Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-779/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4723/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2- 2(83)-736/2016 saylı qətnaməsi ilə “xxxx” ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı ii tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedıci qismində təyin edilmişdir. xx xxxx 2011-ci il tarixdə “xxxx” ASC və Cavabdeh arasında müvafiq olaraq 16 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən 16 saylı kredit müqaviləsi üzrə illik 9 % olmaqla, 180 ay müddətinə yaşayış sahəsinin alınması üçün 129300 manat kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Qeyd olunan kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh xx xxxx 2011-ci il tarixdə “xxxx” MTK ilə yaşayış sahəsinin alınması ilə bağlı 06 saylı kredit müqaviləsi bağlamış və onun tərəfindən H.Əliyev pr., 125 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın ikinci blokunun on ikinci mərtəbəsində yerləşən sahəsi 143,7 m2 təşkil edən 3 otaqlı (77 saylı) mənzil alınmışdır. “xxxx” ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. xx xxxx 2019-cu il tarixinə Cavabdeh xx xxxx 2011 -ci il tarixli, 16 saylı kredit müqaviləsi üzrə LPO “xxxx” ASC-nə olan borcu belə olmuşdur: əsas məbləğ – 106510,91 manat, hesablanmış faiz – 33517,27 manat, cərimə borcu–247,74 manat, cəmi – 140275,92 manat. Göstərilənlərə əsasən cavabdeh Mustafayev Vüqar Yönnü oğlundan ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə xx xxxx 2011-ci il tarixli 16 saylı müqavilə üzrə 106510,91 manat əsas, 33517,27 manat faiz, 247,74 manat cərimə, cəmi140275,92 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4723/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh əsas borc üzrə 106510,91 (bir yüz altı min beş yüz on manat, doxsan bir qəpik) manat, faiz borcu üzrə 33.517,27 (otuz üç min beş yüz on yeddi manat, iyirmi yeddi qəpik) manat, cərimə borcu üzrə 247,74 (iki yüz qırx yeddi manat, yetmiş dörd qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 140.305,92 (bir yüz qırx min üç yüz beş manat, doxsan iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini vəiddia tələbi əsassız olduğu üçün onun rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçı olan ləğvetmə prosesində olan xxxxın iddiasında göstərdiyi, guya onun xx xxxx 2011-ci il atrixdə “xxxx’ MTK ilə yaşayış sahəsinin alınması ilə bağlı, 06 saylı kredit müqaviləsi bağlamağına dair xüsusata münasibət bildirməmiş, adı çəkilən təşkilata məhkəmə qaydasında sorğu göndərilməmiş, belə bir faktın ümumiyyətlə mövcüd olubolmaması ilə bağlı əlavə araşdırma aparılmamış, ididaçı tərəf isə buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qaydasında aydınlaşdırlmamış və hamı üçün açıq olan qaydada sübut edilməmiş hallar əsasında qəbul edilmiş olan qətnamə maddi və prosessual hüquq normaalırnın pozulması ilə nəticələnmişdir. Vəsatətləri işə əhəmiyyət kəsb edən hallarla bağlı idi. Belə ki, vəsatətlərinin birində qeyd etmişdir ki, ona qarşı irəli sürülən 129300 manat kredit borcu barədə iddianı qəbul etmir. Həmin kredit hal-hazırda barəsində istintaq aparılan Novruzova Pərvanə tərəfindən qeyri-qanuni olaraq onun adına rəsmiləşdirlərək bankın kassasında saxlanılmışdır. Bu barədə bankın əmkdaşları məlumatlı idi və Azərbaycan Respublikası Baş X1 X7 tərəfindən qeyd etdiyi bu fakta dair cinayət işi başlanmışdır. Başlanmış cinayət işi üzrə X3 təqsirləndirlən şəxs qismində məsuliyyətə cəlb olunaraq cinayət işi X8 Məhkəməsinə göndərilmişdir. Habelə, istintaq dövründə müstəntiq Rəşad Məmmədli tərəfindən işiə bağlı onun da izahatları alınmışdır. İkinci vəsatətində iş üzrə əhəmiyyət kəsb edən sübutların məhkəmə qaydasında tələb edilməsini xahiş etmişdir. İstintaq idarəsi cinayət işi üzrə olan, verilmiş izahatları və iş üzrə digər əhəmiyyət kəsb edən sübutları istintaq başa çatmadığı və həmçinin cinayət təqibi üzrə istintaq sirrinin yayılmasının qarşısnın alınması məqsədi ilə şəxsən ona təqdim etməmişdir. Amma təəssüf ki, birinci instansiya məhkəməsi nə birinci vəsatətini üzrə qeyd olunan xüsussatlarla bağlı bankın digər əməkdaşlarını şahid qismində işə cəlb etmişdir, nə də ikinci vəsatəti üzrə sübutların təmin edilməsi ilə bağlı tələbi üzrə məhkəmə qaydasında sorğu verməmişdir. Bütün bunlarla yanaşı birinci instansiya məhkəməsi öz qətnaməsində verilən vəsatətlərə şifahi də olsa münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdehapellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X2 təqsirləndirlməsinə dair X8 Məhkəməsində və Azərbaycan Respublikası Baş X1 X7 cinayət işində şahid qismində dindirilmiş olsa da, zərərçəkmiş şəxs qismində tanınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4723/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, № 16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 129.300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən banka əsas borc üzrə 106.510,91 manat, faiz borcu üzrə 33.517,27 manat, cərimə borcu üzrə 247,74 manat, cəmi 140.275,92 manat borcu qalmışdır. Beləliklə, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, № 16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 129.300 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin banka əsas borc üzrə 106.510,91 manat, faiz borcu üzrə 33.517,27 manat, cərimə borcu üzrə 247,74 manat, cəmi 140.275,92 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh şikayətində birinci instansiya məhkəməsi tərəfindən vəsatətlərinə münasibət bildirilmədiyini və ona qarşı irəli sürülən 129300 manat kredit borcu barədə iddianı qəbul etmədiyini, həmin kredit hal-hazırda barəsində istintaq aparılan Novruzova Pərvanə tərəfindən qeyri-qanuni olaraq onun adına rəsmiləşdirlərək bankın kassasında saxlandığını qeyd etsə də, göstərdiklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut təqdim etmiş olsa belə, həmin sübutlar hazırkı iddia tələbinin deyil, müstəqil iddia tələbinin əsasını təşkil edəcəkdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, № 16 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 129.300 manat məbləğində kredit verilmiş və Cavabdeh həmin kredit müqaviləsini imzalamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4723/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4723/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-779/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-779/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver