Məhkəmə qərarları › İş №2(103)-7776/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7776/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7776/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MTK-ə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-687/2020 saylı, xx.xx.2020 tarixli qiyabi qətnaməsindən Cavabdeh MTK tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MTK-ə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxx” MTK-dan 6168 manat əsas borcun, 2000 manat mənəvi zərərin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 110 manatın, ümumilikdə 8388 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-687/2020 saylı, xx.xx.2020 tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, "Cavabdeh" MTK-dən 6168 manat əsas borc, 2000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 110 manat hüquqi xidmət haqqı, ümumilikdə 8388 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verərək, cavabdehin vəkili və nümayəndəsi X2 bildirmişdir ki, cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə göndərilmiş, lakin ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar poçt xidməti tərəfindən geri qaytarılmışdır. Belə ki, həmin qiyabi qətnamədən cavabdehin verdiyi ərizəyə Nizami rayon Məhkəməsində baxılması üçün mülki işin baxışdan çıxarıb Nizami Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarında olan zərfdən (i.v. 65) müəyyən olunur ki, cavabdeh tərəfindən ərizə xx.xx.2020-ci il tarixində poçt xidmətinə verilmiş, lakin həmin zərf “işləmir” qeydi ilə geri qayıtmışdır. Kollegiya hesab edir ki, poçt xidməti tərəfindən zərfin “işləmir” qeydi ilə geri qaytarılması əsaslı deyildir. Belə olan halda, cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi ilə bağlı ərizənin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və iddia icraatı qaydasında baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı cavabdeh "Cavabdeh" MTK-ə qarşı pul tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq iddia icraatı qaydasında baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar