Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7777/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq qazancının dörddə bir hissəsi miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı AZ-İ seriyalı 264505 saylı nikahın pozulması haqqında şəhadətnamənin surəti (səh.6), AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (səh.4), Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(007)-5990/2016 saylı qətnaməsi (səh.8) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması və alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək,Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1321/2020 saylı, qətnaməsini dəyişdirərək, alimentin ödənilməsini 200 manat miqdarında sabit pul məbləğində olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.3; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1, 78.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinin iclasında iştirakı olmadan iddiaya baxılmış və qətnamə qəbul edilmişdir. Məhz bu səbəbdən aylıq kredit ödənişlərinin olması, əmək fəaliyyəti olmayan valideynlərinin saxlanması xərclərinin onun hesabına yerinə yetirilməsi, kirayə qalmağı və ailə qurmaq istəyi barədə məlumat bildirmək və sübutları məhkəməyə təqdim etmək imkanı olmayıb. Çünki övladları saxlanılması yalnız məsuliyyəti deyil həm də borcudur, həmçinin daha aşağı məbləğdə xərc tələb edən bağça, məktəbə qədər hazırlıq kursu seçmək imkanı vardır və həmən müasissələrin təhsil haqqı ödənilməsində qanunvericiliyə əsasən iştirak etməlidir. İndiki halda Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 1321/2020 saylı qətnaməsi ilə müəyyən etdiyi miqdarda alimentin məbləğinin tutulmasını həm uşağın saxlaıımılması xərci ilə mütənasib olmaması, həm hazır ki maddi durumuna uyğun olmaması səbəbi ilə lüzumsuz hesab edir, lakin övladların saxlanılması ilə əlaqədar gələcəkdə hər hansı əlavə xərc yaranarsa onları ödəməyə hazır olduğunu bildirir və övladını iddiaçının yanında saxlanılması barədə qətnamə qəbul edərək məhkəmə tərəfindən iddiaçının övladının saxlanılması üçün maddi xərclərdən azad etməmişdir və ailə məcəlləsinə əsasən uşaqların saxlanılması hər iki valideyinin borcudur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, mövcud vəziyyətlə bağlı əmək haqqı almaqda çətinlik çəkdiyini, tutulan aliment məbləğini indiyə kimi ödədiyini, ancaq hal-hazılda yenidən ailə həyatı qurduğundan və valdeynlərinə baxdığından yeni müəyyən edilmiş məbləği ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının işləmədiyini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 99, 112; MPM 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, maddi imkanın aşağı olması və başqa vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalıdırlar. Hazırki münasibətlərdə cavabdehin, iddiaçınını və övladının digər xərclərdə iştirakı və iddiaçının müstəqil qazanca malik olması müəyyən edilir. Apellyasiya şikayəti üzrə digər məsələlər uşaqların himayəsini qanunla müəyyən edimiş dərəcədə həyata keçirən qurumlara müraciət edilməsini, habelə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını (sübutların müzakirəsini) istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7777/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7777/2020
02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver