Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7797/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Möhübbədin qızına qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh Möhübbədin qızına qarşı“borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Möhübbədin qızından 19500 manat, 5500 ABŞ dolları və 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 27 dekabr 2017- ci il tarixdən 09.01.2018-ci il tarixədək Cavabdeh Möhübbədin qızına ümumilikdə 19400 manat və 5500 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh borcun qısa müddətə qaytarılmasını vəd etsədə, müxtəlif bəhanələr gətirilməklə bu günədək həmin borc məbləği ona geri qaytarılmamışdır. Borc məbləğinin verilmə müddətləri, şəraiti və təfərrüatı Xətai Rayon Polis İdarəsinin 07 aprel 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarda göstərilmişdir. Həmin qərarda cavabdeh borc məbləğinin həqiqətən də ondan aldığını etiraf edilməsi ilə bağlı izahat vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Möhübbədin qızından 5000 manat pul vəsaitinin İddiaçı qızının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50%, yəni 15 manatının Cavabdeh Möhübbədin qızından İddiaçı qızının xeyrinə tutulması, qalan 50%, yəni 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun şikayət ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsində aparılmış ibtidai araşdırma zamanı Cavabdeh ondan 18500 manat məbləğində borc almasını etiraf etməsinə və ibtidai araşdırma zamanı verilən borcun məbləğinin 19400 manat və 5500 ABŞ dolları olmasının müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi verilən pulların bir qisminin müxtəlif şəxslərə məxsus olmasını əsas gətirərək iddianı qismən təmin etmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur. İddiaçı ərizədə pulların kimə məxsus olmasını ona görə qeyd etmişdir ki, pulu aldığı adamların kim olması və verilmiş pulların haradan əldə edilməsini göstərsin. Halbuki, iddiaçı cavabdehə verdiyi pulların hamısının özünə məxsus olmasını göstərə bilərdi. Belə ki, cavabdeh də pulun yalnız iddiaçıya məxsus olmasını bilirdi. Buna görə də məhkəmə iddiaçının həmin pul məbləğlərini tələb etməyə subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5576/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(011)-479/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh 19400 manat və 5500 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə manatla) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: İlham Kərimli). Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2382/2021 saylı, 24.05.2021-ci il tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5576/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən: Elşanə Vəliyeva). Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili K.İsmayılov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, ağır xəstə olması ilə əlaqədar kollegiya iclasında iştirak edə bilməyəcəyini və kollegiya iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli iddia qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 07 aprel 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı tanıyır, Güneldən 1500 dollar pulu borc olaraq götürmüş, sonradan Günelə 1500 dollar pulu və əlavə olaraq üstündə qazanc kimi 600 manat pul qaytarmış, bundan sonra Güneldən hissə-hissə olmaqla ümumilikdə 18500 manat pul borca götürmüş, lakin üstündə artıqlamasıyla nə qədər pul qaytaracağı barədə danışıq olmamış, Günelin qohumu Sahilə adlışəxsə 2500 manat pul vermişdir. Yenidən Güneldən 8500 manat pul götürmüş, lakin bır müddət sonra Günel pulunu qaytarmağı tələb etməyə başlamış və Günelə heç bır məbləğdə pul qaytara bilmədiyi üçün, habelə dediyi vaxtlarda da pul vermədiyi üçün Günel nəticə etibariləşikayət etmişdir. Güneldən cəmi 18500 manat pul borca almış, ola bilsin ki, Günel artıq məbləğ göstərməklə həmin pulun üstündə verəcəyi qazancı da hesablamışdır. Aldığı pulu qaytarmalı olduğunu başa düşür, sadəcə olaraq maddi imkanı olmadığından bu günə kimi qaytara bilməmiş və Güneldən aldığı pulu tezliklə qaytaracağına söz vermişdir. İş materiallarına əlavə olunmuş İddiaçı 03.03.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhər Baş polis idarəsinə ərizə ilə müraciət edərək, ərizədə qeyd etmişdir ki, 2017-ci ilin dekabr ayında tanışı Xəyalə Qədir qızı ona lombardda işləyən bir nəfər tanışı vasitəsi ilə lombarddan ucuz qiymətə qızılların alınıb baha qiymətə satıb gəlir əldə etməyi təklif etmişdir. O, da onun sözlərinə inanıb, özünə məxsus 5000 manatı, qohumu Vüqara məxsus 12 min manatı, bibisinə məxsus 3000 manatı, qaynatası Yadigara məxsus 9000 manatı həmin işlə əlaqədar 2017-ci ilin dekabr ayının axırlarından 2018-ci ilin yanvar ayının 9-na kimi olan müddət ərzində Xətai rayonu, X12 küçəsindəki Xəyalə Qədir qızına vermişdir. X10 ona pulların qaytaracağına söz versə də, ona pullarını qaytarmamışdır. İş materiallarına əlavə edilmiş X2 istintaqda verdiyi izahatının surətindən görünür ki, Yadigar İsmayılov, Günelin qaynatası olduğunu, 27 dekabr 2017-ci il tarixdə gəlini Günelin ondan borca pul istədiyini, Günelin deməsinə görə onun işlədiyi mağazanın yerləşdiyi binada yaşayan Cavabdeh Firqət qızının onun lombardda işləyən tanışının olduğunu və həmin tanışı lombarda qızıl girov qoyub pulu ödəməyən müştərilərin qızıllarını satışa çıxardığını, həmin qızılları Xəyaləyə ucuz qiymətə verdiyini, Xəyalənin də həmin qızılları baha qiymətə satıb qazanc əldə edəcəyini, Günelə də bu işəçoxlu pul versə yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Günelin bu barədə ona deyib pul istəməsini, aldığı pulu Xəyaləyə verəcəyini, sonra Xəyalə ona həmin pulu qazancla birlikdə qaytardıqda ondan da aldığı pulu artıqlamasıyla qaytaracağını, bu məqsədlə 27.12.2017-ci il tarixdə gəlini Günelə 1000 manat, 02 yanvar 2018-ci il tarixdə 2500 manat, 04 yanvar 2018-ci il tarixdə 2000 manat, 06 yanvar 2018-ci il tarixdə 800 dollar, 09 yanvar 2018-ci il tarixdə 2000 manat, ümumilikdə Günelə 7500 manat və 800 ABŞ dollar pulu işlədiyi S.Ə.ünvan 1 ünvanda yerləşən mağazanın yaxınlığında verdiyini qeyd etmişdir. Günelin də həmin ondan aldığı pulları Xəyaləyə verdiyini deməsini, Günelin ondan başqa digər qohum-əqrəbadan da pul alıb Xəyaləyə verdiyini, Günelin ümumilikdə 5500 dollar və 19400 manat pulu Xəyaləyə verdiyini, lakin Xəyalənin verdiyi vədə əməl etmədiyini, aldığı pulları qaytarmaqdan yayındığını və bu günə kimi heç bir məbləğdə pul qaytarmadığını göstərmişdir. İş materiallarında olan X4 istintaqda verdiyi izahatının surətindən görünür ki, X9 bibisi olduğunu, 27 dekabr 2017-ci il tarixdə Günelin ondan borca pul istədiyini, Günelin deməsinə görə onun işlədiyi mağazanın yerləşdiyi binada yaşayan Cavabdeh Firqət qızının onun lombardda işləyən tanışının olduğunu və həmin tanışı lombarda qızıl girov qoyub pulu ödəməyən müştərilərin qızıllarını satışa çıxardığını, həmin qızılları Xəyaləyə ucuz qiymətə verdiyini, Xəyalənin də həmin qızılları baha qiymətə satıb qazanc əldə edəcəyini, Günelə də bu işəçoxlu pul versə yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Günelin də bu barədə ona deyib pul istəməsini, aldığı pulu Xəyaləyə verəcəyini, Xəyalənin ona həmin pulu qazancla birlikdə qaytardıqda aldığı pulu artıqlamasıyla qaytaracağını qeyd etmişdir. Bu məqsədlə 27 dekabr 2017-ci il tarixdə Günelə 700 manat, 09 yanvar 2018-ci il tarixdə 2300 manat, ümumilikdə mən Günelə 3000 manat pulu işlədiyi S.Ə.ünvan 2 ünvanda yerləşən mağazanın yaxınlığında verdiyini, Günelin də həmin pulları Xəyaləyə verdiyini deməsini, Günelin Xəyaləni yaxşı tanıdığını, lombardda bu işlə məşğul olub yaxşı qazanc əldə etdiyini və Xəyalənin özünün başqa adamla görüşmək istəmədiyini dediyini, Günelin ondan başqa digər qohum-əqrəbadan da pul alıb Xəyaləyə verdiyini və Günelin ümumilikdə 5500 dollar və 19400 manat pulu Xəyaləyə verdiyini, Xəyalənin verdiyi vədə əməl etmədiyini, aldığı pulları qaytarmaqdan yayındığını bildiyini göstərmişdir. Hüquqi dəyərləndirmə: Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası iş materiallarına, iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 19400 manat və 5500 ABŞ dolları məbləğində borcu tələb edir. Birinci instansiya məhkəməsi 5000 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasını qət etməklə iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehə verilən pulun yalnız 5000 manat hissəsi iddiaçıya məxsus olmuş, qalan pullar isə İddiaçı başqa qohumlarına məxsus olduğundan, həmin pulları tələb etmək hüququ pul vəsaitlərinin mülkiyyətçilərinə məxsusdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, borc münasibətləri Cavabdeh ilə məhz İddiaçı arasında yarandığından, yuxarıda adı çəkilən digər şəxslər bu münasibətlərdə bilavasitə iştirak etmədiklərindən, pulu Cavabdeh tələb etmək hüququ məhz İddiaçı məxsusdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 18500 manat borc pul götürmüşdür. İzahat cavabdehin özü tərəfindən verildiyindən kollegiya hesab edir ki, həmin izahat 18500 manat borcun etirafı kimi qəbul edilməlidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, «Həmin icraat çərçivəsində Cavabdeh iddiaçıdan 18500 manat borc alması barədə yazılı izahatı isə sübut kimi ümumi qaydada məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilməlidir.» İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma əsasında kollegiya qeyd edir ki, iş materiallarında olan izahatların təsdiq edilmiş surətlərindən görünür ki, X3, X8, X7 istintaqda verdikləri izahatlarında 19400 manat və 5500 ABŞ dolları pulun iddiaçı tərəfindən Cavabdeh borc verildiyi bildirilmişlər. Kollegiya hesab edir ki, qeyd edilən şəxslərin 18500 manatdan əlavə, 900 manat (19400- 18500=900) və 5500 ABŞ dolları pulun Cavabdeh verilməsini deməsi digər sübutlarla da öz təsdiqini tapmamışdır. Bu hal yalnız Cavabdeh iddiaçıdan 18500 manat pul borc almasına dair izahatını bir daha təsdiq etmək üçün kifayət edir. Ona görə də, qeyd edilən şəxslərin izahatları əlavə olaraq 900 manat və 5500 ABŞ dolları pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi ilə bağlı məhkəmənin qərar qəbul etməsi üçün əsas deyildir. İş materiallarından görünür ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir. Həmçinin işə növbəti dəfə apellyasiya icraatı qaydasında baxılan zaman cavabdeh məhkəməyə teleram ünvanlayaraq ağır xəstə olması ilə əlaqədar kollegiya iclasında iştirak edə bilməməsini və məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin, cavabdeh xəstə olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın materiallarında olan izahatında 18.500 manat Güneldən borc almasını, həmin borcu qaytarmalı olmasını, lakin maddi imkanı olmadıgından qaytara bilməməsini, tezliklə qaytaracağını söz verməsini , izahatının altından əlyazma ilə yazıb imza etdiyini, əgər izahatında yazdığını təkzib edirsə bununla bağlı məhkəməyə hər-hansı bir sübut təqdim edə biləcəyi halda bu vaxta qədər həm birinci instansiya məhkəməsində həm də birinci dəfə apelyasiya instansiya məhkəməsində və nəhayət hazlirki apellyasiya məhkəməsinin baxışı zamanı kecirilən iclaslarda dəlillərini təqdim etmək üçün kifayət qədər zamanı olduğu halda bunları etməmişdir. Qeyd edilən hallar ona əsas verir ki, məhkəmə yalnız iş materiallarında olan sübutlara əsasən apellyasiya şikayətinə baxmalı və qərar qəbul etməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya Mülki Prosessual Məcəllənin və Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qeyd edir ki, borcun digər hissədə (900 manat və 5500 ABŞ dolları) mövcudlunun sübut olunmasında həmin qərar sübut kimi qəbul edilə bilməz. Belə ki, sübut etməkdən azad olunan hallara qanuni qətnamə və hökm aiddir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin Cinayət Prosessual Məcəllənin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən, kollegiya vurğulayır ki, həmin maddələrdə qərar dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı nəzərdə tutulur. Hazırki iş üzrə alınmış borcun 19400 manat və 5500 ABŞ dolları məbləğində olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Xətai Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı isə məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Sadalanan xüsusatlara və Ali Məhkəmənin göstərişlərinə əsasən kollegiya hesab edir ki, 18500 manat məbləğində borcunun olması barədə Cavabdeh tərəfindən Xətai Rayon Polis İdarəsində verildiyi izahatındakı etirafı, yuxarıda sadalanan digər şəxslərin izhatları ilə təstiq edildiyindən həmin hissədə iddia tələbi təmin edilməli, digər hissədə isə borcun olması iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Möhübədin qızından 18500 (on səkkiz min beş yüz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Möhübədin qızından 18500 (on səkkiz min beş yüz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7797/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7797/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver