Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7817/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(004)-8287/2017 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı «kredit borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(004)- 8287/2017 saylı qətnaməsi ilə (hakim Rəfayil Əliyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X3 ondan apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə birinci instansiya məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki, işdə də belə bir tarixli qətnamə mövcud deyildir Halbuki, MPM-nin 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İşdə olan məktubdan (iş vərəq 60) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 13 oktyabr 2017-ci il tarixdə cavabdehin rəsmi qeydə alındığı ünvana göndərmiş, qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilmədiyindən icra vərəqəsi verərək qətnaməni icraya yönəltmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 04 dekabr 2017-ci il tarixli, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin isə 05 dekabr 2017-ci il tarixli qərarları ilə icra sənədi üzrə icraata başlanılmışdır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin yaşayış yeri üzrə qeydə alındığı ünvana göndərmişdir və cavabdehin sonradan qətnaməni məhkəmədən şəxsən alması halı vəziyyəti dəyişdirmir. Apellyasiya şikayəti isə həmin tarixdən uzun müddət keçdikdən sonra, yəni 25 iyun 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, lakin məhkəmə qətnaməni icraya yönəltməsinə baxmayaraq, müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi hər bir halda uzun müddət əvvəl icraya yönəltdiyi qətnamədən çavabdehin hansı tarixdə məlumatlı olmasını dəqiq yoxlamalı (zərurət olduğu halda icra işinə baxış keçirməli, cavabdehin icra icraatına hansı tarixdə cəlb olunmasını və s. bu kimi halları yoxlamalıdır) buna uyğun prosessual müddətlə bağlı məsələyə qiymət verməlidir. Çünki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara diqqət etməmiş, apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı «kredit borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(004)-8287/2017 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7817/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7817/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver