Məhkəmə qərarları › İş №2(103)-7791/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7791/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7791/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevinkatibliyi, İddiaçınümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı yol nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona dəymiş maddi zərərə görə 9286 manat, maddi zərərin müəyyən edilməsi üçün ödənilmiş 100 manat rüsum, 30 manat dövlət rüsumu, cəmi 9416 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda işə mahiyyəti üzrə baxılıb Cavabdeh1 mülkiyyətində mühərrik nömrəsi 1754118, ban nömrəsi ZFA**********0722 olan, FİAT DOBLO YÜK markalı FURQON tipli dövlət qeydiyyat nişanlı 90RB348 olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və özgənikiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2252/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsinin təmin olunması, Cavabdeh1 mülkiyyətində olan mühərrik nömrəsi 1754118, ban nömrəsi ZFA**********0722 olan, FİAT DOBLO yük markalı furqon tipli dövlət qeydiyyat nişanlı 90RB348 olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və özgəniləşdirilməsi qadağan edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Baş Dövlət X4 həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Fiat Doblo yük markalı, Furqon tipli 90 RB 34/8 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İddia tələbi İddiaçı məxsus avtomobilə Cavabdeh2 tərəfindən maddi ziyanın vurulması ilə bağlı olsa da, yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir. Göründüyü kimi Furqon tipli 90 RB 34/8 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, hadisə baş verən vaxt onun sahibliyində və istifadəsində olmamışdır. Bu səbəbdən Cavabdeh1 hazırkı iddiaya cavab verməli olmayan şəxs hesab olunduğundan, onun mülkiyyətində olan avtomobilə həbs qoyulması yolverilməzdir. Onun mülkiyyətində olan avtomobilə həbs qoyulması mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Odur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçınümayəndəsi və vəkili X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası iddianın dəymiş zərərlə əlaqədar olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan mühərrik nömrəsi 1754118, ban nömrəsi ZFA**********0722 olan, FİAT DOBLO yük markalı furqon tipli dövlət qeydiyyat nişanlı 90RB348 olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar