Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-782/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5163/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, İddiaçı aralarında 25 sentyabr 2021-ci il tarixdə bağlanan və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 50.000 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən borcalan Cavabdeh aldığı 50.000 manat məbləğində pulu 25 mart 2022-ci il tarixədək ona geri ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan, borc verən İddiaçı ilə borc olan Cavabdeh arasında Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış 25 sentyabr 2021-ci il tarixli “kredit müqaviləsi”nin surətindən görünür ki, həmin tarixdə İddiaçı Cavabdeh 50.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verməyi, Cavabdeh isə krediti 25 mart 2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan, 25 sentyabr 2021-ci il tarixli “Xəzinə mədaxil orderi”ndən görünür ki, həmin tarixdə İddiaçı 23 saylı notariat ofisinin xüsusi notariusu X2 adına açılmış hesaba 50000 manat pulu mədaxil etmişdir.
4. İş materiallarında olan, “Günay Bank ASC-nin 25 sentyabr 2021-ci il tarixli, GB № 116281 saylı qəbzin surətindən görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X2 adına açılmış hesabdan Cavabdeh 50000 manat pulu qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, borc müqaviləsinə əsasən Cavabdeh 50.000 manat məbləğində borcun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 25 sentyabr 2021-ci il tarixdə Cavabdeh, aralarında bağlanan və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi ilə 50.000 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən borcalan Cavabdeh aldığı 50.000 manat məbləğində pulu 25 mart 2022-ci il tarixədək ona geri ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq cavabdeh borc məbləğini geri qaytarmamışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(001)-5163/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev), İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasının təmin edilməsi, 50.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc müqaviləsinin bağlanması yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən borc alan tərəfindən borcu qaytarmaq şərti cavabdeh tərəfindən yerinə yetirilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 447.3, 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
12. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə prosesində o, ölkə xaricində olduğundan iştirak etməmiş, işdən xəbəri olmayıb. O, "xxxx" MMC ilə 2021-ci ilin iyun ayında əmək müqaviləsi bağlayaraq işə qəbul olunmuş, vəzifəsi ekspeditor, yəni atış meneceri olmuşdur. O, şirkətə aid Castrol və Kixx yağ məhsullarını topdan və pərakəndə olaraq satışı ilə məşğul olub. Bir müddət sonra şirkətin nümayəndəsi İddiaçı bildirmişdir ki, şirkətdə işini davam etdirmək üçün o, və digər 10-a yaxın işçi ilə nortarial qaydada 50.000 manat borc müqaviləsi bağlamalıdırlar, bağlamasalar işdən çıxarılacaqlar. Əsas səbəb isə bu pulu sanki depozit kimi qoyurlar ki, gələcəkdə işdən çıxsalar müştərilərdə onların adından qalan pulların əvəvzinə burdan çıxsınlar. Sonra isə müştəriləri şirkət aldatdı. Belə ki, topdan mal verdikləri müştərilərə şirkət söz verdi ki, onları Misirə səyyahətə göndərərcək, lakin, müştərilərə verilən söz şirkət tərəfindən yerinə yetirilmədi və müştərilər, verdikləri malların pulunu qaytarmadılar. Bundan sonra şirkətnən onun problemləri oldu və onu işdən uzaqlaşdırdılar. Notarial qaydada bağladıqları əqd uydurmadır, o imza etsə də müqaviləyə, orda göstərilən pulu almamışdır. Videolar alınsın, depozit hesabdan pulun qoyulması və götürülməsi barədə sənədlər araşdırılsın. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
30. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
33. Maddə Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Birinci instansiya məhkəməsi tərəflər arasında borc müqaviləsinin yazılı qaydada tərtib olunub, notariat qaydada təsdiq olunmuş müqavilə ilə təsdiq olunduğunu, eyni zamanda müqavilədə göstərilən borc alan tərəfindən borcu qaytarmaq şərtinin yerinə yetirilmədiyini nəzərə alıb, hesab etmişdir ki, iddiaçı həmin müqavilə üzrə 50.000 manat borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməlidir.
45. Cavabdeh qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, O, "xxxx" MMC-də ekspeditor işləmiş və şirkətə aid Castrol və Kixx yağ məhsullarını topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Şirkətin nümayəndəsi İddiaçı ona şirkətdə işini davam etdirməsi üçün nortarial qaydada 50.000 manat borc müqaviləsi bağlamalı olduğunu, bağlamasa işdən çıxarılacağını bildirmiş və o işləmək üçün bu müqaviləni bağlamışdır. Sonra isə müştəriləri şirkət aldatdı. Belə ki, müştərilərə şirkət onları Misirə səyyahətə göndərərcəklərinə söz vermiş, verilən söz şirkət tərəfindən yerinə yetirilməmiş və müştərilər, verdikləri malların pulunu qaytarmamışlar. Notarial qaydada bağladıqları əqd uydurmadır, o müqaviləyə imza etsə də, orda göstərilən pulu almamışdır.
46. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir.
47. Belə ki, tərəflər arasında bağlanmış 25 sentyabr 2021-ci il tarixli “kredit müqaviləsi”nə əsasən həmin tarixdə İddiaçı Cavabdeh 50.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verməyi, Cavabdeh isə krediti 25 mart 2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olataq hesab etmişdir ki, iddiaçı həmin müqavilə üzrə 50.000 manat borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməlidir.
48. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin onun işdən çıxarılmaması üçün cavabdehlə məcbur olub borc müqaviləsi bağlaması, müştərilər verdikləri malların pulunu müştərilərin qaytarmaması, notarial qaydada bağladıqları əqdin uydurma əqd olduğu, müqaviləyə imza etsə də, orda göstərilən pulu almadığı barədə dəlilinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
49. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
50. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq iddiaçı ilə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür.
51. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin hazırki işə baxılmasından məlumatsız olması, məhkəmədə iştirakının təmin olunmaması barədə də, dəlilini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apelyator olan cavabdehə yaşayış yeri üzrə poçt vasitəsilə məhkəmə bildirişi, mobil telefonuna elektron məhkəmə sistemi vasitəsi ilə sms xəbərdarlıq göndərilmiş, habelə cavabdehin şəxsi elektron kabinetinin mövcud olması və onun həmin kabinet vasitəsilə iddia ərizəsi ilə tanış olmaq, məhkəmənin gedişindən xəbərdar olmasının mümkün olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin hazırki məhkəmə mübahisəsindən məlumatsız olması barədə dəlilləri iş materialları ilə təkzib edilir.
52. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
53. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
54. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5163/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.