,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.457,83 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26.10.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 239.81 ABŞ dolları borc, ümumilikdə 7302.43 ABŞ dolları məbləğində borc və 30 (otuz) manät məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-585/2019 saylı, 08.01.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3.989,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.457,83 ABŞ dolları faiz borcu, 600 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26.10.2018-ci ıl tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 239.81 ABŞ dolları borc, ümumilikdə 6.287,14 (altı min iki yüz səksən yeddi dollar, on dörd sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan hissədə iddia təmin olunmaması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-585/2019 saylı, 08.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya şikayətinə qoşma etdiyi "Problemli kreditlərin kompensasiyasf'na dair sənədə əsasən onun iddiaçı Banka 2883.84 manat borcunun olduğu qeyd edilmişdir.Buna baxmayaraq, iddiaçı Bankın ondan gah 26.10.2018-i il tarixinə, gah da müqavilənin bitdiyi tarixə 1457.83 ABŞ dolları faiz borcunun oduğunu iddia etmiş, birinci instansiya məhkəməsi isə heç bir araşdırma aparmadan səhv nəticəyə gələrək düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 06.11,2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “Dəmirbank" ASC Cavabdeh 24 ay müddətinə illik 22 faiz olmaqla 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. 07.04.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 5456.04 ABŞ dolları təşkil edir və müddəti 07.08.2017-ci ıl tarixə təyin edilmişdir. iş materiallarında olan 29.10.2018-ci il tarixli arayışa əsasən, Cavabdeh kredit müqaviləsinin bitmə tarixinə əsas kredit borcuna görə üzrə 3.989,50 ABŞ dolları əsas borcu. 1.457,83 ABŞ dolları faiz borcu və 1.615,29 ABŞ dolları cərimə borcu, illik 5 faiz 239.81 ABŞ dolları olmaqla, ümumilikdə 7.302,43 ABŞ dolları təşkil edir. iş materiallarında olan iddiaçı “DəmirBank" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi kredit müqaviləsinə xitam verilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. iş materiallarında olan "Problemli kreditlərin kompensasiyasına dair sənədə əsasən Cavabdeh iddiaçı Banka 2883.84 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bır şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-cı maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənıməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin, məhkəmə kollegiyası o qənaətə gəlir ki, iddia tələbi yalnız qalıq borca münasibətdə təmin edilə bilər. Belə ki, kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. İşin materiallarında olan "Problemli kreditlərin kompensasiyasf'na dair sənədə əsasən Cavabdeh iddiaçı Banka 2883.84 manat borcu vardır. Beləliklə, məhkəmə kollegiyası o qənaətə gəlir ki, iddia tələbi yalnız 2883.84 manat borc məbləğinə münasibətdə təmin edilə bilər. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-585/2019 saylı, 08.01.2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin edilsin. Cavabdeh 2883.84 manat (iki min səkkiz yüz səksən üç manat səksən dörd qəpik) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar