Məhkəmə qərarları › İş №2(103)-7784/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7784/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7784/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2327/2017 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 2327/2017 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 4535 manat məbləğində vurulmuş zərərə görə pul vəsaitinin, 30 manat dövlət rüsumunun əvəzinin, dövlət büdcəsinə isə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun tutulması qət edilmişdir. Cavabdeh qərardaddan şikayət vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2327/2019 nömrəli qərardadın surəti ona rəsmi qaydada təqdim edilməmiş, bu yaxınlarda icra şöbəsində olarkən qərardadın surətini əldə etmişdir. O, qanunla nəzərdə tutulan 10 günlük şikayət vermə müddətini üzrlü səbəblərdən ötürmüşdür. Ona görə də, hesab edir ki, ərizəsi təmin edilməli, qərardaddan şikayət vermə müddəti bərpa edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2327/2017 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh vəsatəti təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verib, onun ləğv edilməsini xahiş etmiş, şikayətini vətatəti ilə eyni məzmunlu dəlillərlə əsaslandırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-2327/2017 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 4535 manat məbləğində vurulmuş zərərə görə pul vəsaitinin, 30 manat dövlət rüsumunun əvəzinin, dövlət büdcəsinə isə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun tutulması qət edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, tələbdən imtina etdiyini bildirmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2327/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələbi üzrə Bakı şəhəri Suraxanı Rayon Məkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-2327/2017 nömrəli qətnaməsi ilə Cavabdeh 4535 manat məbləğində vurulmuş zərərə görə iddiaçının xeyrinə tutulmuş puldan tələbkar İddiaçı həmin tələbdən imtinası qəbul edilmiş, tələbkarın tələbindən imtina etməsinin icra sənədi üzrə icraata həmin hissədə xitam verməsi üçün əsas olması qərara alınmışdır. Qərardadın tam mətni poçt vasitəsilə Cavabdeh göndərilmiş və sonuncu tərəfindən poçt xəbərnaməsinə 2019-cu il aprelin 29-da qol çəkdirilməklə təqdim olunmuşdur, xx xxxxxx 2020-ci il tarixdə qərardaddan şikayət vermə müddəti bərpa edilməsi barədə ərizə vermişdir. Beləliklə, cavabdeh tərəfindən şikayət verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2327/2017 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar