Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7781/2019 09.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7781/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə cavabdehin ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-594/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, vurulmuş maddi zərərə görə 2100 manat, mənəvi zərərə görə 400 manat və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2545 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehərizə ilə müraciət edərək kifayət qədər vəsaiti olmadığından qətnamədən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, heç yerdə işləmir, qazancı yoxdur. Vəkillə müqavilə bağlamağa maddi imkanı yol vermir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş arayışdan görünür ki, ərizəçi hal-hazırda işləmir. Məhkəmə kollegiyası ərizəni və ona əlavə edilmiş arayışı, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi səmərəli məhkəmə müdafiəsi hüququnun təmin edilməsi və yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmalıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə görə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 67, 121, 263, 264 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7781/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən veriləcək kassasiya şikayətinin tərtib edilməsi, kassasiya instansiyası məhkəməsində işə baxılması ilə əlaqədar prosesdə iştirak edilməsi, kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi və ona yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün Cavabdeh vəkillə təmin olunsun və vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər X1 göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-7781/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7781/2019
09.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver