Məhkəmə qərarları › İş №2(103)-7792/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7792/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7792/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)-4808/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 fevral 2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* saylı 2014-cü il tarixli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)- 4808/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2017-ci il tarixli, 2(103)- 7711/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4808/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1205/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)- 5692/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)- 4808/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-İ №0408839 saylı 21 fevral 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh adına olan RX seriyalı, № ******* saylı, 13 sentyabr 2014-cü il tarixli mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-1 № ******* saylı 21 fevral 2014-cü il daşınmaz əmlakın alqı-satqı müqaviləsinə İddiaçı və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin qaydalarının tətbiq edilməsi, həmin müqavilənin İddiaçı və Cavabdeh arasında 110000 manat pulun borc verilməsinə dair borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilməsi və qeydiyyata alınmasının müvafiq orqana həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1766/2021 saylı, 24 may 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)- 5692/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili X3 oğlu vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında barışıq əldə edildiyi üçün, yəni cavabdeh tərəfə 110000 manat məbləğində pulun ödənilməsini və cavabdeh tərəfindən də mübahisəli mənzillə bağlanmış alqı-satqı müqviləsinin ləğv etməsi ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 oğlu ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı ərizəsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)-4808/2018 saylı qətnaməsi ləğv edilməlidir. Çünki, ərizəyə əlavə edilmiş sənədlərdən də görünür ki, artıq mübahisə predmeti olmuş mənzillə bağlı tərəflər arasında 08 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi barədə müqavilə bağlanmış, bu müqavilə ilə 21.02.2014-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilmiş, iddiaçı 110000 manatı notariusun depozit hesabı vasitəsilə cavabdehə ödəmiş, 16.07.2021-ci il tarixdə həmin mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, artıq nə iddianın, nədə apellyasiya icraatının predmeti qalmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)-4808/2018 saylı qətnaməsi ləğv edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar