Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7793/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(011)-1343/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və maddi-mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Məmməd oğlundan “VAZ2106” markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona qaytarılması və bunun nəticəsində digər Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyana görə 3000 manat və mənəvi zərərə görə 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manata satmaq qərarına gəlmiş və qohumu Fuaddan bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Bir müddətdən sonra Fuad ona bildirmişdir ki, yaxından tanıdığı şəxs avtomobili almaq istəyir, lakin 3000 manat pulu hissə-hissə 3 ay müddətinə verəcəkdir. O, avtomobili almaq istəyən şəxslə, yəni Cavabdeh1 ilə görüşmüşdür, onlar həmin şərtlər əsasında razılğa gəlmişlər və 13.06.2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunda Cavabdeh1 baş etibarnamə vermişdir. Bundan 1 (bir) ay sonra cavabdehlə telefon əlaqəsi saxlamış və ona bildirmişdir ki, müəyyən çətinlikləri var, lakin bir neçə günə pulu verəcək. Beləliklə bir neçə gün deyil, 3 ay vaxt keçmiş lakin cavabdeh pulu verməmişdir. Cavabdehlə 3 ay müddətinə hər ay 1000 manat ödəmək şərti ilə razılığa gəlsələr də o, bu müddətdən 2 (iki) ay, yəni ümumilikdə 5 (beş) ay keçsə də pulu ödəməmişdir. Cavabdehin bu hərəkətindən sonra 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoruna müraciət edərək 13.06.2016-cı il tarixdə verdiyi 7E-24727 reyestr nömrəsi ilə təsdiq olunmuş baş etibarnaməni ləğv etdirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus avtomobilə dair 11.09.2016-cı il tarixdə Cavabdeh2 adlı şəxsə baş etibarnamə vermişdir. Hazırda həmin avtomobil onun istifadəsindədir və bu məsələ ilə bağlı Cavabdeh2la da əlaqə saxlayaraq, pulunu və ya avtomobilini geri qaytarmasını bildirmişdir. Lakin o, həmin avtomobili Cavabdeh1 aldığını və buna görə də avtomobili qaytarmayacağını bildirmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də cavabdehlər qanunsuz hərəkətlər etməklə ona sarsıntı yaşatmış və nəticədə mənəvi zərər vurmuşdur. Hesab edir ki, Cavabdeh1 verdiyi baş etibarnamə ləğv edildiyindən, Cavabdeh2 həmin avtomobildən qeyri-qanuni istifadə etdiyindən, cavabdehlərin həmin avtomobilə münasibətdə hər hansı bir hüquqları olmadığından, Cavabdeh2 qanunsuz sahibliyində olan ona məxsus «VAZ 2106» markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil ondan alınaraq qaytarılmalı, Cavabdeh1 vurduğu maddi ziyana görə 3000 manat və mənəvi zərərə görə isə 5000 manat pul alınıb ona verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1343/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il olan “VAZ 2106” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumu üçün ödənilmiş 30 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-831/2020 nömrəli, 10 fevral 2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 3000 manatın tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2575/21 saylı 31 may 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Həmin qərarında qeyd edilmişdir ki, Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh vicdanlı alıcıdır; - Cavabdeh2 digər Cavabdeh1 tanımır; - bundan əlavə, Beyləqan rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə həmin avtomobilə dair X5 ilə bağlanmış 30 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi və sonuncu ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilib. X1 alınıb İddiaçı verilməsi qət edilib. Hazırki qətnamə ilə də avtomobil ikinci dəfə İddiaçı verilməlidir. Apellyasiya instansiyası Azərbaycan Respublikası DİN BDYPİ-yə mübahisəli avtomobilin hazırki hüquqi vəziyyəti ilə bağlı arayışına əsasən müəyyən edib ki, «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil 30.03.2017-ci il tarixli şəhadətnaməyə əsasən X4 mülkiyyətində olmuş, H.Ə.Rüstəmov isə həmin avtomobili 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Hazırda həmin avtomobil Cavabdeh2 mülkiyyətindədir. Belə ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ünvanlanan məhkəmə bildirişləri olsa da, həmin bildirişin göndərlməsi və cababdehə çatdırlması barədə hər hansı sübut yoxdur. SMS bildirişlərin isə ümumiyyətlə R.Qədrova göndərilməsi işdən görünmür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Nəticədə işə Cavabdeh1 iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuş, Cavabdeh1 mənafeyinə toxunan qətnamə qəbul edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi iddiaçı tərəfindən iddianın rədd edilən hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsini qətnaməsini həmin hissədə yoxlamaqla apellyasiya şikayətinin həddindən kənara çıxmışdır. Çünki yalnız iddianın təmin edilən hissəsindən (avtomobilin Cavabdeh2 alınıb iddiaçıya verilməsi hissəsi) Cavabdeh2 apellyasiya şikayəti verdiyi üçün apellyasiya məhkəməsinin səlahiyyəti də yalnız həmin şikayətin araşdırılması ilə məhdudlaşmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi də tələb edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qeyd edilən pozuntularla qəbul edilmiş qətnamə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin iştirakını təmin etməklə qanuni və əsaslı qərar qəbul etməlidir İşə baxılması yeri və vaxtı haqqında tərəflərə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, cavabdehə avtomobilə dair etibarnamənin verilməsi onun həmin avtomobilin mülkiyyətçisi və ya avtomobilin ona məxsus olması anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdeh2 apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbininin Cavabdeh2 Məmməd oğlundan “VAZ2106” markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona qaytarılması hissəsində faktiki əsası (faktiki hallar), tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından bu hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)836/2020 saylı, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh2 və X5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1054/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsi «VAZ 2106» markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cii il, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdeh X5 ilə bağlanmış 30.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh X5 ilə digər Cavabdeh2 arasında bağlanmış 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, «VAZ 2106» markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cii il, ** FV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, «VAZ 2106» markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cii il, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X2 alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh2 və X2 ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözügedən qətnamədən kassasiya şikayəti verilmədiyi üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır İkincisi, işdən görünür ki, iddiaçı ilk dəfə mübahisə predmeti olan avtomobilə dair 13.06.2016cı il tarixdə, 1 il müddətinə, yəni 13.06.2017-ci ilədək Cavabdeh1 etibarnamə vermişdir. Bundan sonra da, etibar edilmiş başqasına etibaretmə ilə beş nəfər şəxsə müxtəlif vaxtlarda, o cümlədən sonuncu dəfə 11.09.2016-cı ildə Cavabdeh2 həmin avtomobilə dair etibarnamələr verilmişdir. Göründüyü kimi, qeyd olunan avtomobilin Cavabdeh1 Cavabdeh2 birbaşa etibarnamə ilə alması təsdiq olunmur.18 noyabr 2016-cı il tarixdə iddiaçının Cavabdeh1 13.06.2016-cı ildə verdiyi etibarnamə iddiaçının ərizəsinə əsasən notariat orqanı tərəfindən ləğv edilmişdir. Lakin avtomobil 30 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Rüstəmov Hümbət Əli oğlunun mülkiyyətinə keçmiş, 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə Cavabdeh2 adına qeydə alınmış və hazırda da mülkiyyətindədir. Göründüyü kimi, 30 mart 2017-ci ildən iddiaçı qeyd olunan avtomobilin mülkiyyətçisi deyildir və sonuncu iki alqı-satqı müqaviləsini etibarsız hesab edən Beyləqan Rayon Məhkəməsinin 2(020)-1054/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsi də Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)836/2020 saylı, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Bununla yanaşı, həmin avtomobilə dair sonuncu iki alqı-satqı müqaviləsindən əvvəldə dörd nəfərə etibarnamə verilməsi ona dəlalət edir ki, rəsmi olmasa da həmin şəxslər arasında da bu avtomobil məhz əvəzli olaraq şifahi alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Düzdür, iddiaçı 18 noyabr 2016-cı ildə Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmiş olsa da, həmin vaxta qədər qeyd olunan etibarnamələr qüvvədə olmuşdur. Mülki Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Cavabdeh2 iddiaçının Cavabdeh1 verdiyi etibarnamənin qüvvəsinə xitam verildiyini bilməsinə dair işdə hər hansı sübut mövcud deyil yaxud bunu bilməli olması da mümkünsüzdür. Çünki, qeyd olunduğu kimi həmin avtomobil iddiaçıdan Cavabdeh2 qədər bir neçə nəfərin istifadəsində və şifahi alqı-satqının obyekti olmuşdur. Mülki dövriyyə iştirakçıları arasında avtomobillərin etibarnamə əsasında alqı-satqısına dair minlərlə faktların mövcudluğu da bu faktın həqiqiliyini təsdiq edir. Üçüncüsü, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Cavabdeh2 qeyd olunan avtomobili əvəzli əldə etməsi iş materialları ilə təsdiq olunur. İddiaçının da həmin avtombili itirmədiyi, oğurlanmadığı və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmadığı, başqa sözlə, iddiaçının avtomobili etibarnamə əsasında nisyə alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satması işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə qətnamənin mübahisələndirilən hissəsi qüvvədə qala bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(011)-1343/2017 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilən mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il olan “VAZ 2106” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumu üçün ödənilmiş 30 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(011)- 1343/2017 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilən mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il olan “VAZ 2106” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumu üçün ödənilmiş 30 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7793/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7793/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver