Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7814/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi, hakimlər Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, X3, Cavabdeh2 qızına qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxılır. Məhkəmə iclası saat 10:00-da başlanır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli mülki işin baxışdan çıxarılması barədə məktubunu elan edir. Məhkəmə kollegiyası yerində qısa müşavirə edərək qərara alır: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X3, Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Sədrlik edən protokolla tanış olma və ona dair qeydlər vermə üzrə işdə iştirak edən şəxslərin hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə baxış iclası 10:10-da başa çatır. Protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən Ziya Şirinov Katib: Elvin Hacıyev
Məhkəmə qərarları › İş №2(103)-7814/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7814/2020
15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver