Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7785/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair 2(003)-4057/2016 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələblə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada 2609,04 manat əsas borcun, 1408,39 manat məbləğində faiz borcunun, cəmi 4017,43 (dörd min on yeddi, qırx üç) manat borcun və 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 1231 saylı kredit müqaviləsinə əsasən borcluya nağd şəkildə istifadə olunmaqla illik 22%-lə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Habelə kredit müqaviləsinin təminatı qismində “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixli, 1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin borclunun kredit qüqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinin və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir, lakin o, müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdehlər tərəfindən əməl edilməmiş, cavabdehlər kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onların iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdehlərə bununla əlaqədar xx xxxx 2014-cü il tarixli, 2622 saylı pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin həmin məktub cavabsız qalmışdır. Cavabdehlərin banka 2609,04 manat əsas borcu, 1408,39 manat məbləğində faiz borcu, cəmi 4017,43 manat borcu yaranmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2609,04 manat əsas borcu, 688,48 manat məbləğində faiz borcu, cəmi 3297,52 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarılmışdır. Zaminlik müqaviləsi xx xxxxxx 2013-cü il tarixdə 24 ay müddətinə bağlanmış, yəni ki, zaminlik müqaviləsi xx xxxxxx 2015-ci il tarixdə bitmiş, məhkəmənin qətnaməsi isıə xx xxxxxx 2016-cı il tarixdə qəbul edilmişdir. Göründüyü kimi zaminlik müqaviləsinin bitmiş olduğu xx xxxxxx 2015-ci il tarixdən bir illik müddət ötürülmüşdür, həmin müddət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Bundan əvvəl digər Cavabdeh1 məhkəmə qətnaməsini mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(103)- 2658/2017 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4057/2016 nömrəli mülki iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1231 saylı kredit müqaviləsinə əsasən, Bank borclana illik 22% dərəcəsi ilə 24 ay müddətinə 3000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi , “xxxx” ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixli, 1 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısındakı öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır İddiaçının təqdim etdiyi arayışa əsasən, xx xxxxxx 2015-ci il tarixə borcalanın Banka 2609,04 manat əsas borcu, 688,48 manat məbləğində faiz borcu, cəmi 3297,52 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 449.1 və 472.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, Bankla borcalan arasında kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq isə Bankla zamin arasında zaminlik müqaviləsi bağlanılmışdır. Bank kredit müqaviləsinə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borcalanın müvafiq müqavilə öhdəliklərini lazımınca tam və vaxtında yerinə yetirməsi sübuta yetirilmir. Belə olan halda, zaminlə borcalan Bank qarşısında müqavilə öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranır. Cavabdeh2 məhkəmə qətnaməsinin qəbul edildiyi xx.xx.2016-cı il tarixi nəzərə alınaraq zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin bitməsi ilə bağlı dəlili əsassızdır. Belə ki, zaminliyin təmin etdiyi kredit öhdəliyinin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor borcluya və zaminə qarşı iddia irəli sürmüş və bu iddia tələbi xx.xx.2016-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, qeyd edilən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti bitməmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4057/2016 nömrəli mülki iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7785/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7785/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver